Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BABA MAHMUDOĞLU -85

  • Tarix: 10-11-2025, 21:42

Qazax mahalının musiqi sahəsində yetirdiyi ilk Xalq artisti Baba Mahmudoğlu məzarı başında anıldı
Elə insanlar var ki, onların doğum günü tək özləri üçün yox, xalq üçün, millət üçündür. Tək özü üçün deyil, Azərbaycan incəsənəti üçün doğulan, yaşayıb yaradanlardan biri də Xalq artisti Baba Mahmudoğludur. Səsi, avazı qərinələri, əsrləri özündə yaşadan Baba Mahmudoğlunun 85 illik yubileyidir. Kürün şaqraq səsini, Qarayazının həzin nəfəsini, Koroğlunun nərəsini, Babəkin əzəmətini şəxsiyyətində, səsində, ömründə yaşatdı Baba Mahmudoğlu. Yaşasaydı 85 illik yubileyini onu sevən tamaşaçıları ilə birlikdə qeyd edəcəkdi.  Baba Mahmudoğlu ölməyib, ölümsüzləşib. Kainatın dünya adlı yerindən əbədiyyət adlı məkanına köç edən Baba Mahmudoğlu Azərbaycan incəsənətinin ən qədim və ən uca zirvəsində yaşayır.
Baba Mahmudoğlu Qazax mahalının musiqi sahəsində yetirdiyi ilk Xalq artistidir.
7 noyabr 2025-ci ildə "Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa rayonunun Muğanlı kəndində Xalq artisti Baba Mahmudoğlunun məzarı ziyarət olundu. Qazax və Ağstafa rayonlarının İcra hakimiyyətləri adından, "Qazax" Xeyriyyə İctimai Birliyinin adından məzarı önünə əklil və qərənfillər düzüldü.
Anım tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, AYB-nin Qazax bölməsinin sədri və nümayəndələri, ziyalılar, kənd sakinləri iştirak edirdilər.  Professor Hüseyn Xəlilov, Prezidentin fərdi təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şairlər Hacı Zaməddin Ziyadoğlu, Rafail İncəyurd Baba Mahmudoğlu haqqında xatirələrini danışıb, onun bənzərsiz səsindən, musiqi istedadından, insanlığından söz açdılar. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov ziyarətçilərlə telefon əlaqəsi saxladı. Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun, Ağstafa RİH-nin başçısı cənab Seymur Orucovun, İctimai Birliyin bütün üzvlərinin adından Baba Mahmudoğlunun əziz xatirəsinə hörmət və ehtiramını bildirdi. Uca Allahdan Baba Mahmudoğluna rəhmət dilədi. 
Qeyd edək ki, noyabr ayının 26-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Baba Mahmudoğlunun 85 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcəkdir. 
P.S. Baba Mahmud oğlu Mirzəyev 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olub. 1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub.
Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib.
Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə televiziya verilişlərində iştirak edib.
Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb.
1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da Təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə Xalq artisti fəxri adını alıb.
Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.
2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.
2006-cı il dekabrın 6-sında Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib. Allah rəhmət eləsin.
Sənətkar sağlığında öz ansamblını yaratmışdır ki, bu ansamblla o bir çox xarici səfərlərdə çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdır. Həmin ansambl hal-hazırda sənətkarın adını daşıyır. Sənətkarın vəfatından sonra bu ansamblın yenidən fəaliyyət göstərməsi üçün onun dostu və qarmon ifaçısı Əhsən Rəhmanlı bu ansambla rəhbərlik etmiş və bu günə qədər də həmin ansamblın ifasında bir çox ifaçılarla lent yazıları yazır, televiziya verlişlərinə dəvət alır, ansamblın yaşaması üçün yorulmadan çalışır.
Uca Allahdan Baba Mahmudoğluna rəhmət diləyirik.














+2



Bütün reaksiyalar







Oxunub: 3 433
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.