Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















