Şəmkirdəki ağır qəzada xəsarət alanlardan 11-i evə buraxılıb
Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bir nəfərin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma davam etdirilir.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















