Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar: MTK binanı niyə təhvil vermir?
Baku TV-nin "qaynar xətti"nə müraciət edən Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin "Olympus" MTK-dan narazılıqlarını bildirib. Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib. Sakinlərdən biri vəziyyəti belə təsvir edib: "Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur". Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib: "Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq". Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib: "Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək". Daha ətraflı videomaterialda:
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















