Şəmkirdə mikroavtobus su kanalına aşıb, 12 nəfər xəsarət alıb
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları cəlb edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















