Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“MƏNİ BAKININ KƏNARINDA BİR YERƏ GƏTİRDİLƏR VƏ...” – Zamirə Hacıyeva London məhkəməsində başına gələnləri danışdı

  • Tarix: 12-06-2024, 23:05

Britaniyanın Milli Cinayət Agentliyi Zamirə Hacıyevanı Uolton Stritdəki 15 milyon funtluq (19.12 milyon dollarlıq) evi və Berkşirdəki milyonlarla funtluq qolf klubunu əri Cahangir Hacıyevin Azərbaycandakı dövlət bankından oğurladığı pullarla almaqda ittiham edir.

Cahangir Hacıyev həbsdədir. Britaniyanın "The Evening Standard" qəzeti yazır ki, Z.Hacıyevaya qarşı 2018-ci ildə Britaniyanın ilk izah edilməmiş sərvət orderini çıxaran Milli Cinayət Agentliyi indi sözügedən iki mülkü müsadirəyə çalışır.

Ancaq Z.Hacıyeva Yüksək Məhkəmənin iclasındakı ifadəsində daha öncə dediklərini təkrarlayıb və ittihamları rədd edib. O, "son dərəcə çevik" ərinin sözügedən evi və qolf klubunu Azərbaycanda daha öncə mövcud olan "vəhşi Qərb" şərtlərində qazandığı qanuni pullarla aldığına dair iddiasını yenə dilə gətirib.

Z.Hacıyeva öz keçmişindən söz açıb və 2005-ci ildə "tük ürpədən" oğurlanmasından öncə rus dili və ədəbiyyatından dərs deyən dilçi müəllim olduğunu söyləyib. O, oğurlandığı zaman ölümlə hədələndiyini və bu üzdən qorxduğunu, güvənliyi üçün Londona köçməyə məcbur qaldığını deyib.



Z.Hacıyevanın sözlərinə görə, avtomobilinə sarı gedərkən onu arxadan tutan üç kişi yaxınlıqdakı maşına basıb. O bu zaman özünü müdafiə etmək üçün çabaladığını söyləyir.

"Onlar məni maşının döşəməsinə yıxdılar, başıma da çanta, yaxud nəsə keçirdilər. Yola düşməzdən öncə də qollarımı qandalladılar", - Hacıyeva bildirib.

O, daha sonra deyib: "Heç nəyi görmür, amma eşidirdim. Bir qədər keçəndən sonra dayandıq və məni bir maşından başqasına mindirdilər. İkinci maşının arxasına yerləşdirmişdilər, o "çanta" da hələ başımın üstündə idi. Başıma nəsə dirədilər. Bunun silah olduğunu düşündüm. Dedilər, sadəcə, otur və tərpənmə. Çox qorxmuşdum, bu adamların kim olduğunu, yaxud hara getdiyimi bilmirdim. Bilmirdim ərimi və uşaqlarımı bir daha görə biləcəyəmmi. Məni Bakının kənarında bir yerə gətirdilər, bir binanın zirzəmisinin altındakı - eni və uzunu 1.5 metr olan otağa qoydular.

O qədər balaca idi ki, nə ayaq üstə dura, nə də uzana bilirdim. Bu deşikdə 28 gün keçirdim. Qapı daim kilidli olurdu və mənimlə qapıdakı qapaqdan danışırdılar. Tualet yox idi, yalnız zibilxanada tas, vedrə və kiçik deşiyi olan şlanq kimi borudan gələn soyuq su vardı. Məni tutanlar gündə bir dəfə o qapaqdan mənə yemək verirdilər. İşıq günün 24 saatı yanırdı. Təkcə qapağı açanda işığı söndürürdülər ki, üzlərini görə bilməyim. Həmişə ucadan musiqi çalınırdı. Elə bilirdim, mənə işgəncə verilir. Tezliklə zaman hissimi itirdim və həftənin hansı günü, hətta gecə, yoxsa gündüz olduğunu da bilmədim. Orada saxlanıldığım zaman məni tutanlar ərimdən pul qoparmağa çalışdılar və mənə dedilər ki, o, razı olmasa, məni öldürəcəklər".



Hacıyeva deyir ki, bu işgəncəyə Azərbaycan Mili Təhlükəsizlik Nazirliyinin silahlı əməliyyatı nəticəsində son qoyulub. Həmin əməliyyatda onu tutanlardan biri saxlandığı yerin kənarında öldürülüb.

Hacıyeva deyir ki, onun oğurlanması ərindən pul qoparılması cəhdlərinin başlanğıcı idi.

O, ərinin illərlə sədri olduğu Azərbaycan Beynəlxalq Bankından pul oğurladığını qəbul etmək istəmir.

Ərinin biznes fəaliyyətindən danışan Hacıyeva deyib ki, 1990-cı illərdə tanış olduqları zaman onun sərvətinin mənbəyini sorğulamayıb və bankçılıq karyerasını çək-çevir etməyib.

“Cahangir Hacıyev kommunistlər dönəminin qadağaları götürüləndən sonra öz biznes bacarıqlarından yararlanaraq xaricdən ev əşyaları gətirməklə pul qazanan uğurlu sahibkar olub” – deyə iddia edib.

"Kommunizmin çökməsi ilə Şərqi Avropada ticarət bumu yaranmışdı və idxal-ixrac da məhz o zaman bir az pulu olan hər kəsin girə bildiyi iş idi. Azərbaycan kimi keçmiş sovet ölkələrinə Qərb ev avadanlıqlarının nəhəng axını vardı. Mənim ərim MBA (biznesin idarə edilməsi üzrə magistr) dərəcəsini almaq üçün ABŞ-də oxumuşdu. Aydın məsələdir ki, spirtli içki və un kimi tələbat mallarından başqa müasir ev əşyaları və elektronika alış-verişinin də potensialını görürdü. 1990-cı illərin əvvəl və ortalarının Azərbaycanından danışıram. Bir qədər "vəhşi Qərb"ə bənzər durum idi. Qərbin nou-hausuna və biznes təliminə çıxışı olan bəzi adamlar çoxlu pul qazana bilirdilər", - Hacıyeva bildirib.

O, ərinin Azərbaycanda yol tikinti biznesinin və Özbəkistanda pambıq emalı müəssisəsinin də olduğunu idia edib. Ərinin sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlərinin olmamasını isə o vaxt Azərbaycanda belə sənədlərə ehtiyac olmaması ilə “izah etməyə” çalışıb.




Milli Cinayət Agentliyinin hüquqşünası Conatan Holl məhkəməyə bildirib ki, Hacıyeva sözügedən evi və qolf klubunu almaq üçün istifadə etdiyi pulun mənbəyi haqda məlumatı gizlədir. O, xanım Hacıyevanı vəkillərinin Bakıda həbsxanada olan əri ilə əlaqə yaradaraq ondan izahat alması üçün daha çox vaxt istəməklə məhkəmə prosesini gecikdirməkdə də ittiham edir.

Britaniya Yüksək Məhkəməsinin hakimi Puşpinder Saini Hacıyevanın məhkəməyə dəlil təqdim edə bilməsi üçün yekun vaxtı uzatmağa razılıq verib. Ancaq o, verilən vaxt ərzində tələb olunan dəlilləri gətirmədiyi halda, bir daha ona bu haqqın tanınmayacağı barədə xəbərdar da edib.

Məhkəmə prosesinə ara verilib.

Vestminister Magistrat Məhkəməsində Hacıyevanın zəngin qır-qızıl kolleksiyası ilə bağlı digər məhkəmə prosesi də hələ bitməyib.



Bu müddət ərzində bütün ittihamları rədd edən Hacıyeva Londonun Naytsbridc ərazisindəki Uolton Stritdə yerləşən evində yaşamağa davam edir. Qəzet yazır ki, bir neçə milyon funt xərc aparan məhkəmə çəkişmələri olsa da, hələlik, onun aktivlərindən heç biri müsadirə edilməyib.

“AzPolitika.info”


Oxunub: 661
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.