"Qazax İdman paytaxtı 2026" loqosu hazırlanıb
Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, "İdman paytaxtı"na hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanıb. “Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir", - deyə Ə.Məsmalıyev əlavə edib. İdarə rəisi onu da bildirib ki, İdman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















