Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SİYASİ ÇİRKİNLƏR BATAQLIĞI... - Azərbaycan siyasi səhnəsi necə saxta və ikiüzlü personajlar meydanına çevrilib?

  • Tarix: 8-12-2025, 22:40

Siyasətin “çirkin elm” olduğu bəlkə də yarandığı gündən durmadan deyilir. Baxmayaraq ki, onun çirkinliyi, yaxud gözəlliyi bütün ictimai alətlərdə olduğu kimi, bu işlə kimlərin məşğul olmasına bağlıdır. Təəssüf ki, əksər hallarda, Azərbaycanda zatən çirkin sayılan bu aləti daha da “irəliyə” aparıb, iyrənclik səviyyəsinə qədər düşürənlər var... 

Son zamanlar Ramiz Mehdiyev, Əli Kərimli, daha öncə isə Fəzail Ağamalı, Elman Nəsirov və digərlərinin ətrafında baş verənlər, bu hadisələrə müxtəlif siyasətçilər, partiya sədrləri, deputatlar, “media kapitanları” və digər “siyasi cameə nümayəndələrinin” ikrah yaradan reaksiyası göstərdi ki, Azərbaycan siyasəti artıq çoxdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, hətta Nemət Pənahov “primitiv siyasi romantizmi” dövründən ötən müddətdə bugünkü açıq siyasi alver, riyakarlıq, saxtakarlıq, məddahlıq, hətta yaramazlıq dövrünə qəti və dönməz bir addım atıb. Əlbəttə, ölkə siyasətindəki bugünkü mənəvi eybəcərliklərin bir çoxu o dövrlərdə də var idi və bir çox köhnə siyasi personajlar həmin eybəcərlikləri özləri ilə bugünümüzə qədər daşıyıb gətirə biliblər. Hətta, məsələn, Fəzail Ağamalı kimilərin öz övladlarını parlamentə dürtməsi timsalında “siyasi mutasiyaya” da uğrayıblar...

Lakin hər halda, 90-ların “siyasi romantizm” dövründə bugünkü qədər açıq, “qırmızı yalanlar” demək, “üzə durmaq”, bu gün dediyini sabah danmaq, “fantastik” siyasi “U dönüşləri” etmək, siyasi alverlə məşğul olmaq daha çətin idi...



Ramiz Mehdiyevin bu xalqa, cəmiyyətə, dövlətə etdiyi pisliklərin sayı-hesabı yoxdur və bu gün o, layiq olduğu cəzanı çəkmək əvəzinə, milyonlarla azərbaycanlının hətta həsəd apara biləcəyi “villa dustaqlığı” həyatı yaşayır. Amma o, bu pislikləri tək yox, həm də bu gün onun əleyhinə danışmaq üçün növbəyə duranların - bizim “obıvatelin” sevdiyi dildə desək, onun “çörək verdiyi” adamların əli ilə edib. İndi həmin adamların biri də onu deputat, icra başçısı, məmur, nazir, yaxud “avtobus müxalifəti” edən Mehdiyevin müdafiəsinə qalxmaq bir tərəfə (Zatən Mehdiyev heç müdafiə olunası, müdafiəyə layiq biri də deyil), heç olmasa susmağa, “ayıbına kor olmağa” yetəcək qədər abır-həyaya, yaxud Mehdiyevdən aldığı mandatdan, vəzifədən, mənzildən və s. imtina edəcək mərdliyə, cəsarətə də malik deyil. Bu da təbiidir. Çünki bu mənəvi kateqoriyalara malik olsaydılar, zatən Mehdiyev kimisindən vəzifə, mandat və digər imtiyazlar da almaz, qəbul etməzdilər. Amma nə olsun? Bu gün Ramiz Mehdiyevi ən qatı şəkildə söyənlər, ittiham edənlər, hətta təhqir edənlərin ön sıralarında məhz belələri durur. 



Zamanında "Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik?... Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır" deyən Elşən Musayev adlı “seçiciləri” və parlamentin özü üçün çoxdan “üz qarası” olmuş deputat indi “Allah vurub, Ramiz Mehdiyevi də, onun “komanda”sını da... Mehdiyev sübut etdi ki, o, pislik, yamanlıq və xəyanət mövzusunda - hər şeyə qadirdir! O, xəyanət xəttini tutaraq, rəzalət və utanc dolu həyat yaşamağı seçdi”, deyir. Bəli, Mehdiyev çoxdan xəyanət yolunu seçib, bu deputat bunu bilə-bilə onu tərifləyib göylərə qaldırdığı vaxtlarda da elə bu yolda olub. İndi elə həmin deputatdan soruşan lazımdır – bəs sən hansı həyatı, hansı yolu seçmisən?!

Ramiz Mehdiyevi "vurmaq", necə deyərlər, imandandır, amma qoy bunu vaxtilə ona yaltaqlanmamış, ondan mandat, vəzifə almamış, onun təlimatilə min cür yaramazlıq etməmiş haqqı çatan insanlar etsin!... 



Belə nümunələr həm hakimiyyətə yaxın, həm də özünü müxalifət adlandıran dairələrdə saysız-hesabsızdır. Məsələn, özü dövlət çevrilişinə cəhddə ittiham edilən, uzun illər həbsdən müxalifəti, hətta prezident seçkisində Cəmil Həsənlini dəstəkləyən, həbsdən çıxandan sonra qaçıb “radikal müxalifət”lə bir sırada dayanıb, hakimiyyətə “meydan oxuyan”, ABŞ-ni çağıran Əli İnsanovun bu günkü mövqeyi, daha doğrusu mövqesizliyi heyrət, ikrah doğurur. Yaşı 80-ni haqlamış, artıq o biri dünyasını düşünməli olan bu adamın belə siyasi “ziq-zaqlara” fiziki və mənəvi baxımdan necə “tab gətirməsi” bir yana, bunun kənardan necə rəzil və tragikomik göründüyünü anlamaması, yaxud bilə-bilə bu rolu oynaması təkcə bir insanın yox, ümumilikdə cəmiyyətin faciəsindən xəbər verir...



Yaxud, Sərdar Cəlaloğlunun Ramiz Mehdiyevlə və PA-nın sabiq şöbə müdiri Əli Həsənovla bağlı bir-birini təkzib edən açıqlamalarına baxın. Cəlaloğlu bir çıxışında deyir ki, “Əli Həsənov Rusiya xüsusi xidmət orqanları tərəfindən verbovka olunub”. Digərində isə deyir ki, “Əli Həsənovu cavanlığından tanıyıram, o, Rusiyanın Azərbaycana qarşı siyasətinin qarşısını alıb, indi isə kimsə Əli Həsənovdan pul qoparmağa çalışır”. Yəni, eyni adam haqqında əvvəl bir, sonra başqa bir şey deyir, əsl “U” dönüşü edir. Görəsən niyə, nəyin müqabilində?...

Eyni “prinsipləri” – yəni, “dondan dona girməyi” Elman Nəsirovun, İqbal Ağazadənin, Eldar Namazovun, Fəzail Ağamalının, Azər Əmiraslanovun eləcə də zamanında Ramiz Mehdiyevin siyahıları ilə parlamentə düşən keçmiş və bəzi indiki YAP-çıların, “müxalif” və “müstəqil” deputatların, yüksək vəzifələrə çəkilənlərin, mehdiyevçi QHT sahiblərinin və s. açıqlamalarında da görə bilərsiniz. Belələrinin sayı-hesabı yoxdur.

Siyasəti alver piştaxtasına çevirən, dünən tərifini göylərə qaldırdıqları yüksək mövqe, vəzifə sahiblərini bu gün ən radikal və aqressiv şəkildə söyə bilən bu cür köhnəlmiş simalar mənəvi aşınma yaşamaqla yanaşı, o dərəcədə ayıb, utanmaq və reallıq hissini itiriblər ki, 21-ci əsrdə, internet dövründə dünən efirlərdə dediklərinin videofaktlarla bu gün qabaqlarına qoyula biləcəyinin, ifşa və biabır olacaqlarının belə fərqində deyillər. Ya da fərqindədirlər, amma bundan həya etmirlər, qorxmurlar. Niyə? Çünki xalq, cəmiyyət, dövlət qarşısında hesabatlılıqları yoxdur, çünki nə deputat mandatını, nə partiya sədrliyini, nə də başqa bir mövqeni xalqdan almayıblar, Ramiz Mehdiyev kimisindən təyinatla alıblar, alırlar və alacaqlarına əmindirlər. Məhz belələrinin “xidmətləri” sayəsində siyasi meydan bu gün “siyasi çirkinlər bataqlığına” çevrilib...

Bu gün Azərbaycan gənci üçün şərti “gənc siyasətçi”dənsə, qoca müğənni - məsələn, Elşən Musayevdənsə Niyaməddin Musayev daha maraqlı, etibarlı və cəlbedicidir. Hələ bütün bunlardan sonra da gənclərin, yeni nəslin nədən siyasətdən uzaq durduğunu, gələcəyə biganə yanaşdıqlarını soruşuruq. Bu sualın cavabı təkcə təhsildəki tendensiyalarda, müasir texnologiyalarda və inkişaf trendlərində yox, həm də Azərbaycan siyasi reallığında - siyasətçi qiyafəsindəki alverçilərin insanları siyasətdən iyrəndirən mahiyyətlərində və davranışlarındadır...

Cəlal Məmmədli

“AzPolitika.info”


Oxunub: 406
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.