Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Səməd Vurğunun “Azərbaycan” şeirindəki gizlinlər - FOTO

  • Tarix: 8-02-2025, 13:37

"Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam" - bu sözləri dahi ingilis fiziki İsaak Nyuton demişdir. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır. Millətin millət kimi formalaşmasında onun sayının azlığının və ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun sərkərdələri, onun alimləri, onun dahiləridir. Yəni fərd kimi doğulan, xalq üçün yaşayan, lakin bəşəriyyət üçün çalışan, iz buraxan dühalar xalqını dünyada daha tez tanıdıb.

Hər bir xalqın dərin dövlətçilik ənənəsi, şərəfli hərb tarixi ilə yanaşı onun yaratdığı mədəniyyətlər içərisində ədəbiyyatı daha önəmli olmuşdur. Maddi-mədəniyyət nümunəsi, folkloru zəngin olan xalq özünün möhtəşəm varlığı üzərində ədəbi və bədii ədəbiyyatını yaratmışdır. Bu ədəbiyyat nümunələri dövrün siyasi rənginə, fəlsəfəsinə, yaşam tərzinə uyğun olaraq, sanki, böyük bir zəncir halqaları kimi bir-birinə keçərək gələcəyə doğru toxunaraq uzanmışdır. Əgər bu halqalardan hər hansı birini öz dövrünün epoxasından ayırıb, ona ya özündən əvvəlki, yaxud da özündən sonrakı dövrün siyasi və sosial tələbləri müstəvisindən baxılsa, bu mükəmməl bağlılıq darmadağın olaraq xalqın ədəbiyyatına faciələr gətirər.

"Kitabi-Dədə Qorqud" dastan folklorunun təməlində formalaşan qədim Azərbaycan (türk) ədəbiyyatının zəngin xəzinəsi böyük şəxsiyyətlər vasitəsilə, el yaddaşında günümüzə qədər gəlib çatmışdır. Hər bir şair, sənətkar onlarca, yüzlərcə müasiri ilə eyni bir dövrün sosial-ədəbi mühitində yaşayıb yaratmışdır. Lakin cəmiyyətin sərt və dəyişkən tələbləri qarşılığında xalqın duyğusunu, sevgisini daha çox qazanmış sənətkarlar, şairlər ələnərək özündən öncəki dahilərin dahiliyi üzərində zirvələrə ucalmışdır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarındandır ki, onun dünyaca məşhur dahi sənətkarları və elm adamları olub. İzzəddin Həsənoğlu, Şeyx Səfiəddin Ərdəbili, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nəsrəddin Tusi kimi canlı həyatla bağlı olan, fəlsəfi fikirlərlə zəngin dünyavi poeziya nümunələri yaradan dahilərin sırası daha sonralar Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Üzeyir Hacıbəyliyə, Hüseyn Cavidə, Sabirə, Səməd Vurğuna və digərlərinə gəlib çatması ilə anadilli poeziyamız daha da yüksəlmişdir.

Lakin son illər Azərbaycan xalqının milli-mənəvi sərvəti olan dahi şəxsiyyətlərin, klassik və mütəfəkkirlərin məqsədli şəkildə ləkələnməsi gündəmin manşetindən düşmək bilmir. Təbii ki, bu cür basqılar qeyri-milli qüvvələr tərəfindən bu və ya digər formada ortaya atılmışdır. Çox təəssüflər olsun ki, bu işdə "sapı özümüzdən olan baltalar" daha çox aktivlik göstərirlər. Hazırkı dövrdə isə siyasət aləmində uduzmuş, lakin gündəmdən düşməyi özlərinə utanc bilən bəzi insanlar nüfuzlu şair və yazarları ləkələməkdən utanmamaq kimi asan yol seçiblər.

Bir vaxtlar Nizaminin fars, Füzulinin qeyri-millətdən olmasını söylədilər. Mirzə Cəlili, Rəsul Rzanı, Cavidi, Müşfiqi, Sabiri ittiham etdilər, onların ünvanlarına şəxsiyyətlərini alçaldacaq böhtanlar yağdırdılar. Son vaxtlar isə saxta ittihamlarla, mənşəyi bilinməyən böhtanlarla hələ özünü tanımayan, dərk etməyən, yetişməmiş insanların vasitəçiliyi ilə Azərbaycan xalqının böyük oğlu, dahi şairimiz Səməd Vurğuna qarşı da qaragüruh fəaliyyətə keçiblər.

Milli və siyasi baxışlarına görə Səməd Vurğuna əks cəbhədə göstərilərək Sovet ideologiyasına baş əymədiyinə görə repressiyaya məruz qalması iddia olunan Azərbaycanın şair və yazıçıları haqqında bu cür yanaşma kökündən yanlışdır. Əvvəla Səməd Vurğun yaradıcılığını dərindən bilənlərin, onu sevənlərin Səməd Vurğuna qarşı iddialar irəli sürənlərdən köklü fərqi ondan ibarətdir ki, Vurğunsevərlər daim Vurğun yaradıcılığı ilə yanaşı Cavid, Müşviq, Əhməd Cavad yaradıcılığını da sevərək oxuyub, öyrənmişlər. Məhz repressiya illərində Müşviqini, Cavidini, Əhməd Cavadını itirən Azərbaycan ədəbiyyatının ağırlığının böyük hissəsi Vurğunun üzərinə düşmüşdür. Buna görə də Səməd Vurğun qanlı repressiya illərində özünü qorumağı düşünmədən bir-birinin ardınca xalqın ədəbi xəzinəsini dolduracaq əsərlər yazmışdır ki, bunlardan biri də "Vaqif" dramıdır.

Ümumiyyətlə, Səməd Vurğun Sovet senzurasının xalqların milli ədəbiyyatı qarşısına çəkdiyi "tikanlı sərhəd məftilləri"ni doğrayıb, özünə cığır açaraq bu sərhədi keçmiş və xalqının taleyinin acı tarixini bəzən öz dilində, bəzən obrazının dilində nəzmə çəkmişdir. Səməd Vurğunun dolğun həyat fəlsəfəsi xalqla, təbiətin vəhdətindən doğulmuşdu. Məlumdur ki, Səməd Vurğunun müasiri olan kütlə və intellekt sahibi olan insanlarla bugünkü insanların milli düşüncəsi arasında yerlə göy arası fərq vardır. O dövrdə Sovet ideologiyasına uymuş kütlənin özü belə milli ruhda yazılan istənilən əsərə qarşı sərt təpki göstərərək, müəllifi baykot edərdilər. Şairin, sənətkarın da ölməzliyi, böyüklüyü elə ondadır ki, o yazmış olduğu əsərləri həm dövrün ruhuna uyğun yazmalı, həm də zamanın dəyişkən axarında onların yaşamağını təmin etsin. Səməd Vurğun 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri ilə kütləyə özünün zəmanə ruhlu şair olduğunu, düşüncə və təfəkkürü dərin olan oxucuya, gələcək tədqiqatçılara isə bəşəri duyğulu sənətkar şair olduğunu göstərmişdir. Ümumiyyətlə, Səməd Vurğunun şeirlərinin təhlilini vermək üçün gərəkdir ki, ədəbiyyatdan, tarixdən kifayət qədər məlumatın ola. Məsələn, milyonlarla insan "Azərbaycan" şeirini əzbər bilir. Şeir hər bir dövrün ruhuna uyğun gəlir. Lakin şairin yaradıcılığında ortaya qoyduğu milli problemləri duya biləcək az sayda insanlar var. Bu şeirdə Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışıldığını nə dərəcədə bilirik? 

O zaman şeiriyyətdə bəzi bəndlərə diqqət çəkək:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Demək, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Birinci üç sətirdə şair Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türklərinə aid olduğunu bütün dünyanın bildiyini və buradakı qədim toponimlərin məhz türklərə aid olduğunun şübhəsiz təsdiqinə eyham vuraraq "Demək, doğma vətənimsən" yazmışdır. "Ayrılarmı könül candan?" yazmaqla tarixin qara səhifəsində Azərbaycanı bölmüş güclərə səslənərək Quzey Azərbaycanla Güney Azərbaycanın ayrılığına rəğmən Azərbaycan adını iki dəfə çəkir. 

Şeirin sonrakı bəndində Səməd Vurğun Azərbaycanın milli probleminin siyasi durumunu poetik dillə oxucuya ötürmüşdür:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Birinci misrada şair Sovet Azərbaycanının ərazi və əhali baxımından kiçikliyinə rəğmən buna "mən bir uşaq" deyərək, İran Azərbaycanına isə "sən bir ana" deməsilə bu vəhdət daxilində tarixi bir coğrafiya cızmışdır. Sonuncu üç sətirdə isə şair Azərbaycanda fəaliyyət göstərən gizli Güney mühacir təşkilatlarının və xaricdə fəaliyyət göstərən Azərbaycan mühacir hökumətinin fəallarının haralarda fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan üçün döyünən bir ürək olduqlarını poetik formada vermişdir. Şair böyük ədəbi maneralarla şeirin bəndlərində Quzey Azərbaycanın siyasi və mövcud xəritəsiini cızaraq son anda Güneyə uzanan yola baxır. 

Məsələn, "Azərbaycan" şeirinin digər bəndində:

Bir tərəfin bəhri - Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolanar gəzər

Gah Muğanı, gah Eldarı,

Mənzil uzaq, ömür yarı!

Bu bənddə Azərbaycanın gözəlliyinin vəsf edilməsi oxucunu riqqətə gətirir. Əslində isə bu bəndin sətiraltı bəndi başqa cürdür. Burada bütöv Azərbaycanın bir tərəf sərhədinin Xəzər dənizinə dirəndiyini göstərsə də reallıqda Azərbaycan ərazisini ancaq xəyalda canlandırmağın mümkün olduğunu qeyd edərək Böyük Muğan düzünün Kür-Araz ovalığının Quzeydə, düzün cənub-qərb davamının isə Güneydə qaldığına işarət edərək sonda "Mənzil uzaq, ömür yarı" deməklə açıq-aydın görsənir ki, bütöv Azərbaycanı dolanmaq üçün bir insan ömürü yetməz.

Başqa bir bəndə diqqət yetirək:

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

Bu misralar adi oxucu üçün gözəl təbiət mənzərəsi kimi görsənir. Amma gəlin, şeirin poetikasına enərək sətiraltı ifadələri incələyək. "Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan" deməklə şair Güney Azərbaycanın sərhəd zolağında dayanaraq buradan Güneyə boylanır. Birdən-birə sanki şeirdə uzlaşmayan təbiət mənzərəsi ortaya çıxır. Lənkəranı əyalət kimi göstərdiyi halda, sonrakı misralarda materik və ölkə anlayışına keçir. Bəs, görəsən, burada şairi yaralayan nə idi? Şairin Güneydə fars rejimi əsarətində zülm çəkən milyonlarla soydaşının Quzeydə yaşayan qardaşlarına qovuşmasına qadağa qoyulduğu bir vaxtda, Afrika dövlətlərinin qara dərili vətandaşlarının və "qardaş" Hindistan vətəndaşlarının heç bir maneələr olmadan "beynəlmiləlçilik" adı altında sovetlərə rahat şəkildə gələrək gül-çiçəklə qarşılanmaları şairi yandırırdı.

Şairin böyük qardaşı Mehdixan Vəkilovun atam mərhum İmrayıl Alıyevə söylədiyi xatirələrindən: "Səməd Vurğun Güney Azərbaycan problemini millətimiz üçün faciəvi problem adlandırırdı. Mən İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuşdum. Orada gizli və aşkar şəkildə arxivlərdə işləyirdim. Rastıma çıxan materiallar məni dəhşətə gətirirdi. Bu xalqın zəngin ədəbi-bədii yaradıcılığı, tarixi keçmişi qalaq-qalaq, toz basmış köhnəlmiş sənədlərdə yatırdı. Mən qadağan olunmuş sənədlərin mətnini əzbərləyərək yadımda saxlayırdım. Çünki hər hansı qeyd aparmağın acı sonluğu mənə məlum idi. Bu məlumatları Bakıya gəlincə gizlincə Səmədə danışırdım. Səməd qulaq asıb dinlədikdən sonra gözləri yaşarmış halda "ay Qara, bu xalq hər zaman yaratmış, yaradır, yaradacaq da" deyərək qəhərlənirdi".

Lakin olaylara dərindən yanaşma məntiqi olmayan, ədəbi düşüncə tərzi dayaz olan bəzi insanlar Səməd Vurğunu təkcə aşıq şair adlandırırlar. Bəli, ədəbi bilik səviyyələrinin sərhədləri daxilində bunu düz görürlər, lakin çox təssüf ki, qıfıllanmış zehniyyətləri bundan artığını görməyə imkan vermir. Milli və bəşəri dəyərlərə əsaslanan problemlərin qoyuluşu baxımından Səməd Vurğun yaradıcılığında iki əsas motiv (milli və bəşəri) vəhdət təşkil edir. Məlumdur ki, aşıq yaradıcılığı Azərbaycan türklərinin kökündən gələn bir yaşam tərzi, həyat eşqidir. Həqiqətən də, xalq şairi, xalq sənətkarı olan kəs o xalqın milli ruhunu ruhunda daşımayırsa, ən yaxşı halda həmin sənətkar məhəlli bir formada qısa zamanda yaddaşlarda yaşayacaq. Milli kolaritləri öz əsərlərində ortaya qoya bilməyən şair bəşəri müstəviyə çıxa bilməz. Məhz bu baxımdan sözün tam mənasında söyləyə bilərik ki, Səməd Vurğun ədəbi yaradıcılığında milli dəyərlər xəzinəsi üzərində dayanaraq ortaya bəşəri problemlər qoymuşdur. Belə ki, əsərlərində milli və bəşəri kolaritlərə toxunan şair sonluqda hadisələrin mərkəzində insan faktorunun dayandığını üzə çıxarmış və "Qalib gələcəkmi cahanda kamal?" deyərək, ümumbəşəri bir fəlsəfi problem ortaya qoymuşdur. Səməd Vurğunu dərk etməyən şəxslər də dahi şairin qeyd etdiyi kamal, təfəkkür probleminə daxil olanlardır.

Və beləliklə də dahi şair özündən sonra gələn nəsillərə yaradıcılıq çevrəsi müəyyən etmişdir.

Sonda yuxarıdakı təhlillərə əsaslanaraq yazını bu cür tamamlamaq istərdim: Səməd Vurğunun hər bir əsəri ayrı-ayrılıqda palıd ağacının budaqlarını, əsərlərinin vəhdəti isə ağacın kökünü və gövdəsini təşkil edir. Səməd Vurğunun əsərlərini dərk etməyən, onun yaradıcılığına şübhə ilə yanaşanların qaranlıq zehniyyətində bir qıfıllanma vardır.

Yusif Alıyev,
fəlsəfə doktoru, dosent


Oxunub: 2 884
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Dünən, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Dünən, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Dünən, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Dünən, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Dünən, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Dünən, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Dünən, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Dünən, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Dünən, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Dünən, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.