2-ci liqa: “Şəki Siti” evdə, "Xankəndi" səfərdə qələbə qazandı
Azərbaycan 2-ci liqasında 12-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. "Şəki Siti" doğma meydanda "Araz Saatlı"ya 4 cavabsız qolla qalib gəlib. "Quba" isə evdə "Xankəndi"yə 1:2 hesabı ilə məğlub olub. 8 dekabr (bazar ertəsi) 14:00. “Şəki Siti” – "Araz Saatlı" – 4:0 Qollar: Nurlan Novruzov, 4, Elşad Əliyev, 57, Cavid İmamverdiyev, 58, Tahir Zeynalov, 70 Rekord Arena 14:00. "Quba" - "Xankəndi" - 1:2 Qollar: Ramin Məhərrəmov, 45 // Elşad Manafov, 39, 70 Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə Quba OİK stadionu 9 dekabr (çərşənbə axşamı) 14:00. "Dinamo" - "Şəmkir" 14:00. "Şirvan" - "Ağdaş" 14:00. "Kür-Araz" - "Göygöl" 7 dekabr (bazar) “Ağstafa Gəncləri” – "Qaradağ Lökbatan" – 0:1
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli





















