Mediaxeberleri.az
    
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi

Son xəbərlər :
  • Şənbə günü yağış yağacaq
  • 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
  • Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
  • Pensiyalarla bağlı VACİB MƏLUMAT
  • Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
  • Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
  • "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
  • "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
  • Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
  • Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
  • Bu şəxslərin maaşı 35 faiz artacaq
  • Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
  • Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
  • Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
  • 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“XƏYANƏT FENOMENİ”: DÖVLƏT, CƏMİYYƏT VƏ MƏNƏVİYYAT KONTEKSTİNDƏ – “Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa – sədaqət və cəsarət!”

  • Tarix: 8-12-2025, 11:09

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Xəyanət anlayışı insanın mənəvi varlığını ən dərin səviyyədə zədələyən, həm də ictimai nizamın təməl sütunlarını sarsıdan ən təhlükəli əməllərdən biri kimi bütün dövrlərin düşüncə adamlarının fikrini məşğul etmişdir. Bu cəhətdən, mövqeyim ondan ibarətdir ki, xəyanətin mahiyyəti təkcə konkret bir şəxsin etdiyi yanlışlıq və ya şəxsi mənfəət uğrunda pozduğu etibar deyil, eyni zamanda toplumla fərd arasında qurulmuş mənəvi müqavilənin pozulmasıdır. Cünki, insan yalnız fiziki varlıq olmaqla yanaşı, həm də sosial və əxlaqi məsuliyyət daşıyıcısıdır. Ona görə də xəyanət təkcə şəxsi xüsusiyyətlərin yıxılması yox, ictimai aləmdə mənəviyyatın çökməsi deməkdir.

Ümumiyyətlə, xəyanətin mahiyyətini dərk etmək üçün əvvəlcə insan münasibətlərinin mənəvi təməlinə nəzər salmaq lazımdır. İnsanlar arasındakı hər cür bağlılıq – ailə, dostluq, cəmiyyət, dövlət etibar üzərində qurulur. Etibar olmadan nə hüquq işləyir, nə idarəetmə, nə də ictimai həmrəylik olur. Buna görə də etibarın qırılması sıradan bir hadisə deyil, bütöv bir sistemin çatlaya bilməsi deməkdir. Xəyanət məhz bu çatın ən ağır formasıdır. Mənəvi təməl pozulduqda, xəyanət şəxsi məsuliyyət səviyyəsindən siyasi və dövlətçilik səviyyəsinə keçir. Dövlətə xəyanət dedikdə, fərdin öz şəxsi ambisiyalarını və ya mənfəətini ümumi marağın, yəni xalqın və dövlətin təhlükəsizliyinin önünə qoyması nəzərdə tutulur. Burada söhbət artıq bir cəmiyyətin mənafeyinə qarşı yönəlmiş ciddi bir əxlaqi pozuntudan gedir. Bu cür xəyanət bütöv millətin ziyanına işləyən məntiqsiz, bəzən isə qəsdli davranış formasıdır.

Bu anlayışın tətbiqini müasir dövrümüzdə baş verən konkret siyasi davranışlarda aydın şəkildə görmək mümkündür. Belə ki, dövlətin təhlükəsizliyinə dair məsələlərdə şəxsi ambisiyalarla hərəkət edən, xalqın maraqlarına zidd, öz siyasi taleyinin qayğısını güdən şəxslər dövlətə xəyanətin müasir formalarını tapıb, meydana çıxarırlar. Bu baxımdan, müəyyən şəxslərin xarici təsirlərlə uyğunlaşan, dövlətə qarşı müxalif mövqedən istifadə edib şəxsi hakimiyyət ambisiyalarını gerçəkləşdirməyə çalışması ağır mənəvi-siyasi məsuliyyətdir.

Mənim mövqeyim ondan ibarətdir ki, illər boyu dövlət quruculuğunda rol oynadığı iddia edilən, lakin sonradan öz siyasi davranışı ilə ictimai etimadı dağıdan şəxslər, o cümlədən Ramiz Mehdiyev kimi fiqurlar xəyanətin ən təhlükəli formasını reallaşdırmış olurlar. Dövlət sistemində uzun illər mövqe tutan, özünü ideoloji dayaqlardan biri kimi təqdim edən bir şəxsin zaman keçdikcə özünü müxalifət adlandıran radikal qruplarla, xüsusilə də Əli Kərimli kimi siyasi xəttinin mahiyyəti xarici təsirlərlə dəfələrlə gündəmə gəlmiş adamlarla yaxınlaşması, əslində, mənəvi-siyasi xəyanətin təzahürüdür. Bu cür əlaqələr yalnız şəxsi reputasiya məsələsi deyil, dövlətin institusional bütövlüyünə, xalqla hakimiyyət arasında olan etibar münasibətlərinə vurulan ciddi zərbədir. Dövlətin içindən çıxıb dövlətin özünə qarşı duran bu tip davranış formaları ictimai mənəviyyat üçün xüsusilə təhlükəlidir. Onların yaratdığı problem həm siyasi, həm də əxlaqidir. Çünki belə şəxslər illərlə mənəviyyat, vətəndaşlıq və dövlətçilik ideyalarını təbliğ və tərənnüm etdikdən sonra həmin prinsiplərin əksinə addımlar atırlarsa, xəyanətin mənəvi yükü ikiqat artır, onlar yalnız öz daxili ardıcıllıqlarını pozmurlar, eyni zamanda cəmiyyəti və dövləti, ictimai etikanı və kollektiv təhlükəsizliyi ciddi şəkildə zədələyirlər. Bu isə həm fərdi, həm də sosial-mədəni məsuliyyət baxımından dərin nəticələrə yol açır. Xəyanət hər zaman insanın öz mahiyyətinə qarşı çıxması kimi dəyərləndirilir. Uzun illər dövlətin yüksək vəzifələrində çalışan bir məmur şəxsin sonradan xalqın iradəsinə zidd qüvvələrlə yaxınlaşması yalnız siyasi davranış deyil, bir mənəvi düşkünlük aktıdır. Dövlətə xəyanətin ən təhlükəli cəhəti məhz budur ki, məqsəd yalnız siyasi təsir yaratmaq yox, toplumun mənəvi dayanıqlığını sarsıtmaqdır. Bu isə adətən, uzun illər bərpa olunmayan zədələrə yol açır.

Nəticə etibarilə, xəyanətin fəlsəfəsi zaman və məkan tanımır, lakin onun ən dağıdıcı forması dövlətə xəyanətdir. Bu xəyanət hüquqi kateqoriya olmaqla yanaşı, insanın öz mahiyyətinə, cəmiyyətin mənəvi təməl prinsiplərinə qarşı yönəlmiş ağır bir pozuntudur. Cəmiyyət və dövlətçilik ən çox belə mənəvi sarsıntılardan qorunmalıdır. Şəxsi ambisiyalarını xalqın maraqları ilə toqquşduran hər kəs, istər radikal siyasi qruplar, istər onlara ideoloji dəstək verən keçmiş dövlət funksionerləri olsun, əxlaqi baxımdan xəyanətin yükünü daşıyır, bu yük təkcə siyasi məsuliyyətlə deyil, mənəvi məsuliyyətlə də ölçülməlidir.

“Bütövlükdə siyasət insan fenomenindən, onun hakimiyyətlə qarşılıqlı əlaqə prosesində təzahür edən və dəyişən intellektual, psixoloji xüsusiyyətlərindən ayrılmazdır. Müəyyən instusional, sosial-mədəni və sivil mühitdə formalaşan və reallaşan siyasət cürbəcür amillərin təsirinə məruz qalır. Hakimiyyət və insan, şəxsiyyət və siyasət bir-birindən ayrılmazdır və tədqiqatçıların diqqətini daim eyni dərəcədə cəlb etmişdir...” (R.Mehdiyev Azərbaycan Tarixi irs və müstəqllik fəlsəfəsi. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, səh. 21).

“Təəssüflər olsun ki, bəzən biz ayrı-ayrı fərdlərin son onilliklər ərzində ölkədə baş verən sosial faktlara və hadisələrə yalnız şəxsi maraqlar prizmasından yanaşmasının şahidi oluruq. Onlar ümumi maraqları, dövlətçiliyin möhkəmləndirilməsini və qeyri-qanuni fəaliyyətlərlə mübarizəni nəzərə almadan qərarlar verir, addımlar atır və siyasi talelərini şəxsi mənfəətlərinə görə formalaşdırırlar. Həyat ziddiyyətlərlə doludur; kimsə vəzifəsindən kənarlaşdırılır, cəzaya məhkum olunur və ya öz həyati planlarını, siyasi, iqtisadi və digər şəxsi ambisiyalarını həyata keçirə bilmir. Bu, hər bir cəmiyyət və dövlət üçün təbii bir prosesdir, çünki ideal şərait yalnız nəzəriyyələrdə, arzularda və nağıllarda mövcuddur”.



Maraqlıdır ki, Ramiz Mehdiyevin əsərlərində, xüsusilə “Azərbaycan Tarixi irs və müstəqillik fəlsəfəsi” kitabında ifadə olunan yuxrıdakı sitat-fikirlər sanki müəllifin özünün xalqa və dövlətə qarşı məsuliyyətini, daha doğrusu, məsuliyyətsizliyini, mümkün xəyanətini dərk etdiyinə işarə edir. Bu düşüncələr, şəxsi ambisiyaların və siyasi maraqların dövlətin və xalqın ümumi rifahı ilə toqquşduğu halları əks etdirir və oxucuya dolayısı ilə mesaj verir ki, hər bir liderin və dövlət xadiminin davranışı yalnız şəxsi müstəvidə deyil, milli və ictimai məsuliyyət çərçivəsində qiymətləndirilməlidir. Amma özü öz yazdıqlarını və ya yazdırdıqlarının taleyini yaşayır. Cəmiyyət onun fəaliyyətini bu gün milli və ictimai məsuliyyət çərçivəsində təhlil edir və qiymətləndirir. Sosial şəbəkələri izləmək yetərlidir ki, dediklərimizin doğruluğuna şübhə qalmasın. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlardan ən ciddi və diqqət çəkəni dövlətə xəyanət maddəsi ilə bağlıdır. Dövlətə xəyanət, yalnız hüquqi baxımdan deyil, həm də mənəvi və siyasi baxımdan ən ağır ittihamdır. Bu, fərdin şəxsi maraqlarını və ambisiyalarını ümumi milli maraqların, dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin üstününə qoyması anlamına gəlir. Belə bir pozuntu, yalnız hüquqi məsuliyyət doğurmur, eyni zamanda dövlətin və xalqın mənəvi toxumasına, ictimai etimada və siyasi dayanıqlılığa zərbə vurur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dövlət hakimiyyəti əleyhinə cinayətlər bölməsində yer alan 274-cü maddə dövlətə xəyanət əməllərini əhatə edir. Maddədə qeyd olunur: "Dövlətə xəyanət — yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyətinə zərər vuran və Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməllər: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — on iki ildən iyirmi ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

Hüquqi baxımdan aydın olur ki, bu cinayəti törədən şəxs Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyət göstərmiş olur. Lakin bunun mənəvi yükü hüquqi təsbitdən də ağırdır. Belə bir əməlin törədilməsi yalnız qanunsuz deyil, həm də dərin mənəvi fəlakətdir. Mənəviyyat və əxlaq kredosuna sahib bir insan üçün belə bir davranışın mümkünlüyü ağlasığmazdır, bu, həm cəmiyyətə, həm də insanın öz vicdanına qarşı edilən ən böyük xəyanətdir.

Cinayət Məcəlləsi bu əməlin törədilməsinə 20 illik cəza nəzərdə tutsa da, onun mənəvi yükünü daşımaq, yaranan ləkəni silmək üçün dünyanın bütün zaman axarı belə kifayət etməz.

Heydər Əliyev: “Mən belə xəyanətlərlə keçmiş zamanlarda da rastlaşmışam. Yəni o vaxtlar da mən yüksək vəzifələrdə işləyirdim. Çox inandığım, çox etibar etdiyim və çox kömək etdiyim insanla, yəni yüksək vəzifəyə irəli çəkdiyim, şəxsi həyatında kömək etdiyim insanlar mənə xəyanət etdikləri hallar xatirimdədir hələ o illərdə. O ki qaldı sonrakı dövrə, mənə qarşı ən böyük xəyanətlər Moskvadakı vəzifələrdən istefa edəndən sonra oldu. Və indi də xəyanət edənlərlə rastlaşıram. Təəssüflər olsun ki çox inandığım, çox etibar etdiyim, onlar üçün çox kömək etdiyim insanlar mənə qarşı böhtanlar ifadə edirlər. Nə etməli? Mənim bu insanlara yazığım gəlir ki, onlar şikəstdirlər. Məncə, normal adam belə etməməlidir. Onu da bilin ki, mən heç vaxt heç kimə xəyanət etməmişəm, heç vaxt. Heç kimə bütün işlədiyim dövrlərdə, bütün yaşadığım dövrlərdə. Bir adam deyə bilməz ki, mən ona xəyanət etmişəm. Xəyanət ağırdı, əlbəttdə ki, ancaq insan dözümlü olur, görünür, mən dözümlülərin içində daha dözümlü imişəm.” Heydər Əliyevin ifadələri göstərir ki, xəyanət yalnız şəxsi münasibətlərin pozulması deyil, həm də insanın mənəvi aləmini zədələyən ən ağır yükdür. Etimadın sarsılması insan həyatında dərin izlər buraxır və bu cür anlar liderin əxlaqının, mənəviyyatının və xarakterinin həqiqi mahiyyətini üzə çıxarır. Əsl lider başqalarına xəyanət etmir; çətinliklər qarşısında dözümlülük göstərir, əxlaqi prinsiplərinə sadiq qalır və buna görə də sarsıntılar içində belə öz nüfuzunu qorumağı bacarır. Tarixin sınaqları da göstərir ki, mənəvi möhkəmlik və liderlik keyfiyyətləri ən çox məhz ictimai-siyasi çalxantılar dövründə aktuallaşır və kimin kim olduğu həmin çətin məqamlarda üzə çıxır. Bu reallıq 1980-ci illərin sonlarında Azərbaycanın yaşadığı proseslərdə də öz təsdiqini tapdı. İnqilabi situasiyalar müxtəlif ideyaların, maraqların və gizli-dolayı qüvvələrin toqquşması üçün əlverişli zəmin yaradır. Topxana meşəsinin qırılması hadisəsi fonunda ölkədə geniş vüsət alan milli hərəkat da kütləvilik və xaotik dinamizmi ilə müxtəlif qrupların rahat şəkildə fəaliyyət göstərməsinə imkan yaratmışdı. M.Qorbaçovun Yenidənqurma (perestroyka) kursuna dəstək məqsədilə SSRİ-nin müxtəlif bölgələrində yaranan Xalq Cəbhələri bu prosesin tərkib hissəsi idi. Bu qurumların nizamnamələrində yenidənqurmaya dəstək ideyası açıq ifadə edilsə də, onların daxilində müxtəlif məram və niyyət daşıyan qruplar mövcud idi.

Yenidənqurmaya formal dəstək üçün yaradılmış AXC sıralarına DTK əməkdaşlarının daxil olması həmin dövrün siyasi reallıqlarından irəli gəlirdi. Bununla belə, milli azadlıq mübarizəsinin taleyini yalnız Moskvanın yönləndirdiyi strukturlar müəyyən etmirdi. Azərbaycanda baş qaldıran milli özünüdərk, azadlıq arzusu və dövlətçilik idealı daha yüksək hədəflər tələb edirdi. Məhz buna görə də, hərəkatın istiqamətini doğru məcraya yönəltməyə çalışan sağlam qüvvələr tədricən böyük siyasi və tarixi təcrübəyə malik olan Heydər Əliyevin ətrafında cəmləşməyə başladılar.

Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi illərdə həm mərkəzi hakimiyyətin təzyiqləri ilə qarşı-qarşıya qalır, həm də milli azadlıq hərəkatının genişlənməsi üçün güclü siyasi iradə nümayiş etdirirdi. O, hərəkatın emosional kütləviliyini dövlətçilik düşüncəsi ilə zənginləşdirir, ideyanın populist şüarlardan uzaqlaşıb daha məqsədyönlü, real və dayanıqlı məcraya yönəlməsinə şərait yaradırdı.

Lakin AXC ətrafında toplanan geniş kütlələr hərəkatın yuxarı eşalonunda mövqe uğrunda mübarizə aparan, şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan adamların hansı ehtirasla bu ideyaları qurban verməyə hazır olduqlarını tam dərk etmirdilər. Daxili çəkişmələr və qarşıdurmalar hərəkatın zəifləməsinə, ideyaların yolundan sapmasına gətirib çıxarmışdı. Bu qarışıq mənzərə fonunda sağlam ictimai-siyasi qüvvələr yeganə etibarlı milli lider kimi məhz Heydər Əliyevi görürdülər.

Heydər Əliyevi isə bu proseslərdə yalnız bir amil maraqlandırırdı – Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü. Onun bütün fəaliyyətinin mərkəzində bu ali məqsəd dayanırdı və o, həmin dövrdə qarşısında duran siyasi manevrlərə, təzyiqlərə və maneələrə baxmayaraq, milli mənafelərin qorunması uğrunda prinsipial mövqeyindən bir addım belə geri çəkilmirdi.

Milli hərəkatın ilk mərhələlərində prosesə qoşulan komsomolçu qüvvələrdən biri də bu günlərdə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli idi. O, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin II kursunda oxuyarkən komsomol təşkilatında rəhbər vəzifə tutmuş, daha sonra isə bu strukturlardan ayrılaraq milli hərəkatın sıralarına qoşulmuşdu. Vaxtilə Prezident İlham Əliyev AXC hakimiyyəti barədə danışarkən onun siyasi keçmişinə toxunaraq bildirmişdi ki, “dövlət katibi komsomolçu idi, sonra əqidəsini dəyişərək xalq hərəkatına qoşuldu, daha sonra isə liderindən uzaqlaşaraq, 90-cı illərin ortalarında hakimiyyətlə sıx əməkdaşlıq edərək parlamentdə təmsil olunurdu”.

Milli hərəkatın yüksəlişində fəal iştirak edən, vətənpərvər insanların çiyinlərində hakimiyyətə gələn AXC rəhbərliyinin sonrakı fəaliyyətində isə ciddi ziddiyyətlər meydana çıxmışdı. Tənqidçilərin fikrincə, həmin dövrdə hökumət daxilində aparılan bəzi addımların “bir neçə xarici dövlətlə razılaşdırılması” barədə səsləndirilən bəyanatlar müstəqillik prinsiplərinə uyğun sayılmırdı və cəmiyyətdə narazılıq yaradırdı. Eyni zamanda AXC rəhbərliyinin “Azərbaycan xalqının 95 faizi də əleyhimizə olsa, siyasətimizdən geri dönməyəcəyik” məzmunlu fikirləri, geniş ictimai rəyin nəzərə alınmadığı barədə müzakirələri daha da gücləndirmişdi.

Həmin dövrün növbəti tənqid hədəflərindən biri isə hakimiyyət daxilində korrupsiya iddiaları idi. Prezident Əbülfəz Elçibəyin sonradan verdiyi “tankın qabağında dayanan cəbhəçilər pulun qabağında dura bilmədilər” ifadəsi həmin dövrün mübahisəli proseslərini xarakterizə edən ən yadda qalan sitatlardan biri kimi tarixdə qaldı.

Sonralar isə öz silahdaşları bir-birlərini ifşa etdilər. AXC-Musavat hakimiyyəti dönəmində Azərbaycan Respublikasının Dövlət Kömrük Komitəsinin birinci müavini olmuş Cümşüd Nuriyev televiziya ekranlarından öz silahdaşlarını açıq ifşa etdi. O, bildirdi ki, “Böyük Britaniyanın Baş naziri Marqarit Teççer 30 milyon dollar bonus Əbülfəz Əliyevin adına Türkiyədə Banka qoymuşdu. Heydər Əliyev hakimiyyətə gələndən sonra pulun 13 milyonunu bərpa etdik 17 milyonu itdi. Sonra bəlli oldu ki, Əli Kərimli Elçibəyi aldadaraq həmin pulun 2 milyon dollarını Türkiydən Yapı Kredit bank vasitəsi ilə başqa bir banka ötürərək öz şəxsi hesabına keçirmişdir. Biz pul transferinin sənədlərini də gətirdik. Və televiziya ekranlarından yalandırsa versinlər, məhkəməyə hamısını sübut edim” söyləyir.

Bu cür şəxslərin uzun müddət hakimiyyətdə qala bilməyəcəyi əvvəlcədən aydın idi və tarix də bunu təsdiqlədi. Azərbaycan xalqı öz həqiqi liderini — Ümummilli Lider Heydər Əliyevi dövlətin xilası və sabitliyin bərpası üçün hakimiyyətə gətirdi. Lakin bu, anti-milli ünsürlərin fəaliyyətini dayandırmadı, onlar ayrı-ayrı təşkilatlar və qruplar daxilində öz gizli və çirkin məqsədlərini həyata keçirməyə davam etdilər. Xalqın arzusunu nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət edən həmin qüvvələr, sabitlik əldə olunduqdan sonra əsl mahiyyətlərini göstərdilər, yəni şəxsi ambisiyalarını, həsəd və siyasi eqolarını açıq şəkildə ortaya qoydular.

Milli hərəkatın gətirdiyi güc dalğasında hakimiyyətə gələn bu qruplar bağlı olduqları xarici və daxili təsir mərkəzlərinin orbitindən çıxa bilmədilər. Onların fəaliyyəti yalnız siyasi yox, həm də mənəvi-sosial təhlükə yaratdı. Heydər Əliyevin hakimiyyəti dövründə bir neçə dəfə dövlət çevrilişi cəhdləri və sui-qəsd planları baş tutmadı, lakin bu, onların fəaliyyətinin tam dayanması demək deyildi. Bir qismi ölkə daxilində, digər qismi isə xaricdən müxtəlif vasitələrlə anti-milli və destruktiv fəaliyyətlərini davam etdirdilər.

Ən acınacaqlısı isə odur ki, bu şəxslər köləlik psixologiyasından azad ola bilməyərək, milli maraqlara qarşı mövqe tutmaqda davam edirlər. Onların davranışı zamanla dəyişsə də, mahiyyəti dəyişmir – milli birliyi sarsıtmaq, siyasi sabitliyi pozmaq və ölkənin strateji inkişafına əngəl yaratmaq əsas fəaliyyətləri olub. Belə şəxslər, istər daxildə, istər xaricdə, 5-ci kolon nümayəndələri kimi fəaliyyət göstərməklə dövlətin əxlaqi və siyasi dayanıqlığını sınamağa çalışırlar.

Bu vəziyyət göstərir ki, milli və dövlət maraqlarına qarşı yönəlmiş hər bir destruktiv fəaliyyət siyasi olmaqla yanaşı, həm də mənəvi faciədir. Xalq və dövlət bu kimi hallardan daim ayıq olmalı, milli birliyi qorumaq və sabitliyi təmin etmək üçün hər bir addımı diqqətlə atmalıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı fövqaladə uğurlara kölgə salmağa çalışan, ən yaxşı halda isə “bu barədə sual verməyin, danışmaq istəmirəm” deyən “akademik” Ramiz Mehdiyev ilə 44 günlük Vətən müharibəsi zamanı iqtidarı və hakimiyyəti dəstəkləməyən, xalqın yanında olmayan Əli Kərimli tandeminin ideoloji yaxınlığı artıq açıq şəkildə üzə çıxmışdır. Bu tandem yalnız siyasi baxımdan deyil, həm də mənəvi və ideoloji baxımdan oxşar mövqe nümayiş etdirir, hər iki şəxsin davranışları və mövqeləri Azərbaycan xalqının milli maraqlarına qarşı çıxmaqla yanaşı, tarixi məsuliyyəti də yerinə yetirmədiklərini göstərir.

Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etməsi və müstəqil dövlətçilik prinsiplərini qoruması isə vaxtilə guya əks qütblərdə dayanan hər iki şəxsi bir qütbdə birləşdirdi. Belə görünür ki, dövlət maraqlarının təcili və həyati əhəmiyyəti onları bir araya gətirdi, lakin bu, onların mənəvi və ideoloji məsuliyyət daşımadığı gerçəyini dəyişdirmir.



Vaxtilə Milyarderlər İttifaqında və Milli Şurada gizli əməkdaşlıq edən bu qüvvələr indi açıq şəkildə fəaliyyət göstərməyə başladılar. Onların hərəkətləri siyasi oyunbazlıqla yanaşı, həm də milli və dövlət maraqlarına qarşı yönəlmiş ciddi təhdid kimi dəyərləndirilməlidir. Əli Kərimli hətta Ramiz Mehdiyevin həbsinə isterik münasibət göstərərək onu pisləyir və açıq şəkildə bildirir ki, bu, Ramiz Mehdiyevin üzərində qələbə hesab olunmur. Bu davranış yalnız şəxsi ambisiyaların və qisas hissinin təzahürü deyil, eyni zamanda dövlətçiliyə və xalqın maraqlarına qarşı ideoloji bir müqavimətdir. Bu tandem, yəni Ramiz Mehdiyev və Əli Kərimli birliyi, həm tarixi, həm də siyasi kontekstdə Azərbaycan cəmiyyətinə qarşı məsuliyyətsiz mövqe nümayiş etdirir. Onların hərəkətləri, açıq və gizli əlaqələri, həm daxildə, həm də xaricdə həyata keçirilən fəaliyyətləri bir daha göstərir ki, anti-milli və destruktiv meyillər yalnız fərdi deyil, struktur və institut səviyyəsində də təhlükə yarada bilər.

Bundan sonra onların tör-töküntüləri daha da fəallaşmağa başladı. İmişlidə yaxasına Georgi lenti bağlayaraq öz nökər psixologiyasını nümayiş etdirən Saleh Səmədovun hərəkətləri, Azərbaycan dövlətinin və ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Bu hadisə göstərdi ki, milli həmrəylik və dövlətin ərazi bütövlüyü qarşısında heç bir fərdi ambisiya və ideoloji çirkin niyyət dayana bilməz. Belə davranışlar yalnız şəxsi məsuliyyətsizlik kimi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və dövlət nizamına qarşı açıq təhdid kimi qiymətləndirilməlidir.

Lakin bu cəhdlər səngimədi. Son günlərdə SSRİ və Azərbaycan SSR-nin bayraqları ilə yürüş təşkil etmək istəyən Abdulla İbrahimli və İbrahim Əsədli adlı anti-milli ünsürlər, Daxili İşlər Nazirliyi tərəfindən keçirilən səmərəli və vaxtında tədbirlər nəticəsində saxlanıldılar. Barələrində cinayət işi açıldı və bu, yalnız hüquqi tədbir kimi deyil, həm də dövlətin vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlmiş ciddi profilaktik addım kimi qiymətləndirildi. Bu hadisə bir daha göstərdi ki, ayıq-sayıqlıq, vaxtında müdaxilə və hüquqi tədbirlər olmadan destruktiv qüvvələr cəmiyyət və dövlət üçün təhlükə mənbəyi olaraq qalmağa davam edər.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa – sədaqət və cəsarət! Bu keyfiyyətlər insanın qanında olur”. Bu sözlər yalnız fərdi keyfiyyətləri deyil, eyni zamanda dövlət və milli məsuliyyət anlayışını da ifadə edir. Sədaqət və cəsarət, hər bir vətəndaşın, xüsusilə də dövlət vəzifəsində olan şəxslərin milli maraqlara, xalqın rifahına və dövlətin təhlükəsizliyinə olan bağlılığının ölçüsüdür.

Azərbaycanı parçalamağa, onu başqa dövlətlərin təsir orbitinə və ya siyasi vassallığına çevirməyə çalışanlar bilməlidirlər ki, artıq qarşılarında öz dövlətçiliyini möhkəmləndirmiş, milli ideologiyasını formalaşdırmış, siyasi iradəsi bərqərar olmuş bir Azərbaycan dayanır. Bu gün Azərbaycan dövləti 1990-cı illərin əvvəllərindəki vəziyyətində deyil. O zaman siyasi və sosial böhranlar, zəif dövlətçilik institutları və formalaşmamış milli ideologiya mövcud idi. Lakin indi Azərbaycan müstəqil, sabit və vahid ideoloji əsaslara malik bir dövlətdir, onun legitim rəhbərliyi və dünyada tanınan dövlət başçısı – Ali Baş Komandanı xalqın iradəsini təmsil edir. Dövlətin bu struktur və institusional stabilliyi milli maraqların qorunmasını və ərazi bütövlüyünün təmin olunmasını təmin edir.

Bu reallıq hər bir vətəndaş, siyasi birlik və ictimai təşkilat üçün tərbiyəvi xarakter daşıyır. Dövlətə sədaqət, milli maraqların üstünlüyü və ictimai etimadın qorunması yalnız etik norma deyil, həm də hüquqi və mənəvi öhdəlikdir. Dövlətin və xalqın birliyi, ictimai nizamın sabitliyi və siyasi etimadın sarsılmaması hər bir fərdin vicdanı, əxlaqı və məsuliyyəti ilə birbaşa əlaqəlidir.

Tarixi təcrübə göstərir ki, vətənə sədaqət və milli məsuliyyət olmadan inkişaf mümkün deyil. Xalqın rifahı, dövlətin gücü və gələcək nəsillərin təhlükəsizliyi hər bir fərdin milli maraqları şəxsi ambisiyalardan üstün tutmasından asılıdır. Dövlətçilik ənənələrinə sədaqət, qanunlara hörmət və ümummilli məqsədlərə bağlılıq cəmiyyətin mənəvi sütunlarını təşkil edir.

Əgər bu fundamental prinsiplərin əksinə davranılarsa, yəni dövlətin suverenliyinə, konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərilərsə, bu artıq təkcə mənəvi məsuliyyət deyil, qanun qarşısında cavab verilməsi zərurəti yaradan hüquqi məsuliyyət doğurur. Dövlətçilik dəyərlərinə zidd addımlar, milli maraqlara qəsd cəhdləri və cəmiyyətdə sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlər hüquqi müstəvidə qiymətləndirilir və qanunun tələblərinə uyğun olaraq hüquqi nəticələr doğurur. Bu, Azərbaycan dövlətinin stabilliyini və təhlükəsizliyini qorumağın ayrılmaz hissəsidir və hüquqi dövlətin təməl prinsiplərindən irəli gəlir.

Beləliklə, hər bir vətəndaş və siyasi subyekt anlamalıdır ki, Azərbaycan bu gün vahid ideologiya, güclü siyasi iradə və dünya səviyyəsində qəbul olunan liderlik sayəsində möhkəm və dayanıqlı dövlətdir. Dövlətə hörmət, milli maraqlara sədaqət və ictimai etimadın qorunması yalnız hüquqi məsuliyyət deyil, həm də mənəvi və tərbiyəvi öhdəlikdir. Bu prinsiplərin gələcək nəsillərin davranışına istiqamət verməsi, dövlətçilik şüurunu gücləndirməsi və cəmiyyətin bütün təbəqələrinə nümunə olması Azərbaycanın davamlı inkişafının zaminidir.


Oxunub: 1 087
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:38 | Şənbə günü yağış yağacaq
    Bu gün, 12:42 | 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
    Bu gün, 12:37 | Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Bu gün, 12:30 | Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
    Bu gün, 12:28 | UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    Bu gün, 12:27 | LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
    Bu gün, 12:23 | Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
    Bu gün, 12:21 | Pensiyalarla bağlı VACİB MƏLUMAT
    Bu gün, 12:20 | Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
    Bu gün, 12:18 | Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
    Bu gün, 12:17 | "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
    Bu gün, 12:16 | "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
    Bu gün, 11:38 | Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
    Bu gün, 11:26 | Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
    Bu gün, 11:23 | Bu şəxslərin maaşı 35 faiz artacaq
    Bu gün, 08:06 | Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
    Bu gün, 08:02 | Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
    Bu gün, 07:56 | Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
    Bu gün, 07:52 | Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
    Bu gün, 07:39 | 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
    Bu gün, 07:38 | Bu yol bağlana bilər
    Bu gün, 07:36 | Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?
    Bu gün, 07:34 | Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
    Dünən, 21:51 | Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU
    Dünən, 21:48 | "Turan Tovuz" Yankoviçi transfer etdi
    Dünən, 20:21 | Bu rayonlarda torpaqlar alınacaq - Siyahıda kimlər var?
    Dünən, 18:12 | Dövlət bağçasında aylıq ödəniş tələbi: Valideynlərdən 80 manat istəyirlər - İddia
    Dünən, 17:56 | Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - VİDEO
    Dünən, 17:54 | Şükürbəyli kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO
    Dünən, 17:32 | Polis bu toyun qarşısını aldı
    Dünən, 17:26 | Bu universitet 5500 manat maaşla işçi axtarır
    Dünən, 17:13 | Bu agentliyə yeni səlahiyyət verildi
    Dünən, 17:12 | ÇL: “Sabah”ın oyununa hansı kanalda baxaq?
    Dünən, 17:10 | 1660-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:09 | Buraxılış imtahanlarının proqramları açıqlandı
    Dünən, 17:08 | Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü
    Dünən, 15:25 | Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
    Dünən, 15:23 | “Qarabağ KOB-ları 2026”: növbəti peşə təlimləri başa çatdı
    Dünən, 15:21 | İsrail əhalisinin sayı ilk dəfə bu həddə artdı
    Dünən, 15:08 | Prezident 2 fərman, 1 sərəncam imzaladı
    Dünən, 15:06 | İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
    Dünən, 15:04 | Tramp yatmaqdan imtina edir
    Dünən, 14:52 | Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
    Dünən, 14:13 | Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO
    Dünən, 14:10 | Qara dənizdə yük gəmisi dron hücumlarına məruz qalıb: 2 Azərbaycan vətəndaşı həlak olub, 2-si yaralanıb
    Dünən, 14:08 | Cinayət işi açılan sabiq baş konsul Qasımovun qardaşı imiş
    Dünən, 13:41 | XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı
    Dünən, 13:38 | Əli Əsədov yeni qərar imzaladı
    Dünən, 13:23 | Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab
    Dünən, 13:19 | Mehmet Əli Ərbil infarkt keçirdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.