Zəfər Gününün beşinci ildönümü münasibəti ilə ağstafalı yeniyetmə və gənclərin Zəfər veloyürüşü keçirilib
Veloyürüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz Regional Təhsil, Gənclər və İdman İdarələrinin Ağstafa sektorlarının birgə təşkilatçılığı ilə baş tutub. Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu birliyinin, qətiyyətinin və vətənpərvərlik ruhunun rəmzidir. Ümummilli Lider Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycanın bu tarixi Zəfəri gələcək nəsillərə qürur və ilham mənbəyi kimi miras qalacaq, onların hər zaman Vətənə olan sevgisini və bağlılığını artıracaqdır. RİH başçısı iştirakçılara bayram təbriklərini çatdırıb, yürüşə qatılan hər bir velosipedçiyə təşəkkürünü bildirərək uğurlar arzu edib. Ümumilikdə 350 nəfərədək yeniyetmə və gəncin qatıldığı veloyürüş Ağstafa şəhəri, Heydər Əliyev prospekti - Rafiq Alıcanov - Hüseyn Arif küçələri marşrutu üzrə keçirilib.





















