Qubada sakinlər arasındakı torpaq mübahisəsinə DİN-dən REAKSİYA
Quba rayonu, İdrisqışlaq kəndi ərazisində bir qrup sakinin onlara məxsus torpaq sahələrinə gedən yolun zəbt edilməsi ilə bağlı səsləndirdikləri iddialar araşdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib ki, müraciət əsasında torpaq bölgüsünün dəqiqləşdirilməsi məqsədilə polis və aidiyyəti dövlət orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, sözügedən ərazi qanunla nəzərdə tutulan qaydada torpaq islahatları aparılarkən bölünərək digər sakinlərə verilib. Bu barədə aidiyyəti qurum tərəfindən şikayət edən şəxslərə məlumat verilib və onlara məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunub. Qubanın İdrisqışlaq kəndində yaşayan bir qrup sakin illərdir yol sarıdan çətinliklə üzləşirlər. Onların iddiasına görə, vaxtilə istifadə etdikləri yol bir neçə sakin tərəfindən zəbt olunaraq bağlanıb. Bununla yanaşı, su arxlarının da qarşısı kəsilib. Sakinlər deyirlər ki, sözügedən problem təsərrüfatlarındakı ağacları suvarmağa mane olur. "Təxminən 200 metrlik ərazi bağlanıb və biz kəndarası yola çıxa bilmirik. Torpağın sahibi deyir ki, çıxarışım var, yolu bağlayıram. Bəs bizim bağ-bərəmiz susuz necə olacaq?!", - şikayətçi Şahin Nəsirov narazılığını bildirib. "Mənim 66 yaşım var. Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib", - deyə başqa bir sakin deyib. Daha ətraflı Baku TV-nin süjetində:





















