Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“O VAXT MƏNİMLƏ İKİƏLLİ GÖRÜŞÜRDÜLƏR...” – “Hamısının maskası düşüb, pis vəziyyətdə qalıblar...”

  • Tarix: 1-07-2024, 12:36

Sədərək Gömrüyünün sabiq rəisi, çətin dövrlərdə Heydər Əliyevi qoruyan, onun könüllü mühafizəsini təşkil edən şəxslərdən biri olan Mübariz Pənahov "Moderator.az" saytına Heydər Əliyevlə bağlı xatirələrini danışıb. 

Həmin müsahibəni təqdim edirik:

- Mübariz müəllim, siz Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin mühafizəçisi olmusunuz. Sizi ona ən sadiq şəxslərdən biri kimi tanıyırıq. Hansı şərait, hansı vəziyyət səbəb oldu ki, Ümummilli Lideri könüllü mühafizə edəsiz?

- Heydər Əliyev dünyada tanınmış liderlərdən biridir. Hər kəs istəyərdi ki, onu yaxından tanısın, ona qulluq etsin, tapşırıqlarını yerinə yetirsin. O, istər Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada çalışdığı illərdə xalqın rəğbətini qazanıb. Moskvada işləyəndə Qarbaçov hakimiyyətinin, ermənilərin əli ilə oradan uzaqlaşıb Bakıya gəldi. Bakıda da öz kadrlarından, nankorlardan Heydər Əliyevə qarşı düzgün mövqe tutmayanlar oldu. Heydər Əliyevin Naxçıvana, öz doğulduğu torpağa gəlməsi üçün isə artıq zəmin yaranmışdı. İnsanlar orada ona qucaq açdılar. Biləsiniz ki, bütün dövrlərdə Naxçıvanın 80 faizi Heydər Əliyevə qucaq açıb. Hətta o vaxtkı müxalif qrupların da ümummilli liderə qarşı münasibəti yaxşı olub. Sonra Xalq Cəbhəsi Partiyası iqtidara gələndən sonra Naxçıvanda hər şey əksinə oldu. Buradakı dırnaqarası “rəhbərlər” Heydər Əliyevi oradan uzaqlaşdırmaq üçün əllərindən gələn hər şeyi etdilər. Cəhdlərin ardı-arası kəsilmirdi. Belə bir vaxtda, 1991-ci ildə dahi şəxsiyyətlə görüşüb tanış olmaq mənə qismət oldu. O Naxçıvana gəldi, bir ucu Ordubad, Sədərəyə qədər bütün qəsəbələrdəki, rayondakı insanlarla tanış oldu. O zaman Heydər Əliyevin heç bir vəzifəsi yox idi. Belə bir dövrdə onu tanıdıq. O dövrün iqtidarı 1992-ci ildə Ulu Öndərə qarşı sərt mövqe, münasibət göstərirdi. Çevriliş etməyə qalxırdılar. Onlar Daxili İşlər Nazirliyini, televiziyanı ələ keçirdilər, amma Heydər Əliyev öz qətiyyətindən, fikrindən dönmədi. Dedi ki, mən xalqım, millətim üçün hər şeyə varam. O illərdə də mən öz yaxın ətrafımla - qardaşlarımla, bir qrup idmançılarla onun müdafiəsinə qalxdıq. Mənə hər zaman Heydər Əliyevin mühafizəçisi olmağımla bağlı sual ünvanlayırlar. Səmimi, açıq etiraf edim ki, mən onun qanuni, şəxsi mühafizəçisi olmamışam. Könüllü dəstək vermişəm, şəxsiyyətə xidmət etmişəm. Bu xidmətim bizim münasibətlərimizə, onun bizə güvənməyinə də zəmin yaratdı. Belə ki, münasibətlərimiz çox yaxşı oldu və mən Ulu Öndərin bölgədə inandığı, güvəndiyi şəxslərdən birinə çevrildim. Ulu Öndərin Şərurda bir-iki tapşırığı olmuşdu, o tapşırıqları layiqincə yerinə yetirmişdim. Sonra Bakıya gəldim. O vaxt bilsəydilər ki, Heydər Əliyev prezident olacaq, heç bizi Naxçıvana buraxmazdılar. Bütün dövrlərdə bu təməlli, köklü, ləyaqətli insanlar üçün fərq etmir. Əgər onlar bir insana bağlıdırsa, şərtlər nə olursa-olsun, ordan dönüş yoxdur. Amma tramplinin üstündə duranlar da çoxdur. Gözləyirlər ki, görsünlər, hansı qrup qalib gəlir, on tərəf yıxılsınlar. Amma biz hər zaman onun yanında olduq, mövqeyimizi dəyişmədik. Heydər Əliyev Bakıya gəldi. Artıq ona qarşı təhlükələr başlamışdı. Şəxsi mühafizənin rəhbərindən tutmuş müavinləri, növbə rəislərinə qədər bütün işçilərlə mənim dostluq əlaqələrim o illərdən başladı. Hər dəfə Bakıya gələndə onların ziyarətinə gedib, görüşürdüm. 1994-cü ildə yenə bir təhlükə yarandı. Sürət Hüseynov çevriliş etməyə cəhd göstərmişdi. Ulu Öndər xalqa müracitə etdi. Mən də artıq bu təhlükəni öncədən hiss etmişdim. Ona görə də öz ətrafımla Bakıya gəldim. İnanın ki, iynə atsaydınız yerə düşməzdi. Gecə ilə Prezident Aparatının qarşısında yaşlı insanlar, uşaqlar, ahıllar, bir sözlə onu sevən xalq bu maneəni aradan qaldırdı. 1995-ci il hadisələrində də Ulu Öndərin yanında olduq. Prezidenti o vaxt çox güclü mühafizə sistemi qoruyurdu. Mən demirəm ki, biz nəsə etdik. Sadəcə olaraq sədaqətimizi göstərdik ki, nə zaman ehtiyac olarsa, biz də varıq. Şübhəsiz ki, Azərbaycanın bu günkü günlərə gəlməyi Heydər Əliyevin nüfuzu sayəsində, uzaqgörən siyasəti nəticəsində oldu. Ulu Öndər o illərdə Naxçıvana gəlməsəydi, Naxşıvan da Qarabağ kimi işğal oluna bilərdi. Onun diplomatik görüşləri, xarici ölkə televiziyalarının jurnalistlərinə verdiyi müsahibələr, uzaqgörən siyasəti o vaxt blokada şəraitində olan, suyu, qazı, elektrik enerjisi olmayan Naxçıvanı xilas etdi. Ulu Öndərin o vaxtkı Türkiyə Prezidenti Süleyman Dəmirəllə çox gözəl münasibətləri var idi. Qısa müddətdə “Ümid” körpsü inşa olundu. O körpü naxçıvanlıların şəraitinin daha da yaxşılaşmasına zəmin yaratdı. Ondan sonrakı illərdə Heydər Əliyev Naxçıvana, ümumi Azərbaycana qayğısını, diqqətini əsirgəmədi. 

- Ölkənin Prezidentini mühafizə etməyin nə kimi çətinlikləri var idi? 

- Bilirsiniz ki, Prezident ölkənin rəhbəridir. Tarixə də nəzər salsaq, görərik ki, ölkə liderlərinə qarşı hər zaman təxribatlar, sui-qəsdlər olub. Amma Heydər Əliyevin ən böyük silahı xalq idi. O xalqa güvənirdi. Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, insana baxanda içində bəlli edirdi ki, bu insan xəyanətkardır, yoxsa sağlamdır. Xalqla çox yaxın təmasda idi. Onu hər kəs bir üzük qaşı kimi dövrəyə alırdı. Çətin dövrlərdə Allah Heydər Əliyevi qoruyurdu. Əlbəttə ki, onun qorunmasında o illərdəki mühafizə sisteminin də böyük rolu var. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu gün dünyada ən güclü qorunan 3-4 Prezidentdən biridir. Bu gün onun mühafizəsi elə möhkəm qurulub ki, bizim kimi könüllülərə ehtiyac yoxdur. Amma yenə də bizə ehtiyac olarsa, canımızla, qanımızla xidmət etməyə hazırıq.



- O illərdə Ulu Öndərə qarşı hansı təhdidlər var idi? 

- Siyasətdə onun kölgəsində qalan insanlar qısqanclıqdan onu devirmək istəyirdilər. Hətta Heydər Əliyevi devirmək üçün xarici xidmət orqanlarından kömək istəyənlər də var idi. Onlar sadəcə bir şeyi başa düşmürdülər ki, Allahın yüksəklərə qaldırdığı insanı heç kim zirvədən endirə bilməz! Onun şəninə yazılan mahnıda deyildiyi kimi, “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”. Belə də oldu. O da sonuna qədər xalqın yanında oldu, xalqı dəstəklədi. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bənzərsiz bir lider idi, amma aramızdan tez getdi.

- Biz arxiv görüntüləri izləyəndə Heydər Əliyevin nə qədər kövrək qəlbli insan olmağının şahidi oluruq. Onu nə kövrəldə bilərdi? 

- Heydər Əliyevin ən çox kədərləndiyi illər ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanı itirdiyi zaman olub. Ən böyük zərbəni onda aldı. O vaxt qaçqınlarla görüşə gedəndə, döyüş bölgələrində insanlarla görüşərkən oradan böyük üzüntü ilə ayrılırdı. Dolurdu, kövrəlirdi. Sanki həyatında çatışmayan nəsə var idi. Arzusu bu idi ki, Azərbaycanın işğalda olan torpaqlarını azad etsin, insanları yurd-yuvalarına qaytarsın, ölkənin rifahını qaldırsın. Bu hallarda o kövrəlməyib, duyğulanmaya bilməzdi. Çox təəssüf ki, Heydər Əliyev Azərbaycanın bu günlərini görmədi. Hər zaman deyirdi ki, mənim üçün xalqıma xidmət etməkdən böyük vəzifə ola bilməz. Allah ona rəhmət etsin, ruhu şad olsun ki, İlham Əliyev kimi bir şəxsiyyəti öz məktəbində hazırladı. O da düşündüyümüzdən də daha yaxşı xalqı ağır böhrandan çıxartdı, torpaqlarımızı azad etdi.

Bizim ökədə heç vaxt müxalifət iqtidarla razılaşmayıb, amma 44 günlük müharibədə təxminən onların 95 faizi İlham Əliyevi, xalqı təbrik etdilər. İlham Əliyev son 200 ildə azad olunmayan torpaqlarımızı 44 günlük müharibədə azad etdi. Belə qalibiyyət bəşər tarixində hələ olmayıb.


- Ulu Öndərlə bağlı həyatınızda iz qoyan ən səmimi xatirə hansıdır? 

- Onunla bağlı bir çox xatirələrim var. İşlə əlaqədar olaraq Türkiyəyə gedib-gəlirdim. Görürdüm ki, orada insanların hamısının yaxasında Atatürkün şəkli olan yaxa sancağı, döş nişanı var. Bir gün fikirləşdim ki, onların babasının yaxa sancağı var, bizim babamızın niyə yoxdur? İlk dəfə Heydər Əliyevin fotosu həkk olunan döş nişanını mən hazırladıb Azərbaycana gətirdim və ona hədiyyə etdim. Özü də çox bəyənmişdi. Başqa bir xatirəm də odur ki, görüşlərimizin birində mənə “Mübariz, mən sənə hər zaman etimad göstərmişəm” dedi. Mən də dedim ki, cənab Prezident, bütün varlığımla sizin etimadınızı doğrultmağa hazıram!... 

- Ulu Öndərin vəfat xəbərini necə aldınız? 

- 2003-cü ilin dekabrın 12-də ailəmlə televizora baxırdım. Gecə saat 12-yə 15 dəqiqə qalırdı. Türk kanalında, “Kanal D”-də ekranda alt hissədə yarımbaşlıq getdi ki, “Azərbaycan cumhurbaşkanı Heydər Əliyev dünyasını dəyişdi”. Mən çox narahat oldum. Övladlarım balaca idi. Bir söz işlətdim ki, “belimiz qırıldı”. Bu sözü 30 saniyənin içərisində dedim. Mən 10 il müddətində Fəxri xiyabana ancaq gecələr gedirdim. Övladlarım balaca idi, onları da aparırdım. Gündüz getmirdim ona görə ki, səni nə qədər çox istəyən varsa, bir o qədər də istəməyən, qısqanan, xidmətsiz adamlar var idi. Deyəcəkdilər ki, işsiz qalıb, gəlib Fəxri xiyabanın qabağını kəsdirib. Bu sözdən ehtiyyat edirdim. Buna görə də gecə gedirdim. Bu gün artıq işimin başındayam. Əməkdaşlarımızla, işçilərlə hər il doğum və anım günlərində gedib Ulu Öndəri ziyarət edirəm. Allah ona rəhmət etsin. Bu gün həyatda nə qazanmışamsa, onun sayəsində olub. Mən sadə, zəhmətkeş bir ailədə böyümüşəm. Ailəmiz də böyük idi. 7 qardaş, iki bacı olmuşuq. Qardaş-bacılarımın oxumasını, təhsil almasını mən həyata keçirmişəm. Hər zaman da ümumilli liderimizə arxalanmışam. Bilirdim ki, mənə dayaq olan, qoruyan dahi bir şəxsiyyət var. Onu tanıyandan sonra həyatımda hər şey büsbütün dəyişib. 2003-cü il dekabr ayının 12-dən aramızda yoxdur, amma onun adına görə bu gün hər kəs mənə hörmətlə yanaşır. Amma bunların içində xidməti olmayan nankorlar da var. Sanki bu gün məni tanımırlar. Ulu Öndərin vaxtında mənimlə ikiəlli görüşürdülər. Kökü olan insanlar heç vaxt belə addım ata bilməzlər. Bu gün artıq onların hamısının maskası düşüb, pis vəziyyətdə qalıblar. İnsanları artıq bir-birindən ayıra bilirəm. Ulu Öndər rəhmətə gedəndən 2 ay sonra məni xidmətdən uzaqlaşdırdılar. Mən Bakıya gəldim. Bakıda 10 il işsiz qaldım, amma mövqeyimi dəyişmədim. Övladlarımın tərbiyəsi, məktəbi ilə məşğul oldum. 10 ildən sonra məni vəzifə ilə təmin etdilər. Heç bir dünya malı, vəzifə məni fikrimdən döndərə bilməz. Döndərmədi də. Şükürlər olsun ki, İlham Əliyevin də yanında cəsur işçilər var. Onların bəziləri ilə şəxsi münasibətlərim var. Ulu Öndərin vaxtında onlarla bir o qədər də yaxın münasibətim olmasa da, mənə bu gün o qədər böyük qucaq açırlar ki, bəzi hallarda utandığımdan xəcalət çəkirəm. 



- Siz Naxçıvanın ictimai-siyasi həyatında da mühüm işlər görmüsünüz... 

- Öz xidmətimdən çox qürur duyuram. Naxçıvanda işlədiyim müddətdə şəhid büstləri, xəstəxana, məktəblər, idman ocaqları, stadionlar tikdirmişəm, şəhid ailələrinə, qazilərə qayğı göstərmişəm. Ordubaddan Sədərəyə qədər yaşayan insanların 100-də 80-i ilə çox gözəl münasibətim var. 20 ildir Naxçıvandan kənardayam. Ara-sıra gedirəm. İnsanların göstərdiyi səmimi münasibəti mənə böyük qürur verir. Demək ki, bölgədə izim itməyib. Mən də bununla qürur duyuram. Həyatda bundan böyük qürur ola bilməz. Gənc yaşlarımda idmanla məşğul olmuşam. 5-6 dəfə Azərbaycan çempionu olmuşam, SSRİ respublikalarında nailiyyətlərim olub. Naxçıvan Futbol Federasiyasının prezidenti olmuşam, bir çox çempionatlar təşkil etmişəm. Məqsədim də o idi ki, dağda müharibə gedir, bizim gənclər möhkəm olmalı, pis vərdişlərdən uzaq durmalıdırlar. Ukrayndan 1991-ci ildə öz şəxsi hesabıma Naxçıvana idman trenajorları, idman qurğuları gətizdirmişəm. Əhali gəlib orada təmənnasız idman edirdi. Əhalinin 100-də 80-i kasıb idi, idmana büdcə ayırmağa imkanları yox idi. Amma mən onu da elə edirdim ki, pulsuz şəkildə gəlib onlar idmanla məşğul olurdular...







Oxunub: 2 888
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Bu gün, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Bu gün, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Bu gün, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Bu gün, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Bu gün, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Bu gün, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Bu gün, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Bu gün, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Bu gün, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Bu gün, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Bu gün, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Bu gün, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Bu gün, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Bu gün, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Bu gün, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Bu gün, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Bu gün, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Bu gün, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Bu gün, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Bu gün, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Bu gün, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Bu gün, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Bu gün, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Bu gün, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Bu gün, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Bu gün, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Bu gün, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Bu gün, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Bu gün, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Bu gün, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Bu gün, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Bu gün, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Bu gün, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Bu gün, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Bu gün, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Bu gün, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Bu gün, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Bu gün, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Bu gün, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Bu gün, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Bu gün, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Bu gün, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Bu gün, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Bu gün, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Bu gün, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Bu gün, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Bu gün, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Bu gün, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Bu gün, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.