Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Medıaxeberlerı.Az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb. "Şamaxı" evdə "Bakı Sportinq"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" matçının üstün olan tərəfi ilə qarşılaşacaq. Həmçinin kubokun son sahibi "Sabah" "İmişli"nin qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə "Sabah" daha 1 qol vuraraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə “Qəbələ" - "Şəfa" cütünün üstün tərəfi ilə qarşılaşacaq. Günün son matçında "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edib. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün "Turan Tovuz" və "Zirə" 1/4 finala adlayıblar. Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur. Azərbaycan kuboku 1/8 final 3 dekabr 19:00. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0 Qol: Nəriman Axundzadə, 80, Elvin Yunuszadə, 83-avtoqol, Nəriman Axundzadə, 89 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı. VAR: Rəşad Əhmədov. AVAR: Emin Əliyev. "Azərsun Arena" 14:00. "Şamaxı" – "Bakı Sportinq" - 1:0 Qol: Abdullahi Şuaybu, 69 Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov. Şamaxı şəhər stadionu 14:00. "İmişli" – "Sabah" - 1:2 Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2) Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov. VAR: Fərid Hacıyev. AVAR: Vüqar Həsənli. Quba OİK stadionu 4 dekabr 15:00. "Qəbələ" - "Şəfa" 19:00. "Araz-Naxçıvan" - "Kəpəz" 19:00. "Difai" - "Sumqayıt" 2 dekabr "Zirə" - "Neftçi" - 1:0 "Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2 1/4 finalda qarşılaşacaqlar: “Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi “Zirə" / “Difai" - "Sumqayıt" cütünün qalibi “Şamaxı" / “Qarabağ" "Sabah" /“Qəbələ" - "Şəfa" cütünün qalibi





















