Ağstafada Zəfər Gününə həsr olunmuş “Vətən nəfəsi” adlı ağacəkmə aksiyası keçirildi
Ağstafa Rayon İcra Hakimiyyətinin 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə dair Tədbirlər Planına uyğun olaraq keçirilən silsilə tədbirlər çərçivəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.Köçəsgər və Həsənsu kəndləri ərazisində torpaq-iqlim şəraiti nəzərə alınaraq təşkil olunan ağacəkmə aksiyalarında Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, RİH-in könüllü gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Aksiyada iki min ədədə yaxın müxtəlif növ meşəcinsli və meyvə ağacları əkilib. Əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib.




Oxunub: 90
Xəbəri paylaş
Paylaş:





















