Bu qatar Azərbaycandan keçib Ermənistana gedəcək: Uzun illər sonra İLK DƏFƏ - VİDEO
Rusiyadan Azərbaycan üzərindən dəmir yolu ilə daşınan ilk buğda partiyası artıq Ermənistana çatıb. Medıaxeberlerı.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Geqam Papoyan bildirib. Onun sözlərinə görə, yükün ilk partiyası "Ayrum" stansiyasına gətirilib: "Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb", - nazir vurğulayıb. O bildirib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək. Qeyd edək ki, hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və noyabrın 7-ə qədər Ermənistana çatacağı gözlənilir. Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqonla daşınır.
Oxunub: 79
Xəbəri paylaş
Paylaş:





















