Mediaxeberleri.az
    
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi

Son xəbərlər :
  • Şənbə günü yağış yağacaq
  • 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
  • Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
  • Pensiyalarla bağlı VACİB MƏLUMAT
  • Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
  • Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
  • "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
  • "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
  • Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
  • Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
  • Bu şəxslərin maaşı 35 faiz artacaq
  • Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
  • Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
  • Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
  • 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ZƏNGƏZUR: ORTA ASİYANI QƏRBƏ APARAN DƏHLİZ – Trampın “C5+1” formatında Azərbaycanın rolu nə olacaq?

  • Tarix: 15-11-2025, 08:52

Dünyada yaranan yeni geostrateji gerçəkliklər fonunda ABŞ qlobal müstəvidə özünə rəqib ola biləcək yeni güc mərkəzlərinin meydana gəlməsini həyati vacib maraqları üçün təhdid hesab edir. Bu baxımdan hazırda beynəlxalq münasibətlər sistemində Çinin yüksəlişə keçməsi Vaşinqtonda ciddi narahatlıq doğurur.

Çinin yerləşdiyi Avrasiya materiki mühüm geostrateji əhəmiyyətə malikdir və bunu nəzərə alan Pekin bütün materiki əhatə edəcək “Bir zolaq, bir yol” layihəsinin həyata keçməsinə çalışır. Şübhə yoxdur ki, ABŞ-nin qlobal strategiyasının ən əsas istiqamətlərindən biri Avrasiya üzərində güclü təsir imkanları qurmaqdır.

Çin və Rusiya kimi rəqiblərinin bu materikdəki potensial imkanlarını minimuma endirmək ABŞ-nin öncəlikli planına daxildir. Bunun üçün ABŞ NATO vasitəsilə Avropada, qarşılıqlı tərəfadşlıq çərçivəsində isə Cənubi Qafqazda və Mərkəzi Asiyada daha fəal siyasət yürütməyə başlayıb. Elə bu səbəbdən də Donald Trampın Ağ Evdə Mərkəzi Asiya respublikalarının dövlət başçılarıyla “C5+1” formatında görüş keçirməsi ABŞ-nin gələcək perspektivdəki strateji trayektoriyasının bariz təzahürü kimi dəyərləndirilməlidir.



Əslində, ”C5+1” formatı (ABŞ və 5 Mərkəzi Asiya ölkəsi) hələ 2015-ci ildə yaradılıb, amma Tramp bu platformanı daha işlək hala gətirmək və ona böyük iqtisadi məzmun vermək niyyətindədir.

Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan) Avrasiya materikində mühüm geostrateji yer tuturlar. Bu region uzun müddət ərzində siyasi, iqtisadi və təhlükəsizilik baxımından Rusiyanın təsir dairəsində olub. Son illər Çin “Bir zolaq, bir yol” layihəsi ilə bu bölgədəki iqtisadi mövqeyini ciddi şəkildə gücləndirməklə məşğuldur. Rusiya və Çinin bu bölgəyə qonşu olması onların təsir imkanlarını daha əlverişli edir. Mərkəzi Asiya bölgəsinə daxil olan sözügedən ölkələr təkcə öz geostrateji mövqelərinə görə yox, həmçinin də faydalı qazıntılarla zəng olmaları ilə diqqəti çəkirlər. Çin “Bir zolaq, bir yol” layihəsi çərçivəsində bu ölkələrə xeyli sərmayə yatırıb və bu yolla öz iqtisadi mövqeyini möhkəmləndirməklə məşğuldur. Mərkəzi Asiyanın Avrasiyanın mərkəzində yerləşməsi onun strateji önəmini artırsa da, bu regionun coğrafi baxımdan problemi var. Onun okeana birbaşa çıxışı yoxdur və ona görə də qlobal ticatətdə iştirak etmək üçün ətraf ölkələrlə geniş əlaqələr qurmaq məcburiyyətindədir. Mərkəzi Asiyanın böyük qonşusu olan Rusiya bu respublikaları öz təsir dairəsindən buraxmaq istəməsə də, Kremlin daim istifadə etdiyi hərbi güc və etnik qarşıdurma yaratmaq metodlarıyla regionu nəzarətində saxlaması getdikcə çətinləşir.

Tramp Mərkəzi Asiyanı Rusiyanın və Çinin təsir sferasından çıxarıb onu ABŞ-nin strateji tərəfdaşı edə bilərsə, bu, geostrateji baxımdan ABŞ-nin böyük nailiyyəti olacaq. Amma bunun həyata keçirilməsi üçün Tramp administrasiyası hərdəmxəyallıqdan əl çəkməli və qətiyyətli, düşünülmüş strateji həmlələr etməlidir.

Əlbəttə, yaxın perspektivdə Mərkəzi Asiyanın Rusiya və Çin asılılğından birdəfəlik qurtarması asan olmasa da, dünyada sürətlə dəyişən dinamik şərtlər daxilində bu regionun daha müstəqil siyasət yürütməsinin təməli qoyula bilər. Trampın Mərkəzi Asiya strategiyası ABŞ-nin qlobal strateji planının tərkb hissəsi olacağı təqdirdə, bu regionun ciddi uğurlar qazanması zaman məsələsidir. Tramp özünün birinci prezidentliyi dövründə “America First” şüarı altında ölkəsinin dünyanın hər yerinə istər hərbi və istərsə də iqtisadi metodlarla müdaxiləsinin əleyhinəydi. Lakin qlobal hadisələrin mahiyyətini və eyni zamanda da ABŞ-nin dünya çapındakı mövqeyinin nədən ibarət olduğunu anlayan Tramp köhnə siyasi fəlsəfəsindən uzaqlaşmağa başlayıb. O, ABŞ-nin dünyadakı mövqelərinin itirilməsinin acı nəticələrə gətirəcəyini anlayır.

Əgər ABŞ yenidən güclənmək niyyətindədirsə, gərək son 30 ildə aparılan siyasəti büsbütün dəyişsin. Şübhəsiz ki, Mərkəzi Asiya ABŞ-nin qarşısında dayanan ən başlıca prioritet deyil, lakin bu regionun strateji cəhətdən Çin və Rusiya arasında yerləşməsi Vaşinqtonu daha yaxşı düşünməyə vadar edir.

Bəs ABŞ bu regionu öz nəzarətinə keçirmək üçün hansı addımları ata bilər? Vaşinqton bu regionu maliyyə və texnologiya ilə təmin edərsə uğur qazana bilər. Digər yandan, Mərkəzi Asiyanının dünyaya çıxış istiqamətinin coğrafi cəhətdən qərbə tərəf yönləndirilməsi daha məqsədəuyğun olar.

Məlumdur ki, Mərkəzi Asiya ölkələrinin vahid beynəlxalq siyasəti yoxdur. Məsələn, Qazaxıstan özünəqapanma siyasəti yürütmür və Rusiya ilə tərəfdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Amma buna baxmayaraq, son illər Astana Avropaya və ABŞ-yə meyllənir və onlardan gələn investisiyalar hesabına iqtisadi və maliyyə sahəsində Qərbə daha da yaxınlaşır. Özbəkistan da Qərblə münasibətlərində Qazaxıstana bənzər siyasət yürüdür, lakin Qırğızıstan və Tacikistan ABŞ, Türkiyə və Avropayla təzəcə qarşılıqlı münasibətlər qurur və onların əsas ticarət tərəfdaşları hələ ki Rusiya və Çindir. Bu da anlaşılandır, çünki maliyyə baxımından kasıb olan bu iki ölkə ənənəvi əməkdaşlıq kanallarına böyük ehtiyac duyur.

Bu dörd ölkədən fərqli olaraq Türkmənistan başlıca diqqətini enerji ixracına kökləyib və qapalı siyasət yürüdür. Ancaq artıq Türkmənistanda da birtərəfli iqtisadiyyatın fəsadlar gətirəcəyini və kollektiv birliyin önəmini anlayırlar. Unutmayaq ki, Tacikistandan başqa, digər dörd ölkə Türk Dövlətləri Birliyinin üzvləridir və bu istiqamətdə inteqrasiya getdikcə güclənir.

Mərkəzi Asiya ölkələri Qərblə dərin yaxınlaşmağa getməmişdən öncə iqtisadi və siyasi cəhətdən təhlükəsizliklərini təminat altına almağı düşünürlər. Yəqin ki, Mərkəzi Asiya ölkələri bundan sonra üç qüvvə arasında balanslaşdırılmış siyasət yürüdəcəklər. ABŞ, Çin və Rusiya üçbucağı çərçivəsində Rusiya zəifləyən tərəfdir və bunu heç kim gözdən qaçırmır. Ukraynada müharibə uzandıqca Rusiya yaxın xaric adlandırdığı ölkələrə ciddi təhlükə törədə bilməyəcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi postsovet ölkələrinin ona olan etibarını dərindən sarsıdıb və əlverişli fürsət düşən kimi hamı Rusiyadan qaçmağa çalışır. Vladimir Putin postsovet respublikalarını öz orbitindən buraxmamaq üçün təhlükəsizlik və iqtisadi sahədə ittifaqlar qurub, lakin Rusiyanın texnoloji və maliyyə imkanları məhdud olduğundan yaranmış ittifaqların səmərəliliyi olmayıb. Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı öz aktuallağını itirib.

Mərkəzi Asiya ölkələri birlikdə və yekdil şəkildə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdırlar, ancaq onlar bunu səbrlə, tədricən və ehtiyatla etmək istəyirlər.

Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxara biləcəkləri faydalı qazıntılar ABŞ hökumətini xüsusilə maraqlandırır. Həqiqətən də bu region faydalı qazıntılarla zəngindir və əgər Qərb şirkətləri onların işlədilməsinə cəlb edilərsə, bu, beynəlxalq miqyasda yeni reallıqlara yol açacaq. Hazırda uran hasilatına görə Qazaxıstan dünya lideridir və ümumdünya hasilatının 40 faizinə sahibdir. Bundan başqa, Qazaxıstanın zəngin mis, sink, qurğuşun yataqları və 30 milyard barellik neft, 2,4 trilyon kub metrlik təbii qaz ehtiyatı var. Bayan-Oba, Aktaqay ərazilərində nadir torpaq elementləri və həmçinin molibden, volfram və nikel yataqları mövcuddur. Özbəkistan qızıl hasilatına görə dünyada ilk 10 ölkə sırasındadır və bundan savayı, orada gümüş, molibden və uran yataqları da var. Tacikistan bölgənin böyük alüminium istehsalçısıdır və həm də bu respublika mühüm sənaye əhəmiyyətli stibium yataqlarıyla zəngindir.

Türkmənistan isə təbii qaz ehtiyatna görə dünya dördüncüsüdür və burada təxminən 20 trilyon kub metr qaz var. Türkmənistan həmçinin kükürdlə zəngindir. Qırğızıstanın ixrac gəlirlərinin təxminən 40 faizi qzılın payına düşür. Əlavə olaraq, bu ölkədə nadir torpaq elementləri, vismut, volfram və molibden ehtiyatları da var. Ancaq Mərkəzi Asiyanın geostrateji yerləşməsinin önəmi nə qədər böyük olsa da, onların dünya bazarına təhlküəsiz və risksiz çıxmaları lazımıdır. Mərkəzi Asiya ölkələri perspektivdəki nəqliyyat yollarını şaxələndirmək istəyirlər. Bu baxımdan Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Ermənsitan arasındakı nəqliyyat arteriyası kimi anlaşılmamalıdır. Bu layihənin işə düşməsi qlobal əhəmiyyət daşıyır. Zəngəzur dəhliz təkcə Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını asanlaşdırmayacaq, eyni zamanda böyük bir regionun Qərb dünyası ilə siyasi-iqtisadi əməkşadlığını dərinləşdirəcək. Bu dəhliz Türk Dövlətləri Təşkilatının inteqrasiyasını sürətləndirəcək. Zəngəzur dəhlizi iqtisadi fayda ilə yanaşı, dünya arenasına yeni geostrateji güc mərkəzi gətirəcək. Tarixi prosesin özü Türkiyədən tutmuş Tacikistana kimi böyük bir arealın yeni geostrateji mərkəzə çevrilməsini diqtə edir. Burada bizim üçün ən önəmli faktor isə Azərbaycanın birləşdirici körpü rolunu oynamasıdır.

Vaqif Nəsibov

“AzPolitika.info”


Oxunub: 3 374
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:38 | Şənbə günü yağış yağacaq
    Bu gün, 12:42 | 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
    Bu gün, 12:37 | Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Bu gün, 12:30 | Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
    Bu gün, 12:28 | UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    Bu gün, 12:27 | LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
    Bu gün, 12:23 | Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
    Bu gün, 12:21 | Pensiyalarla bağlı VACİB MƏLUMAT
    Bu gün, 12:20 | Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
    Bu gün, 12:18 | Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
    Bu gün, 12:17 | "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
    Bu gün, 12:16 | "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
    Bu gün, 11:38 | Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
    Bu gün, 11:26 | Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
    Bu gün, 11:23 | Bu şəxslərin maaşı 35 faiz artacaq
    Bu gün, 08:06 | Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
    Bu gün, 08:02 | Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
    Bu gün, 07:56 | Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
    Bu gün, 07:52 | Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
    Bu gün, 07:39 | 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
    Bu gün, 07:38 | Bu yol bağlana bilər
    Bu gün, 07:36 | Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?
    Bu gün, 07:34 | Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
    Dünən, 21:51 | Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU
    Dünən, 21:48 | "Turan Tovuz" Yankoviçi transfer etdi
    Dünən, 20:21 | Bu rayonlarda torpaqlar alınacaq - Siyahıda kimlər var?
    Dünən, 18:12 | Dövlət bağçasında aylıq ödəniş tələbi: Valideynlərdən 80 manat istəyirlər - İddia
    Dünən, 17:56 | Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - VİDEO
    Dünən, 17:54 | Şükürbəyli kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO
    Dünən, 17:32 | Polis bu toyun qarşısını aldı
    Dünən, 17:26 | Bu universitet 5500 manat maaşla işçi axtarır
    Dünən, 17:13 | Bu agentliyə yeni səlahiyyət verildi
    Dünən, 17:12 | ÇL: “Sabah”ın oyununa hansı kanalda baxaq?
    Dünən, 17:10 | 1660-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:09 | Buraxılış imtahanlarının proqramları açıqlandı
    Dünən, 17:08 | Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü
    Dünən, 15:25 | Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
    Dünən, 15:23 | “Qarabağ KOB-ları 2026”: növbəti peşə təlimləri başa çatdı
    Dünən, 15:21 | İsrail əhalisinin sayı ilk dəfə bu həddə artdı
    Dünən, 15:08 | Prezident 2 fərman, 1 sərəncam imzaladı
    Dünən, 15:06 | İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
    Dünən, 15:04 | Tramp yatmaqdan imtina edir
    Dünən, 14:52 | Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
    Dünən, 14:13 | Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO
    Dünən, 14:10 | Qara dənizdə yük gəmisi dron hücumlarına məruz qalıb: 2 Azərbaycan vətəndaşı həlak olub, 2-si yaralanıb
    Dünən, 14:08 | Cinayət işi açılan sabiq baş konsul Qasımovun qardaşı imiş
    Dünən, 13:41 | XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı
    Dünən, 13:38 | Əli Əsədov yeni qərar imzaladı
    Dünən, 13:23 | Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab
    Dünən, 13:19 | Mehmet Əli Ərbil infarkt keçirdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.