Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Baş Katib Feridun Sinirlioğlu ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çətinliklər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















