Misli Premyer Liqası: "Qəbələ" "Turan Tovuz"a, "Sabah" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında 14-cü tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub. Əvvəlcə "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək. Hazırda turnir cədvəlində Əyalət təmsilçisi 8 xalla 10-cu, Tovuz klubu isə 24 xalla 4-cüdür. Günün digər matçında "Neftçi" "Sabah"ın qonağı olacaq. Sıralamada "Sabah" 25 xalla 3-cü, "Neftçi" isə 16 xalla 8-ci pillədə qərarlaşır. Bu turun son 2 görüşü sabah keçiriləcək. Misli Premyer Liqası, 14-cü tur 8 dekabr (bazar ertəsi) 17:00. “Qəbələ” – “Turan Tovuz” 20:00. “Sabah” – “Neftçi” 9 dekabr (çərşənbə axşamı) 17:00. “Araz-Naxçıvan” – “Kəpəz” 19:30. “Sumqayıt” – “İmişli” 6 dekabr (şənbə) "Zirə” - “Qarabağ” - 1:1 7 dekabr (bazar) “Karvan-Yevlax” - “Şamaxı” - 0:3
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”





















