Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
Pirəkəşkül və Ağdərədə dekabrın 8-dən 12-ə qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















