Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanda 12 terrorçunu zərərsizləşdirib
Pakistan ordusu ölkənin cənub‑qərbində yerləşən Bəlucistan əyalətində əməliyyat keçirərək 12 terrorçunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti "X"də açıqlama yayıb. Məlumata əsasən, Kalat bölgəsində kəşfiyyat məlumatları əsasında antiterror əməliyyatı təşkil olunub. Terrorçuların sığınacaqları hədəfə alınıb, cavab atəşi nəticəsində 12 silahlı məhv edilib. Onların Hindistan qruplaşmalarından birinə aid olduğu bildirilir. Əməliyyat zamanı silah-sursat və partlayıcı maddələr müsadirə olunub. Həmin şəxslər bölgədə çoxsaylı terror aktlarında iştirak ediblər.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş:





















