Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
  • Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
  • FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
  • MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
  • Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
  • Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
  • Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yaşadığımız din düşüncə düşmənidir

  • Tarix: 5-09-2023, 11:21

Mədəniyyət bir çox dəyərlərin məcmusudur. Böyük xalqlar mədəniyyətdən sivilizasiyaya keçirlər. Azərbaycanda isə əyalət kültüründən özünəməxsuz mədəniyyətə keçid edə bilməyən bir cəmiyyət var. Çünki fəlsəfəsi, sosiologiyası, texniki elmləri, dini müstəqil sahələr kimi inkişaf etdirilməyib. Anlaşılan budur ki, “Azərbaycan mədəniyyəti - 2040” strategiyasının içində bu boşluqları tamamlayan hər şey olacaq. Mədəniyyətimizin bütün sahələrin inkişaf etdirilməsinə dair xeyli maraqlı mülahizələr yer alacaq.

Hər zaman bu kimi məsələlər ortaya qoyulanda öncə hədəfi araşdırmağa çalışıram. Bizdə bu sayaq ənənəvi mətnlərdə əməli davranış hissəsi ən çox yer alan “inkişaf etdirmək” və “qorumaq” ifadələri üzərində yoğunlaşır. Qeyd edim ki, Azərbaycanın yeni mədəniyyət naziri öz sahəsində ciddi bir işlər görməyə qərarlıdır, kommunikativdir və hüquqşünas kimi davranışlarında konkretlik keyfiyyəti açıq hiss olunur. Nə dərəcədə mədəniyyətimizin illərlə təxirə salınmış problemlərini çözə biləcək, bu sahənin sosial müavinət sferasından mədəni sferaya transformasiyasını necə uğurla gerçəkləşdirəcək, açığı indidən söyləmək çətindir. Bütün hallarda “Azərbaycan dili və ədəbiyyatı” başlıqlı bir forumun keçirilməsi, təklif və iradların dinlənilməsi, müzakirələrin aparılması faydalı sayılmalıdır. Hətta forumun ilk günü Şamaxıda təbii mühitdə, ardınca da Gülüstanda sintetik mühitdə keçirilməsi onu göstərir ki, dilimizin də, ədəbiyyatımızın da təbii və sintetik yönlərini yaşadığımız mühitin tələblərinə görə dərininə təhlil etməliyik.

Azərbaycanda xeyli uğursuz insanların məşğul olduğu xüsusi bir diletant dilsevərlik arenası var. “Dilimiz dağılır, dilimiz ölür, onu bu küləkdən, o kələkdən qorumaq lazım” deyə hər platformada həyəcan qaldırırlar, ancaq “dilin problemi həqiqətənmi budur” sualına doğru-dürüst cavab verə biləcəklərinə əmin deyiləm. Axı Azərbaycan dili dövlət dilidir və başqa bir alternativ dövlət dilimiz yoxdur! Bütün yazışmalarımız Azərbaycan dilində aparılır və bu dildə yazılan hansısa mətni kimsə geri çevirə bilməz! Məncə bu kifayətdir. Bundan sonrasını artıq Azərbaycan dili mövzusunda illərdir yazılan və ya yazdırılan mənasız və köçürmə dissertasiyaların hesabına qazanılan titulların menyusuna buraxmaq lazımdır.

Bizdə dilin qorunması, onun inkişaf problemi elə də qaçaraq şəkildə qarşımızda durmur. Əksinə, tək bir problemimiz dilin zənginləşməsidir! Terminoloji, bədii zənginləşmə! Bunun da əsas dərmanı zəngin ədəbiyyat nümunələrinin və sahəvi keyfiyyətli tərcümə şəbəkəsinin yaradılmasıdır. Bizdə nəinki ədəbi dil, hətta qrotesk, yəni gülüş, söyüş dili də olduqca məhduddur və başqa mənbələrdən qidalandırıcı elementləri almağa mühafizəkar baxışlarımız imkan vermir.

Bir şeyi unutmamalıyıq ki, bizim dil lokal dildir. Dünyada meta-dil kateqoriyasına aid olan yunan və latın dilləri başqa dillərin alt sisteminə öz anlayışlarını yerləşdirə bildiyinə görə digər dillərdən fərqlənir. Hazırda dünya dili hesab olunan ingilis dili, yaxud mədəniyyət dili sayılan fransız dili və ya fəlsəfə dili sayılan alman dili bu meta-dil kateqoriyasına aid edilmirlər. Bu cür dünya dillərinin özlərini qoruyuculuq həssaslıqları bir-biriləri ilə olan rəqabətlə bağlı məsələdir. Ona görə də bizim dilimizin qapalılığında israrçılığın, onun saflığının qorunması adı altında atılacaq zədələyici addımların ağır nəticələrini sonradan ortadan qaldırmaq çətin olacaq. Biz dilimizin qapılarını açıq tutmalıyıq, onun yeni sözləri qəbul etməsindən qorxmamalıyıq, çünki bu yeni terminlər dili heç vaxt öldürməz, sadəcə onu zənginləşdirər. Sənin fəlsəfə dilin, informasiya-kommunikasiya dilin, texniki dilin, tibb dilin, iqtisadi dilin məhz peşəkar tərcümə axınının olmamasına görə Aral dənizinin aqibətini yaşamağa məhkumdur. Ensiklopediya dilin isə bərbad gündədir və müstəqillik dövründə bu vacib problemi hələ də çözə bilməmişik.

Problemin loru ifadəsi budur: Dilin əbədi bakirəliyini necə qoruyaq yerinə, dili necə evləndirək ki, burada keyfiyyətli nəsil artımı olsun. Qohum dillərlə evləndirəcəksənsə, ortaya çıxan məhsulun xəstəlik xassələri daha çox olacaq. Yadlarla qohumluq yolunu seçəcəksənsə, hər cür fantaziya ilə üzləşmək riskini göz önünə almalısan. Ona görə sanballı elmi-publisistik nəşrlərin, ədəbiyyat və tərcümə nümunələrinin sayını və keyfiyyətini artırmaq lazımdır. Ən mühim məsələ kimi yeni peşəkar tərcüməçi nəslinin yetişməsinə vəsait xərcləməkdə xəsislik etməməliyik, eyni zamanda fəlsəfə, hüquq, iqtisadiyyat, sosiologiya və başqa sahələrə aid tədqiqat əsərlərinin operativ tərcüməsi üçün ciddi bir tərcümə strukturu formalaşdırmalıyıq. Ardınca elmin, sənətin, ədəbiyyatın ideologiyasızlaşdırılması həyata keçirilməlidir. Əslində cəmiyyət xalça kimidir. Onu ədəbiyyatın sehrli çubuğuyla yazıçı, şair çırpmalıdır. Əks halda, bu xalça kirli qalacaq, toz basacaq. Bu günün Azərbaycan yazıçısı toz-tozanaq qaldırmaqdan qorxur. Birinci növbədə öz nəfəs borusuna tozun dolacağından qorxur. Bu halda isə ədəbiyyat hadisəsinin baş verməsi çətin olur.

Tariximizin qaranlıq boşluğunda parlayan “Kitabi Dədə Qorqud” kimi nəgəng dil-ədəbiyyat abidəsinin, eləcə də klassik poeziya və dastan nümunələri üzərində daim oyalanmaqla bir yana varılamaz. Çağımızda sivilizasiyaya töhfə verəcək nəyi yarada bilirik sualı üzərində baş sındırmalıyıq. Dürüst insanların müəyyənləşdirdiyi formatda “İstedadın dəstəklənməsi Fondu” yaradılmalıdır. Ayrı-ayrı sahələrdə yetişmə potensialı olan istedadların üzə çıxarılıb dəstəklənməsi siyasətinə yönəlməliyik.

Təhsilimizin çökmüş binasının altından elliklə mədəniyyət qoruyuculuğu və ya təəssübkeşliyi gözləməyə dəyməz. Bizdə məktəb ideoloji məkandır. Məktəbi hələ də inkişaf etmiş ölkələrdəki kimi ideyalar məkanına çevirə bilmirik. Bizdə məktəbin hədəfi dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Bu hədəf cəmiyyət üçün ideyalı şəxsiyyət formalaşdırmaqla əvəz olunmadıqca məktəbin faydasından danışmaq çətin olacaq. İdeyasız vətəndaş sonradan dövlət üçün bəlkə də ən böyük yükə çevrilir. Bütün natamamlıqlar təhsil prosesi və elmi fəaliyyətin vəhdətinin optimal modelinin tapılmamasından irəli gəlir. Çox zaman fəlsəfənin predmet olaraq açıqlaya bilmədiyi bu modelin qanunvericilik sferasında şərhi də xeyli praktik çətinliklər yaradır. Bir məqam unudulmamalıdır ki, elm təhsilin nəticəsidir, elmin nəticəsi isə konkret ixtiralar və kəşflərdir. O yerdə ki, təhsil elmi biliklərin mənimsənilməsinə doğru yönəlmir və elmi fəaliyyətlə vəhdət təşkil etmir, onun ictimai tərəqqiyə də töfhəsi olmur.

Odur ki, öz evinin standart arxitekturasından başqa Azərbaycana vaxtilə sürgün olunmuş alman kimi, malakan kimi klub, kitabxana, mədəniyyət evi yaratmağa həvəsi olmayan bir toplumu yalandan mədəniyyətin hamisi kimi qaza gətirib vaxt itirincə, onu sərt şəkildə az sayda istedadlı insanın yaşatdığı mədəniyyəti çökdürməməyə məcbur etməliyik.

Fikrimcə, Azərbaycanın çağdaş mənəvi mədəniyyəti deyilən nəsnə 1828-ci ildə Türkmənçaydan başlayaraq, sovet dövrü də daxil, indiki müstəqillik dövrünü əhatə edir. Yəni Axundovla başlayan yazılı ədəbiyyatn, nəsrin, fəlsəfənin və teatrın, Zərdabi ilə başlayan publisistikanın, Zivərbəyovla başlayan arxitekturanın, Üzeyir bəylə başlayan operanın, Əfrasiyab bəylə başlayan baletin, malakan əsilli təhsil mücahidi Çernyayevski ilə başlayan Qori müəllimlər seminariyasının, Cumhuriyyətimizlə başlayan universitetin, Hüseynzadə və Ağaoğlu ilə başlayan düşüncə məntlərimizin, son yüz ilin musiqisinin, ədəbiyyatının, dilinin, kinosunun, rəsmlərinin, qəzet-jurnal-kitab nəşrinin, xalçalarının məcmusudur bizim bəzən maddi irsdə ifadə olunan mənəvi mədəniyyətimiz. Ondan əvvəlki Əsri-Zülmət dövrlərin daş abidələrini isə maddi mədəniyyət nümunələri kimi sıralayıb öyünə bilərik. Ancaq bizim daşlara həyat vermə imkanımız olmadığına görə, onların yalnız sıra düzülüşünün uyğunluğu barədə düşünə bilərik, bütün fəaliyyətimizi isə bizi çağdaşlığa urcah edən qeyri-maddi mədəniyyətin canlanması üzərinə yönəltməliyik.

İndi əgər dildən, ədəbiyyatdan başlayırıqsa, bu müzakirələr də vacibdir. Ancaq ortaya bir nəticə çıxacaqmı? Çünki “inkişaf etdirmək” və “qorumaq” ifadələrinin basqısı bizə mədəniyyətimizin təməlindəki tarixi boşluqları və yanlışları görməyə imkan verməyəcək. Çünki bizim tarix, din, sənət, elm anlayışlarımızda tənqidi mətn yoxdur, sadəcə ideoloji və bioloji özünəvurğunluq var. Unutmayaq ki, həm də bizim toplumun əsrlər boyu islamı təhrif edərək yaşadığı din də mədəniyyət, təhsil, tərəqqi və düşüncə düşməni olan bir dindir.

2040-cı ildə Azərbaycan mədəniyyətində nələrin dəyişəcəyini bilmirəm, ancaq mədəni həyatımızda hansısa dəyişiklik olmayacaq. Çünki təhsilə münasibətimiz dəyişmədikcə, bilgi məkanı olan orta məktəb yaratmadıqca, peşə təhsilini çağdaş standartlara qaldırmadıqca, modern universitet qurmadıqca, hansı insanlarla bu mədəniyyəti irəlilədə biləcəyimiz sual altındadır. Ona görə də ümumxalq müzakirələrini bir tərəfə buraxıb milli futbol komandası üçün yarayan 15-20 futbolçunu axtarıb tapdığımız kimi, mədəniyyətin hər sahəsinə dəxli olan 15-20 adamı tapıb ciddi müzakirələr aparılmalıdır. Bu adamlar hər sahədə boşluqları və ağır durumu hamıdan yaxşı bilirlər. Sadəcə kiminsə adamını, kiminsə imtiyazını, kiminsə pulunu yarıb keçə bilmirlər. Bu isə mənfur Ohanyan səddini yarıb keçməkdən çox-çox çətin işdir.

İlk növbədə “Azərbaycan dövlətinin mədəniyyət siyasəti neçə olmalıdır?” sualından başlamaq lazımdır. Dövlət total bir düşüncənin cəmiyyətə hakim olmasına üstünlük verərsə, onun mədəni siyasətinin faydasını gözləmək məntiqli görünməz. İstər təhsil haqqında, istər mədəniyyət haqqında ən ciddi qanunlar qəbul edilsə belə, bütün yazarlara, sənət adamlarına ucdantutma prezident təqaüdü verilsə belə, nəticə olaraq cəmiyyətin zövqünü yeniləşdirən meta-sənət əsərləri ortaya çıxarılmayacaq. Mədəniyyət sferasının iqtisadi təməlləri zəif olduğuna görə, dövlət yardımına həmişə ehtiyac duyur. Ancaq bu yardım yazıçı, rəssam və ya bəstəkar nomenklaturası yaratmaq üçün düşünülməməlidir. Bir az da irəli gedib Azərbaycanda mənasız və haqsız rəqabətə yol açan istisnasız olaraq mədəniyyət sahəsində bütün titulları müstəqilliyə qovuşandan sonra ləğv etmək lazım idi: xalq şairi, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar rəssam və s. Ədəbiyyatda, sənətdə, xidməti olanlara hansı yaşda pensiyaya çıxırsa, dövlət yüksək məbləğdə təqaüd verə bilərdi ki, bu peşəkar insanlarımız sıxıntısız yaşasınlar. Adamın hər cür adı var, ancaq ayın sonuna pensiyası görmürsə, bunun adı qiymətləndirmə olmur ki? Baxın, Avropalının gücü ondadır ki, onun alimi də, yazarı da ildırımötürən məsuliyyəti daşıyır. Bizdə ildırımötürən funksiyası daşıyan adamların sayı çox olmayıb. Məsələn, Mirzə Cəlil ildırımötürəndir. Bir nəsildən o biri nəsilə sağlam düşüncəni miras qoymağı özünün borcu sayan, o ağır enerjini alıb, özünü yandıraraq başqa bir enerjiyə - işığa çevirib cəmiyyətə verən şəxsiyyətdir. Ancaq indiki dövrdə bu funksiyanın qarşısını alan titullardır. Qərbdə titul yarışı olmadığına görə orda ancaq elm-ədəbiyyat-mədəniyyət yarışı gedir. Çarli Çaplin xalq artistiydi, Bernard Şou xalq yazıçısıydı, yaxud Fellini əməkdar incəsənət xadimi idi? Sadəcə Nobel alan, Oskar alan korifeylər idi. Biz sovet dövründən çıxdığımız üçün sənət adamları arasında titul davası var. Mən hərdən diqqət edirəm, hətta hər cür maddi imkana malik yazıçılarımız, musiqiçilərimiz, aktyorlarımız belə titul yarışına çıxırlar. Görəsən, bu adamlar xalq yazıçısı olmasalar, nə olardı? Xalq artisti olmasalar, nə olardı? Titul davasına girmək yazarı adilərin yarışına qoşur. Həmin sənət adamı artıq ədəbiyyatı, sənəti unudur, artıq sənət davası getmir.

Hər sənət sahəsi üzrə obyektiv konkurs əsasında keçirilən ilin nominasiyaları və pul mükafatları düşünülməlidir. Sənət adamlarına, mədəniyyət xadimlərinə maddi təminatı üçün vacib olan daimi maddi dəstək formaları da düşünmək olar. Bununla belə dövlət ədəbiyyatın, sənətin maddi alternativlərlə dəstəklənməsinə yaxınlaşdığı məsafə qədər də onun ideoloji yönləndirilməsindən uzaqlaşmalıdır.

Təkliflər və mülahizələr bəlkə bir az sərt görünə bilər, ancaq bir də dəqiqləşdirməliyik: bizim istədiyimiz sağaltmaqdır, yoxsa ağrıkəsicinin təsəllisi!


Oxunub: 1 035
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    11-11-2026, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    11-11-2026, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    11-11-2026, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    11-11-2026, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    11-11-2026, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    11-11-2026, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    11-11-2026, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.