Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib. "Qəbələ" 1-ci liqanın hazırkı lideri "Şəfa"nı qəbul edib və hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Kaxaber Sxadadzenin komandası bu mərhələdə "Sabah"a rəqib olub. "Sumqayıt" "Difai"ni 3:1 hesabı ilə üstələyib. 1/4 finalda "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə qarşılaşacaq. Digər matçda "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə "Kəpəz" 1 qol vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir. 4 dekabr Azərbaycan Kuboku 1/8 final 19:00. "Araz-Naxçıvan" – "Kəpəz" - 0:1 Qol: Ohori, 115 (0:1) Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov. VAR: Elçin Məsiyev. AVAR: Kamranbəy Rəhimov. "Liv Bona Dea Arena" 19:00. "Difai" – "Sumqayıt" - 1:3 Qollar: Ronaldo Vaskez, 9 (0:1), Kamil Qardaşlı, 67 (1:1), Ronaldo Vaskez, 75 (1:2), Aleksandr Ramalinqom, 90+3 (1:3) Qırmızı vərəqə: Roman Hüseynov, 84 ("Difai") Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 15:00. "Qəbələ" – "Şəfa" - 2:1 Qollar: İbrahim Sanqare, 2 (1:0), Emin Zamanov, 5 (1:1), İbrahim Sanqare, 53 (2:1) Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev. Qəbələ şəhər stadionu 2 dekabr "Zirə" - "Neftçi" - 1:0 "Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2 3 dekabr "Qarabağ" – "Karvan-Yevlax" - 3:0 "Şamaxı" – "Bakı Sportinq" - 1:0 "İmişli" – "Sabah" - 1:2 1/4 finalda qarşılaşacaqlar: “Turan Tovuz” / "Kəpəz" “Zirə" / "Sumqayıt" “Şamaxı" / “Qarabağ" "Sabah" /“Qəbələ" 





















