Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QURU SƏRHƏDLƏRİ İLƏ BAĞLI QƏRAR DƏYİŞİR? - Milyardlarla zərər görən sahələr və gəlirlərini artıranlar... + AÇIQLAMALAR

  • Tarix: 21-11-2025, 15:27

Azərbaycanda quru sərhədlərinin açılması məsələsi uzun müddətdir cəmiyyətin gündəmindən düşmür. Zaman-zaman bu məsələ ictimaiyyət arasında, müxtəlif platformalarda və yerli KİV-lərdə müzakirəyə çıxarılsa da, reallıq odur ki, ölkənin quru sərhədləri 2020-ci il fevralın 28-də bağlanıb və bu tarixdən indiyədək 5 il 9 ay, daha dəqiq desək, 2093 gün keçməsinə baxmayaraq, hər hansı bir müsbət dəyişiklik baş verməyib.

Son günlər yenidən Gürcüstan və Türkiyə ilə sərhədlərin mərhələli şəkildə və hətta təxminən bir ay ərzində açılacağı barədə iddialar ortaya atılıb. Lakin ictimai rəydə bu xəbərlərə şübhə ilə yanaşanların sayı daha çoxdur. Səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi, olduqca aydındır — pandemiyanın ilk illərindən bəri sərhədlərin açılacağına dair yayılan heç bir məlumat öz təsdiqini tapmayıb.

Quru sərhədlərinin bu qədər uzun müddət bağlı qalması regionda unikal bir vəziyyətdir. Pandemiya səbəbindən qapadılan sərhədlərin bağlı saxlanılması ilə bağlı rəsmi qurumların hazırkı əsas arqumenti təhlükəsizlik və miqrasiya nəzarətidir. Lakin bu mövzunun getdikcə geniş ictimai müzakirə predmetinə çevrilməsi, eləcə də iqtisadi yükü azaltmaq, regional hərəkətliliyi bərpa etmək üçün sərhədlərin nə zaman açılacağına dair konkret yol xəritəsinin təqdim edilməsi vacib görünür. Maraqlıdır ki, son günlər bir sıra Milli Məclis üzvləri də bu kimi təşəbbüslərlə çıxış etməyə başlayıblar.

Məsələn, deputat Qüdrət Həsənquliyev bu yaxınlarda "AzPolitika.info"ya verdiyi son müsahibəsində bu mövzuya toxunub və quru sərhədlərinin açılmalı olduğunu dilə gətirib: “Novruz bayramında İrandan, Gürcüstandan, Rusiyadan ölkəyə yüz minlərlə soydaşımız gəlirdi, amma indi ölkəyə giriş yalnız təyyarə ilə mümkündür. Gəmi ilə Mərkəzi Asiya respublikalarından turistlər gəlməlidir. Xəzər dənizində gəmi ilə yalnız yük daşımamalıyıq, sərnişindaşıma inkişaf etdirilməlidir.”



Parlamentin plenar iclasında çıxış edən millət vəkili Zahid Orucun fikirlərində maraqlı bir detal diqqət çəkib. Deputat, ölkənin quru sərhədlərinin Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizlə eyni anda açıla biləcəyini qeyd edib. Bu, regionda nəqliyyat əlaqələrinin və iqtisadi münasibətlərin gücləndirilməsi baxımından mühüm bir təklif kimi səslənib. Zahid Oruc, həmçinin bu addımın regional əməkdaşlıq və təhlükəsizlik baxımından da müsbət təsir göstərəcəyini vurğulayıb.

“8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin "Əsrin neft müqaviləsi" kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq”, -deyə o, qeyd edib.

Bu açıqlama, quru sərhədlərinin açılması ilə bağlı uzun müddətdir davam edən müzakirələrə yeni bir baxış bucağı gətirir və sərhədin açılmasının yalnız iqtisadi deyil, həm də strateji baxımdan necə əhəmiyyətli ola biləcəyini göstərir.


Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli “AzPolitika”-ya şərhində bildirib ki, quru sərhədlərinin bağlı olması Azərbaycan üçün qəbuledilməz bir hala gəlib.



N. Cəfərli qeyd edir ki. Azərbaycan kifayət qədər güclü bir ölkədir və quru sərhədləri açıq şəraitdə də özünü müdafi edə bilər: “Düşünürəm ki, təhlükəsizliklə bağlı problemləri həll edə bilərik. Quru sərhədlərinin bağlı qalması ölkənin imicinə, iqtisadi münasibətlərə, sərhədyanı münasibtlərə, turizmə də ziyan vurur. Bu gün quru sərhədlər çox böyük maneəyə çevrilib. Mən ümid edirəm ki, bu ayıbdan yaxın zamanlarda qurtulacayıq və Azərbaycanın adı artıq quru sərhədi qapalı olan yeaganə ölkə kimi çəkilməyəcək”.



Millət vəkili Elşad Musayev “AzPolitika”ya açıqlamasında bildirib ki, quru sərhədlərin açılması ilə bağlı cəmiyyətdə uzun müddətdir geniş müzakirələr gedir və mətbuatda da bu mövzu daim gündəmdədir. Onun sözlərinə görə, deputat həmkarlarının da bu barədə hökumət qarşısında mövqeyi olub: “Biz dəfələrlə əsaslandırmışıq ki, müxtəlif sahələrin, xüsusilə də turizmin inkişafı üçün quru sərhədlərin açılması vacibdir. Bütün nəqliyyat və keçid yollarının fəaliyyət göstərməsi iqtisadi dinamikanı gücləndirər.”

Deputat qeyd edib ki, hökumətin mövqeyi indiyədək təhlükəsizlik amili ilə bağlı olub: “Hökumət bildirirdi ki, hələ təhlükə tam sovuşmayıb. Ermənistanla münasibətlər müəyyən qədər normallaşsa da, bütövlükdə bölgədə risklər qalır. Əvvəllər pandemiya məsələsi gündəmdə idi. Ötən il parlamentin payız sessiyasının açılışında Prezident də vurğulamışdı ki, quru sərhədləri tam açıq olsaydı, Azərbaycan üçün müəyyən təhlükələr yarana bilərdi.”

Elşad Musayev hesab edir ki, artıq böyük mənada bu təhlükələr aradan qalxıb: “Düşünürəm ki, risklər əvvəlki kimi ciddi deyil. Amma təbii ki, hökumətin əlində daha geniş informasiya var və qərarlar da həmin məlumatlara əsasən verilir. Ümumiyyətlə, quru sərhədlərin açılması həm vətəndaşların rahatlığı, həm də iqtisadi sahələrin inkişafı baxımından müsbət təsir göstərə bilər. Lakin görünür ki, təhlükələr tam aradan qalxmadığı üçün məsələ hələlik açıq qalır.”

Qeyd edək ki, Azərbaycanın quru sərhədlərinin 6 ilə yaxındır bağlı qalması ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Rəsmi qurumlar bu müddət ərzində yaranmış ümumi iqtisadi zərərin dəqiq hesablamasını aparmasa da, mövcud göstəricilər real itkilərin böyük olduğunu ehtimal etməyə əsas verirr. Zərərin ən çox hiss olunduğu bölgələr sərhədyanı ərazilərdir. Sakinlər uzun illər qonşu dövlətlərlə kiçik ticarət, mal mübadiləsi və gündəlik alış-veriş hesabına dolanırdı. Sərhədlərin bağlanması isə həmin insanların əsas gəlir mənbəyini demək olar ki, tamamilə məhdudlaşdırıb.

Turizm sektoru 3 milyarddan artıq zərərə uğrayıb

6 ildə quru sərhədlərinin bağlı qalması turizm sektorunda nəzərəçarpan iqtisadi itkilər yaradıb. Rəsmi statistikaya əsasən, 2019-cu ildə Azərbaycana gələn xarici turistlərin ölkədə xərcləmələri 3 milyard manata yaxın təşkil edib.



Pandemiyadan sonra quru sərhədləri açılmadığı üçün bu göstərici 2020–2023-cü illərdə kəskin şəkildə aşağı düşüb: 2020-ci ildə turist xərcləri 415 milyon manata enib, 2021-ci ildə 1,912 milyard, 2022-ci ildə 1,9 milyard, 2023-cü ildə isə 2,4 milyard manat olub. Yalnız 2024-cü ildə COP-29 tədbiri ilə əlaqədar bu rəqəm yenidən artaraq 5,1 milyard manata çatıb. Sadə müqayisə metodu ilə — yəni 2019 səviyyəsinin sonrakı illər üçün baza kimi götürülməsi ilə — 2020–2024 dövrü üzrə turizmdə yaranmış “potensial itki”ni hesablamaq mümkündür. Əgər hər il 2019-cu ildəki kimi 3 milyard manatlıq turizm gəliri əldə edilsəydi, beş ildə ümumi göstərici 15 milyard manat olardı. Lakin faktiki xərcləmələr cəmi 11,727 milyard manat təşkil edib. Bu isə həmin dövrdə (2020-2024) sektorun təxminən 3,27 milyard manat zərərə uğradığını göstərir.

Digər tərəfdən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə çəkilən xərclərin ümumi həcmi 2 milyard 526,8 milyon manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisdə 13.6% çoxdur. Xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb – 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb.

Aviaşirkətlər gəlirlərini 6 dəfə artırıb

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2020-ci ilin fevral ayından etibarən quru sərhədlərinin bağlı saxlanması hava nəqliyyatı sektorunda sərnişin daşımaların həcmini, bazarın əsas nəzartəçisi olan AZAL-ın və  ölkədə fəaliyyət göstərn digər xarici aviaşirkətlərin gəlirlərini əhəməiyyətli dərəcədə artırıb.




Belə ki, pandemiyadan əvvəlki bir neçə ay ərzində sərnişin daşımaları ciddi şəkildə azalmışdısa, sərhəd keçid məntəqələrində tətbiq olunan məlum məhdudiyyətlər hava yolu reyslərinə olan tələbatı artırmış oldu. Məsələn, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 476,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 106,5 min sərnişin və yaxud 3,2 % çoxdur. Ötən ilin rəsmi statistikasına görə, hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb. Hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib. Ötən il sərnişin daşınmasından əldə olunan gəlir isə 2 milyard 99 milyon manat olub. Bu gəlirin 2 milyard 39 milyon manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.

Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirləri aşağıdakı formada daha aydın şəkildə anlamaq olar:

- 2020-ci il - 577,9 min nəfər sərnişin daşınıb - 343 milyon 383 min manat gəlir əldə olunub;

- 2021-ci il - 1 milyon 132 min nəfər sərnişin daşınıb - 635 milyon 109 min manat gəlir əldə olunub;

- 2022-ci il - 2 milyon 253 min nəfər sərnişin daşınıb - 1 milyard 261 min manat gəlir əldə olunub;

- 2023-cü il - 2 milyon 911 min nəfər sərnişin daşınıb - 1 milyard 473 min manat gəlir əldə olunub;

- 2024-cü il - 4 milyon 44 min nəfər sərnişin daşınıb - 2 milyard 99 min manat gəlir əldə olunub.

- 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 476,1 min sərnişin daşınıb. 10 ayda hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. 




10 ay ərzində əldə olunan gəlirlə bağlı rəsmi bir məlumat açıqlanmayıb. Ancaq rəsmi statistika onu da deyir ki, son 5 ildə (2020–2024) Azərbaycanda hava nəqliyyatı ilə ümumilikdə 10 milyon 918 min 600 nəfər sərnişin daşınıb, bu dövrdə əldə olunan ümumi gəlir isə 5 milyard 811 milyon 493 min 400 manat təşkil edib. Yəni, 2020-ci illə müqayisədə quru sərhədləri bağlandıqdan sonra aviaşirkətlərin qazancı nə az, nə çox düz 6 dəfə artıb...

Hazırkı iddialar sərhədlərin mərhələli şəkildə açılacağına ümid yaratsa da, gerçək vəziyyət yalnız rəsmi qərar elan olunduğu anda aydın olacaq. Hələliksə, Azərbaycan quru sərhədlərini ən uzun müddət bağlı saxlayan yegabə ölkə olaraq qalır...

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 3 498
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.