"Qarabağ" - "Ayaks" oyununa bilet almaq istəyənlərin nəzərinə!
UEFA Çempionlar Liqasının VI turu çərçivəsində dekabrın 10-da keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşması ərəfəsində həyəcan zirvəyə yüksəlir. Böyük maraq doğuran bu möhtəşəm futbol gecəsi üçün bilet satışının başlanmasına sayılı günlər qalıb. Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur. Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq. "Qarabağ"ı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbi ilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.





















