Gəncədə zavodda yanğın başladı - Video
Gəncədə dəyirman zavodu adlanan ərazidə yanğın başlayıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır. Məlumat üçün bildirək ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş:





















