Misli Premyer Liqası: “Zirə” “Qarabağ”la bərabərə qaldı
Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub. Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda Ağdam klubu 30 xalla çempionatın lideridir. “Zirə” isə 27 xalla turnir cədvəlində ikincidir. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1. 6 dekabr (şənbə) 17:00. “Zirə” - “Qarabağ” - 1:1 Qol: İssa Cibrila, 31 (1:0), Enrike Kustodio, 44-avtoqol (1:1) 7 dekabr (bazar) 14:00. “Karvan-Yevlax” - “Şamaxı” 8 dekabr (bazar ertəsi) 17:00. “Qəbələ” - “Turan Tovuz” 20:00. “Sabah” - “Neftçi” 9 dekabr (çərşənbə axşamı) 17:00. “Araz-Naxçıvan” - “Kəpəz” 19:30. “Sumqayıt” - “İmişli” Bombardirlər: Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Coy-Lens Mikels (“Sabah”) - 6 qol Toral Bayramov (“Qarabağ”) - 5 qol Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol Velko Simiç (“Sabah”) - 4 qol Abdullah Zubir (“Qarabağ”) - 4 qol Bassala Sambu (“Neftçi”) - 4 qol Emin Mahmudov (“Neftçi”) - 4 qol Karim Rossi ("Şamaxı") - 4 qol
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu





















