"Sabah" "Neftçi"yə qalib gəldi
Misli Premyer Liqasında 14-cü tur davam edir. Mediaxeberleri.Azxəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub. Əvvəlcə "Qəbələ" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Ancaq qarşılaşma qatı duman səbəbindən təxirə salınıb. Hazırda turnir cədvəlində Əyalət təmsilçisi 8 xalla 10-cu, Tovuz klubu isə 24 xalla 4-cüdür. Günün digər matçında "Sabah" "Neftçi"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" 28 xalla 2-ci pilləyə yüksəlib, "Neftçi" isə 16 xalla 8-ci pillədə qərarlaşıb. Bu turun son 2 görüşü sabah keçiriləcək. Misli Premyer Liqası, 14-cü tur 8 dekabr (bazar ertəsi) 20:00. “Sabah” – “Neftçi” - 2:0 Qol: Akim Zedadka, 58, Coy Lens Mikels, 77 17:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0 (Oyun qatı duman səbəbindən təxirə salınıb) 9 dekabr (çərşənbə axşamı) 17:00. “Araz-Naxçıvan” – “Kəpəz” 19:30. “Sumqayıt” – “İmişli” 6 dekabr (şənbə) "Zirə” - “Qarabağ” - 1:1 7 dekabr (bazar) “Karvan-Yevlax” - “Şamaxı” - 0:3
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu





















