Ağstafada DƏHŞƏT: 10 yaşlı məktəblini texniki işçi...
Mediaxeberleri.Az-ın məlumatına görə, məktəbdə Azərbaycanın II Qarabağ müharibəsində qazandığı ZƏFƏRLƏ əlaqədar keçirilən tədbirdən sonra 4-cü sinif şagirdi 10 yaşlı Heydərova Leyla Emil qızı evə gedən zaman bilmədən texniki işçiyə toxunub və dərhal üzr istəyib. Texniki işçi isə bundan qəzəblənərək, şagirdin qarın nahiyəsindən möhkəm tutaraq kənara atıb. Hadisədən sonra şagird müxtəlif bədən xəsarətləri alıb. 10 yaşlı Heydərova Leyla Emil qızı baş vermiş hadisəni həmin gün qorxusundan valideyinlərindən gizlədib. Ertəsi gün ağrıları şiddətləndiyinə görə, zədələnmiş bədən hissələrinin şəklini çəkərək sinif yoldaşına göndərib. Sinif yoldaşı baş vermiş hadisəni anasına danışıb. Anası isə Leylanın valideyinlərindən, uşağın vəziyyətinin nə yerdə olduğunu soruşub. Beləliklə valideyinləri uşağa baxış keçirdikdən sonra, müayinə üçün xəstəxanaya və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məktəb rəhbərliyi şagirdin valideyinlərindən məsələni böyütməməyi xahiş edib. Faktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır.
Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin rus sektorunun 4-cü sinif şagirdi 10 yaşlı Heydərova Leyla Emil qızı (ad şərtidir) texniki işçi tərəfindən şiddətə məruz qalıb.






















