Neandertalların dini inancları olub?
Neandertallarda dini inancların mövcudluğu qədim insanları araşdıran tədqiqatçılar arasında müzakirə mövzusu olaraq qalır. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı "Live Science" yazır. Neandertalların maddi həyatları ilə bağlı bir çox sübutlar, əşyalar toplanıb. Lakin həyatlarının mənəvi tərəfi haqqında olduqca az məlumat var. Bəzi elm adamları 30 min il əvvəl yaşamış insanların müxtəlif rituallarla məşğul ola biləcəyinə inanırlar. Neandertallar ölüləri basdırıb, heyvan kəllələrini mağaralarda toplayıb və simvolik məqsədlər üçün mağara rəsmləri yaradıblar. Bütün bunlar Neandertalların dini adətlərə malik olduqlarını göstərir. Alimlər hesab edirlər ki, onların dini inancları və davranışları, ehtimal ki, müasir şamanizmə bənzəyib. Bununla yanaşı, neandertallar mağaralarda ayı kəllələrindən ritual qurbangahlar yaradıblar. Ehtimal ki, onlar Ayıya tanrı kimi ibadət ediblər.





















