Həzm problemlərinə təbii həll: Heyva yarpağı suyu
Heyva yarpağının tərkibindəki güclü antioksidanlar və təbii bitki yağları onun həm immuniteti, həm də ürək-damar sağlamlığını dəstəklədiyini göstərir.

Mediaxeberleri.Az bildirir ki, heyva yarpağından hazırlanan çay soyuqdəymə, öskürək və boğaz ağrısı zamanı rahatlaşdırıcı təsir göstərir.
Heyva yarpağı çayı şişkinlik, qaz və həzm pozğunluqlarını yüngülləşdirərək mədə-bağırsaq sistemini sakitləşdirə bilir. Bitkinin sakitləşdirici xüsusiyyətləri səbəbilə stres və yuxu problemlərində də istifadə edildiyi qeyd olunur.
Mütəxəssislər çayın gündə 2–3 fincandan artıq içilməməsini tövsiyə edir. Hamilə və südverən qadınlara, eləcə də təzyiq problemi olanlara isə həkim məsləhəti olmadan istifadə etməmək tövsiyə olunur.
Əminə Bayramova
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















