Mediaxeberleri.az
    
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR

Son xəbərlər :
  • İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
  • "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Mahir Emrelinin ilham mənbəyi kimdir? - MÜSAHİBƏ

  • Tarix: 9-09-2023, 15:54

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə oyunu öncəsi AFFA-nın rəsmi saytına müsahibə verib.

Mediaxeberleri.Az müsahibəni təqdim edir.

– Necə oldu ki, futbolu seçdiniz, bu sahəyə maraq göstərdiniz?
– Əksər uşaqlar kimi mən də kiçik yaşlarımdan futbola maraq salmışam. Daha dəqiq desək, bu maraq məndə 2002-ci il dünya çempionatında Türkiyə-Braziliya oyunundan sonra başladı. Anam futbola baxırdı, Türkiyə millisinə azarkeşik edirdi. Düzdür, heç nə anlamırdım. Futbolun yaratdığı həyəcan, anamın futbola marağı məni bu sahəyə yönləndirdi. Dayım uşaqları və qardaşlarım futbol oynayırdılar. Zaqatalada idilər, mən də onlarla məşq etməyə gedirdim və beləcə futbolu sevməyə başladım.

– Karyeranızda ən böyük ilham mənbəyi kim və ya nədir?
– Dediyim kimi, futbolçu olmağımda anamın böyük payı var. İlham mənbəyim anam, ailəm, onların sevinməyidir. Mən də onlar üçün oynayıram. Amma belə deyək, əsas ilham mənbəyim anamdır.

– Futbolda qarşılaşdığınız ən böyük problem nə olub və bunun öhdəsindən necə gəlmisiniz?
– Hər sahədə olduğu kimi, futbolda da çətinliklər olur. Əlbəttə, hər şey yaxşı gedəndə problemi hiss etmirsən. Lakin hər an çətinliklərlə qarşılaşa bilərsən: komandan məğlub olanda, oyunun alınmayanda, qol vura bilməyəndə. Oyun planında hər hansı çatışmazlıq olanda problemlər başlayır. Bu anlarda mental olaraq güclü olmalısan. Özünü mənəvi cəhətdən hazırlayanda hər şeyin öhdəsindən rahatlıqla gələ bilirsən. Ən əsası, sakit olmaq, öz üzərində daha çox çalışmaq lazımdır.

– Karyeranızda sizi ən çox sevindirən an hansı olub?
– İlklər heç vaxt unudulmur. Futbolda da belədir. Ən çox sevindirən, yəqin ki, ilk olanlardır. Bunun yerini heç nə vermir. Məsələn, yeni komandanda ilk qolun, vacib oyunda fərqlənməyin və ya ilk qələbə. Bir sözlə, hər şeyin ilki daha sevincli və yaddaqalan olur.

– Bacarıqlarınızı artırmaq və bu sahədə uğur qazanmaq üçün xüsusi olaraq nə edirsiniz?
– Getdiyim hər yerdə yeni nələrsə öyrənməyə çalışmışam. Bu, sadəcə, meydanda məşq etmək anlamına gəlmir. Meydandan kənarda da çox şeyləri öyrənmişəm. Həmişə psixoloji və fiziki baxımdan nələri daha yaxşı edə bilərəm deyə fikirləşirəm. Meydandan kənarda şəxsi fizioteropevtinlə işləməlisən, xüsusi yemək planın və günlük proqramın olmalıdır. Bu yolla bacarıqlar da artır.

– Özünüzü oyunlara və məşqlərə necə motivasiya edirsiniz?
– Hər oyuna fərqli şəkildə motivasiya oluram. Özümü oyunlara hazırlamağımın bir yolu var. Ən vacibi, yuxu rejimimə çox ciddi əməl edirəm. Doyunca yatdığımı hiss etməliyəm. Daha sonra artıq çəkimin olmaması psixoloji cəhətdən məni çox rahatladır. Peşəkarlıq baxımından bütün qaydalara, rejimə əməl etdikdə oyuna tam hazır olduğumu hiss edirəm. Bütün bunları reallaşdırmaq mənə motivasiya verir. Yoxsa, belə xüsusi motivasiyaya ehtiyac yoxdur. Futbolçu üçün oyun günü onsuz da bayramdır.

– Qarşılaşdığınız hər hansı problemi necə həll edirsiniz?
– Problemdən problemə fərq var. Bəzilərini şifahi həll etmək olur, bəzilərini fiziki. Düzdür, biz problemləri fiziki həll etməyin tərəfdarı deyilik. Bu suala cavab vermək bir az çətindir. Müxtəlif problemlərlə rastlaşa bilərsən. Həyatı problemsiz təsəvvür etmək mümkün deyil. Həyatın hər anı bizim üçün bir imtahandır. Hər bir çətinliyə hazır olmalısan. Əlbəttə, özümüz özümüzə problem yaratmamalıyıq. Bu, tamam fərqli bir şeydir.

– Səhvlərinizdən öyrəndiyiniz ən dəyərli dərs hansıdır?
– Səhvlər etmədən öyrənmək olmaz. Öyrəndiyim ən vacib dərs budur. Həm həyatda, həm meydanda, həm meydandan kənarda insan səhv edə bilər. Bəzən insanlar buna mane olmamalıdır. Düzdür, əgər geri dönülməyən bir səhvdirsə, bunu bildirməlisən. Deməlisən ki, bu səhvin geri dönüşü yoxdur. Amma geri dönüşü olan səhvlərdə bəzən insanı bir az rahat buraxmaq lazımdır ki, doğrunu görə bilsin. Həyatına mənfi təsir edə biləcək səhvlər etməməlisən. Dediyim kimi, xırda səhvlər sənə nələrsə öyrədə biləcəksə, o baş verməlidir.

– Eyni səhvləri təkrarlamaq istəməyən gənclərə nə məsləhət görərdiniz?
– Başqalarının səhvindən nəticə çıxarmağı məsləhət görərdim. Bunu bacaran insanlar müdrik hesab olunurlar. Bir də elə tip insanlar var ki, nə qədər izah edirsən, başa düşmürlər. Əgər başqasının səhvini görüb ondan dərs çıxara bilirsə, əlbəttə, o müdrik insandır. Ona görə çalışsınlar, başqalarının səhvindən dərs çıxara bilsinlər.

– Sizi ən çox motivasiya edən amil nədir?
– Həyatda qarşıma qoyduğum məqsədlər mənim üçün ən yaxşı motivasiyadır. Nail olduqlarım, nail olmaq istədiklərim hamısı motivasiyadır. Bir şeyə nail olanda daha çoxunu istəyirsən. Bu da istər-istəməz, adamı daha çox həvəsləndirir, ruhlandırır. Yəni, avtomatik özün-özünə bir motivasiya tapırsan. İnsan özü üçün bu cür istəklər axtarıb tapmalıdır.

– Karyeranızda hansı dövr sizi daha çox təkmilləşdirib, inkişaf etməyinizə səbəb olub?
– Bu suala cavab vermək çətindir. İnkişaf etmək zamanla əlaqədardır. Təcrübə qazandıqca daha da təkmilləşirsən. Bunu artıq meydanda siz hiss edirsiniz. Təkmilləşdikcə həm meydanda, həm də meydandan kənarda hər şeyin yaxşıya doğru dəyişdiyini görürsünüz.


Oxunub: 958
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    Dünən, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Dünən, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Dünən, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Dünən, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Dünən, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Dünən, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Dünən, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Dünən, 11:55 | Azərbaycana qar yağıb
    Dünən, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Dünən, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Dünən, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Dünən, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Dünən, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Dünən, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Dünən, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Dünən, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Dünən, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Dünən, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Dünən, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Dünən, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    21-11-2026, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    21-11-2026, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    21-11-2026, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    21-11-2026, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    21-11-2026, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    21-11-2026, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    21-11-2026, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    21-11-2026, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    21-11-2026, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    21-11-2026, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    21-11-2026, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    21-11-2026, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    21-11-2026, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    21-11-2026, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    21-11-2026, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    21-11-2026, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    21-11-2026, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    21-11-2026, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    21-11-2026, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    21-11-2026, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    21-11-2026, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    21-11-2026, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    21-11-2026, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    21-11-2026, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    21-11-2026, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    21-11-2026, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.