Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ABŞ Ermənistana dəstəyini azaldır - Vaşinqtonun siyasi və strateji hədəfləri - ŞƏRH

  • Tarix: 5-09-2023, 18:06

Son dövrlər erməni lobbisinin ABŞ-də fəaliyyətinin uğursuzluğa düçar olduğu müşahidə olunur. Erməni lobbisinin Azərbaycana qarşı İrəvanı dəstəkləmək üçün rəsmi Vaşinqtona təzyiqlərinə baxmayaraq, Birləşmiş Ştatların siyasi elitası sırf strateji və siyasi səbəblərdən buna məhəl qoymur. Daha dəqiq desək, bir neçə aydır Amerikanın Erməni Milli Komitəsinin Amerika siyasətçilərinə müraciətləri qulaqardına vurulub. Sadəcə ara-sıra Adam Şiff, Bob Menendes timsalında açıqlamalar verilir, bu da sözügedən senatorların və siyasətçilərin erməni lobbisindən aldıqları pulu “halal” yemək üçün atdıqları addımlar kimi qiymətləndirilir. Siyasi rəhbərlik səviyyəsindəki açıqlamalar “Azərbaycan və Ermənistan arasındakı fikir ayrılığı diplomatik və sülh yolu ilə həll olunmalıdır” müstəvisindən kənara çıxmır.

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük müharibə ilə Azərbaycan 30 illik erməni işğalına son qoydu və bununla da regionun geosiyasi vəziyyəti dəyişdi. Təbii ki, bu, ABŞ-nin də nəzərindən yayınmamışdı. Rusiyanın Ukraynadakı müharibəsi isə ABŞ-ni regiona maraqlarını daha da artırmağa təşviq edib. Eyni zamanda son aylar Laçın yolu ilə bağlı erməni tərəfinin beynəlxalq ictimaiyyətdə qaldırdığı hay-küy də nəticəsiz qalıb. Erməni rəsmilərinin israrla Laçın yolu ilə bağlı Azərbaycana qarşı tədbir görmək, sanksiya tətbiq etmək çağırışları da nəticəsiz qalıb. Sonuncu dəfə BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələ ilə bağlı şapalaq yeyən erməni rəhbərliyi artıq vəziyyətin başqa cür olduğunu anlamış deyil. Elə bu səbəbdən də rəsmi İrəvan ABŞ-ni iclası yönləndirməkdə ittiham etmişdi.

ABŞ-nin son illər Ermənistana dəstəyini azaltması və diasporun təkidlərini qulaqardına vurmasının müəyyən səbəbləri var. Bunlardan birincisi, Ermənistanın müttəfiqləridir. Ermənistanın ən böyük müttəfiqləri Rusiya və İrandır. Eyni zamanda Ermənistan Rusiyanın əlində hərbi alətə çevrilən KTMT-nin üzvüdür. Gözləntilərin əksinə olaraq Ermənistan Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamaq əvəzinə, Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu isə Rusiyaya təzim və ona sanksiyalardan yan keçməyə yardım kimi başa düşülür. Təbii ki, bütün bu proseslər ABŞ-nin və Qərbin nəzərindən yayınmır.

Hələ bu da azmış kimi, rəsmi İrəvan bu yaxınlarda İranla enerji əməkdaşlığına dair memorandum imzalayıb. Ermənistanın İranla əməkdaşlığı bununla da bitmir. Siyahıya İranın Qafanda konsulluq açması və Tehranla silah alışı ilə bağlı imzalanan müqaviləni də əlavə etmək olar. Qafanda konsulluq açmaq isə Qərbin də marağında olduğu Zəngəzur dəhlizinə qarşı atılan addımdır və Ermənistan bu addıma göz yumur. İrəvan Tehrandan PUA və raket tədarük edir, bununla da ABŞ-nin qırmızı xəttini pozur. Uzun illərdir İrana qarşı sanksiyaların tətbiq edildiyi heç kəsə sirr deyil və İranla canbir qəlb olan dövlətlərin ABŞ-nin qara siyahısına namizəd olduğunu da yaxın tarix göstərib. Eyni zamanda Ermənistan silah alışı ilə “sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə” qanunu da pozmuş sayılır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan NATO-nun üzvü olan Türkiyə ilə sıx mədəni, iqtisadi və təhlükəsizlik sahələrində sıx əlaqələr qurur, əlaqələri günbəgün daha da genişləndirir. Eyni zamanda Avropanın enerjiyə olan tələbatını ödəmək üçün qlobal layihələrə imza atır. İranla da Azərbaycanın müxtəlif məsələlərdə fikir ayrılığı da rəsmi Vaşinqtonun nəzərindən yayınmır. Artıq Azərbaycan Qərb üçün əvəzolunmaz strateji tərəfdaşa çevrilib və görünən odur ki, bu mövqeyini hələ uzun illər qoruyub-saxlayacaq.

Ermənistanın KTMT və İranla yaxınlığına qarşı, Azərbaycan ordusu Türkiyə ilə birgə təlimlər keçir, bu isə NATO standartı və NATO tərəfdaşlığı mənasına da gəlir. Eyni zamanda İsrail rəsmi Bakı üçün əsas silah tədarükçüsü rolunu oynamağa başlayıb. Ermənistan isə bu işdə İrana və Rusiyaya üz tutub, hələ Hindistandan da aldığı silahları İran vasitəsilə daşıyır. Doğrudur, ABŞ-nin Ermənistanla diplomatik münasibətləri var, rəsmi Vaşinqton bu illər ərzində Ermənistana milyardlarla dollarlıq humanitar yardım göndərib, inkişafını dəstəkləyib. Amma İrəvan Vaşinqtonun əzəli düşmənləri sayılan Rusiya və İranla müttəfiqlik edir, hərbi alyanslara qoşulur, silah alveri edir. Eyni zamanda Ermənistan Rusiya ilə koordinasiyalı formada böyük iqtisadi uğur əldə etmək üçün Moskvaya Qərbin sanksiyalarından yayınmağa kömək edir. Belə olduğu halda, ABŞ siyasi və hərbi elitası çətin ki, milli maraqlarını təhlükəyə ataraq və qanunlarını pozaraq Qafqazda uzun illər dilənçi kimi ianələr hesabına yaşayan, heç bir strateji mövqeyi və zənginliyi olmayan Ermənistana görə, günü-gündən inkişaf edən, regionda söz sahibi olan, Avropanı enerji ilə təmin edən Azərbaycana qarşı addım atsın.

Hər keçən gün isə Ermənistanın diplomatik sahədə biabırçı məğlubiyyəti ilə nəticələnir. Azərbaycan isə əksinə, mövqeyini daha da gücləndirir, xarici siyasət sahəsində çox uğurlu addımlar atmağa davam edir. Ermənistan isə Rusiya və İranla geosiyasi ittifaq bağlamaqla, özünü ölümə məhkum etmiş sayılır. Çünki bu tip ittifaqlar əslində Ermənistanın milli maraqlarına ziyandır və Qərb, ABŞ belə ittifaqları qəbul etmir. Həm Rusiya, həm də İranın uzun müddətdir Qərbin sanksiyaları ilə üz-üzə qalıblar.

Ermənistanın siyasi rəhbərliyi isə Rusiya ilə strateji müttəfiqliyin artıq onun milli maraqlarına zidd olmasını anlayıb. Bu səbəbdən son günlər Rusiya ilə strateji əməkdaşlığın əslində səhv olması barədə bəyanatlar səsləndirilir. Eyni zamanda Belarusda keçirilən KTMT təlimlərində Ermənistanın iştirak etməməsi də yaxın zamanlarda alyansla bağlarını qoparacağı mənasına gəlir. Əslində Paşinyan bu hərbi alyansla vidalaşmağı çoxdan arzulayır. Bu səbəbdən də müntəzəm olaraq, KTMT ünvanına tənqid səsləndirilir, Aİ müşahidəçiləri Ermənistana dəvət edilir. KTMT-nin müşahidəçi göndərməklə bağlı fikrinə və təklifinə isə rəsmi İrəvan etinasız yanaşır.

Görünən odur ki, Ermənistan siyasi kursunu dəyişmək fikrinə düşüb. Amma necə deyərlər, daldan atılan daş topuğa dəyər. Həm də rəsmi İrəvan Rusiya ilə elə bağlarla birləşib ki, bunu qoparmaq qeyri-mümkündür. Hətta bu gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun məsələ ilə bağlı açıqlamasını hədə kimi qəbul etmək olar. Rusiyalı diplomat açıqlamasında vurğulayıb ki, Rusiyada Ermənistandan çox erməni yaşayır. Bu isə Moskvanın təhdid kartı kimi qiymətləndirilir.

“Report” İnformasiya Agentliyi


Oxunub: 576
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.