Biləsuvarda maşın kanala aşdı, 5 nəfər öldü
Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Leksus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş:





















