Mediaxeberleri.az
    
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır

Son xəbərlər :
  • MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI
  • Putindən Lukaşenkoya: Nəyisə dəqiqləşdirmək lazım olsa...
  • Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxır?
  • Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünləri nədir? - VİDEO
  • Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
  • İranda daha 28 nəfər edam edildi
  • Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
  • Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
  • Fidan misirli və qətərli həmkarı ilə danışdı
  • FHN Bakı Metropolitenində: yanğın təhlükəsizliyi... - Foto
  • Təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirildi - Bir həftə ərzində...
  • Şükufə Yusupovadan xəbər var
  • Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü
  • Hərbi xidmətlə bağlı vacib qərar açıqlandı
  • Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
  • Təhsil haqqı artırıldı: onlara güzəşt olunacaq - Ekspret
  • Bölgələrdə leysan olub, Bakıda külək əsir
  • Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika - gənc qalmaq istəyənlər oxusun...
  • Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər
  • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşdı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İŞ SAATINA GÖRƏ MAAŞ MƏSƏLƏSİ TƏXİRƏ SALINDI...– Saatda nə qədər qazanırıq, nə dəyişəcəkdi?

  • Tarix: 8-12-2025, 13:13

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçidin təxirə salındığı bildirilir. Belə ki, regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb. Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əmək haqqı ilə bağlı təkliflər hazırlandığını bildirsələr də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.

Uzun müddətdir ictimai müzakirələrin mərkəzində olan bu mövzu ilə bağlı bir sıra ekspertlər bildirirdilər ki, əmək bazarına təsiri baxımından, saatlıq minimum əmək haqqı rejiminə keçid bəzi sahələrdə əmək şəffaflığının artmasına və işçilərin hüquqlarının daha yaxşı qorunmasına səbəb ola bilər. Qeyd olunur ki, bu sistem əməkdaşların faktiki işlədiyi saatlara əsasən ödəniş almalarını təmin edərək qeyri-rəsmi məşğulluğun qarşısını almağa da kömək edə bilərdi.

İqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid ümumilikdə faydalı ola bilərdi.




Onun sözlərinə görə, hazırkı əmək haqqı modeli sovet dövründən qalma sistemdir və müasir əmək bazarının tələblərinə cavab vermir:“Hazırda elə çoxlu işlər var ki, frilanserlər və ya qeyri-sabit qrafiklə çalışan insanlar əvvəlki 8–10 saatlıq iş sistemi ilə uyğunlaşa bilmir. Sovet dövründə insanlar yalnız dövlət sektorunda, muzdlu işlərdə çalışırdı və başqa iş formaları demək olar ki, yox idi. Amma indi vəziyyət tam fərqlidir. Bu gün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə saatlıq əmək haqqı geniş tətbiq olunur. Biz də həmin yaxşı praktikanı ölkəyə gətirmək istəyirdik”.

İqtisadçının sözlərinə görə, nəzərdə tutulan model üzrə minimum əmək haqqı olan 400 manat ay ərzindəki ümumi iş saatlarına bölünəcəkdi: “Lakin burada bir problem var. Bizdə minimal əməkhaqqı real bazar qiymətlərindən xeyli aşağıdır. Orta aylıq əməkhaqqı təxminən 1100 manatdır, minimum əməkhaqqı isə 400 manat. Bununla belə, minimal maaş alan insanlar da mövcuddur. Dövlət üçün də maraqlı idi ki, minimal hədd dəqiq müəyyən olunsun və müqavilələr bağlanarkən vergi düzgün hesablansın”.

Hesablamaya gəlincə, ekspert gözlənilən sistemi belə izah edir:“Təxmini hesablasq, ayda 22 iş günü var. 22-ni 8 saataa vuranda 176 saat edir. 400 manatı 176 saata bölsək, saatlıq əmək haqqı təxminən 2 manat 27 qəpik olur. Yəni, burada maaş artımından söhbət getmir, sadəcə yeni qaydada hesablamanın müəyyən edilməsindən gedir”

X. Kərimli sonda qeyd edib ki, gələcəkdə bu rejimə keçidin baş verməsi gözləniləndir.




Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əmək haqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əmək haqqının məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və təxminən 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Qeyd edək ki, dünyada saatlıq minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əmək haqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əmək haqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əmək haqqı 22104 türk lirəsi təşkil edir. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 122 türk lirəsi və ya təxminən 10 manat 44 qəpik edir. Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum əmək haqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 dollar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əmək haqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir.

Ermənistana gəlincə, burada aylıq minimum əmək haqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əmək haqqı məbləğini təqdim edirik:

- Avstraliya - 15,23 dollar (25.90 AZN);

- Yeni Zellandiya - 13,90 dollar (23. 64 AZN);

- Almaniya - 12 avro (21.60 AZN);

- Fransa - 11.65 avro (20.97 AZN);

- Niderland - 10.44 avro (18.79 AZN);

- Belçika - 10.38 avro (18.68 AZN);

- İrlandiya - 9.62 avro (17.31 AZN);

- ABŞ (Kaliforniya) - 20 dollar (34 AZN);

- ABŞ (Vaşinqton) - 17.50 dollar (29.75 AZN);

- İsrail - 9.46 dollar (16.08 AZN);

- Yaponiya (Tokyo) - 7.50 dollar (12.75 AZN);

- İsveçrə (Cenevrə) - 23 İsveç kronu (44.16 AZN).

E. Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 596
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:48 | MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI
    Dünən, 22:12 | Putindən Lukaşenkoya: Nəyisə dəqiqləşdirmək lazım olsa...
    Dünən, 22:06 | Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxır?
    Dünən, 22:04 | Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünləri nədir? - VİDEO
    Dünən, 22:01 | Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
    Dünən, 21:56 | İranda daha 28 nəfər edam edildi
    Dünən, 19:22 | Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
    Dünən, 19:19 | Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
    Dünən, 19:18 | Fidan misirli və qətərli həmkarı ilə danışdı
    Dünən, 15:06 | FHN Bakı Metropolitenində: yanğın təhlükəsizliyi... - Foto
    Dünən, 14:04 | Təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirildi - Bir həftə ərzində...
    Dünən, 13:57 | Şükufə Yusupovadan xəbər var
    Dünən, 13:50 | Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü
    Dünən, 13:27 | Hərbi xidmətlə bağlı vacib qərar açıqlandı
    Dünən, 13:25 | Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
    Dünən, 13:23 | Təhsil haqqı artırıldı: onlara güzəşt olunacaq - Ekspret
    Dünən, 12:09 | Bölgələrdə leysan olub, Bakıda külək əsir
    Dünən, 11:56 | Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika - gənc qalmaq istəyənlər oxusun...
    Dünən, 11:24 | Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər
    Dünən, 11:22 | Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşdı
    Dünən, 11:20 | Atdan yıxılan 12 yaşlı oğlan öldü
    Dünən, 09:48 | Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir
    Dünən, 09:44 | Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü
    Dünən, 09:33 | Kəmaləddin Heydərov Kənan Yolçuyevə yüksək vəzifə verdi
    Dünən, 08:47 | Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Dünən, 08:44 | Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert
    Dünən, 08:42 | Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    28-08-2026, 21:20 | Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    28-08-2026, 21:12 | Yeni tikilən çoxmərtəbəli binalardan mənzil alanlar diqqətli olsun! - Hansı hallarda mənzillərə çıxarış verilmir? - VİDEO
    28-08-2026, 21:04 | Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI
    28-08-2026, 21:01 | Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
    28-08-2026, 20:40 | Elvira Hacıbalayeva vəzifəsindən azad edildi
    28-08-2026, 20:27 | "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
    28-08-2026, 18:05 | Həkimliklə bağlı mühüm açıqlama
    28-08-2026, 18:02 | Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı
    28-08-2026, 17:40 | Yeniyetmə maşınla qadını vurub hadisə yerindən qaçdı - Video
    28-08-2026, 15:36 | “Sabah”dan möcüzə gözləyə bilmərik - Ekspert
    28-08-2026, 15:33 | Deputatlığa namizəd olmuş müəllim faciəvi şəkildə öldü
    28-08-2026, 13:38 | Oğul anasını bazarda bıçaqlayıb öldürdü
    28-08-2026, 13:24 | Vəzifədən azad edilən Ziyafət Tağıyeva Eldar Əzizovun qudası imiş - FOTO
    28-08-2026, 13:21 | Sabah hava necə olacaq?
    28-08-2026, 13:18 | Oğul anasını bazarda bıçaqlayıb öldürdü
    28-08-2026, 11:59 | 46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? - TARİXİ VİDEO
    28-08-2026, 11:57 | Bu tələbələr təhsil haqqı ödəməyəcək – SİYAHI
    28-08-2026, 09:35 | Neft yenidən 90 dollara yaxınlaşır
    28-08-2026, 09:32 | Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
    28-08-2026, 09:16 | “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    28-08-2026, 09:06 | TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    28-08-2026, 08:57 | Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək? – AÇIQLAMA
    28-08-2026, 08:55 | Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.