Ağstafa şəhərində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş Zəfər yürüşü keçirilib
Mediaceberleri.Az xəbər verir ki, yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən Zəfər yürüşü sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Tədbirdə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilənib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.
Ağstafa şəhərində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş Zəfər yürüşü keçirilib. 


























