Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - Faktiki hava şəraiti açıqlandı
Azərbaycanda dekabrın 8-də saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb. Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı, Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-də səhərədək davam edəcəyi gözlənilir.





















