Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ TÜRKİYƏYƏ XƏYANƏT ETDİLƏRMİ? - Böyük Turanın var olmasının iki ana şərti

  • Tarix: 16-04-2025, 12:10

Namiq Bilal

Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq qərarını verdilər və bu qərar böyük mübahisələr doğurdu. Həmin qərarın Türk Dövlətləri Təşkilatının (TDT) formalaşmasına hansı təsir göstərəcəyini araşdırmağa çalışaq.

Get-gedə daha da azğınlaşan və daha təhlükəli olan yeni dünyada Böyük Türk Birliyinin yaranması türk dövlətlərinin varlığı üçün vazkeçilməz tələbdir. Deyiləni anlamaq üçün 3-4 cümləlik tarixi hafizəyə və xəritəyə baxmaq yetərlidir. Geniş türk torpaqlarını əhatə edən böyük imperiyaları və türklərin həmin imperiyalarla əsrlər boyu apardığı ağır müharibələri qısaca yada salaq.

Türklərlə Çin imperiyalarının min illərlə davam edən toqquşmaları. Çin türk torpaqlarını cənubi-şərqdən əhatə edir və yeni dünyanın ən təhlükəli dövlətidir. Hərbi və iqtisadi gücü fantastik sürətlə böyüyür, əhalisi sıxdır, genişlənmək arzularını gizlətmir, gözlərini Türküstan torpaqlarına dikib.



Türk-rus qarşıdurması əsrlərdir qanlı toqquşmalarla və qarşılıqlı işğallarla müşayiət olunur. Mücadilə bu gün də davam edir, yenidən qaynar fazaya keçmək şansı böyükdür.

Türk-fas qarşıdurması. Tarixin yazılmağa başladığı ilk dövrlərdən gündəmdədir, bu gün də aktualdır. Üstəlik, Avropa dövlətləri farsları türklərə qarşı hər zaman silahlandırıb istifadə ediblər.



Türk-ərəb qarşıdurmaları. Böyük ölçüdə ərəb xilafətinin yarandığı dövrdən başlanıb. İndi səngimiş kimi görünür. Lakin yenidən alovlanma potensialını hər zaman özündə daşıyır.

Türk-Avropa qarşıdurması. Eramızın ilk əsrlərindən hun türklərinin Avropaya axınları ilə başlanıb. Avropanın iki ən böyük imperiyasını türklər çökdürüb. Roma imperiyasını hunlar, Bizansı isə Osmanlılar dağıdıblar. Türk qorxusu avropalıların yaddaşındadır, unudulması da mümkünsüzdür. Türklərlə avropalılar arasındakı mücadilə ən müxtəlif formatlarda bu gün də davam edir və hələlik bunun sonu görünmür.



Göründüyü kimi türk coğrafiyası istisnasız olaraq bütün tərəflərdən böyük tarixi düşmənlərlə əhatələnib. Tarixin hansı dönəmində türklər güclənibsə, adları çəkilən qonşuların maraqları əzilib. Və əksinə, türklər zəifləyəndə qonşular türkləri bölüb, əzib, parçalayıblar.

İndi türklər güclənir, birləşmə yolunda addımlar atır, kimliyi unutdurulmuş nəhəng millət türk kökünə qayıdır. Amma qonşular da yatmır. Türklərin böyüməysini və birləşməsini əngəlləmək rəqib qonşularımızın təbii maraqlarıdır. Var gücləri ilə əngəlləyəcəklər.



Qayıdaq üç türk dövlətinin Yunan Kipri ilə bağlı aldıqları qərara. Öncə onu qeyd edək ki, Kipr məsələsi yarım əsrdir avropalılar tərəfindən türklərə qarşı bir basqı elementidir. Kipr adası iki etnik qrupun yaşadığı iki hissəyə bölünüb və faktiki olaraq iki dövlət kimi varlığını sürdürür. Qərb adanı iki dövlət kimi qəbul etmir və bu, qərəzlidir. Belə ki, Kiprin bölündüyü dövrdən bəri çox sayda Avropa dövləti etnik ərazilərə parçalanıb, Qərb də həmin əraziləri müstəqil dövlətlər kimi tanıyıb. Sovetlər birliyi on beş hissəyə, Yuqoslaviya beş hissəyə, Çexoslovakiya 2 hissəyə bölünüb və tanınıb. Amma Kiprin bölünməsi tanınmır. İşlərinə gələndə tanıyırlar, gəlməyəndə tanımırlar.



Kipr problemindən indi də TDT daxili münasibətləri zədələmək üçün yararlanırlar. Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti yunan Kiprində səfirlik açdı və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzaladılar. Bu bənddə Türkiyənin Kiprdə işğalçı dövlət olduğu göstərilir. Alınan qərar Turan ruhuna əlbəttə ki, ziddir. Eyni zamanda bu qərar adları çəkilən türk dövlətlərinin Avropa ilə işbirliyinin dərinləşməsi və həmin dövlətlərə investisiyaların cəlb edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Başqa sözlə, üç türk dövləti Türkiyənin və Turan birliyinin maraqlarını deyil, öz milli maraqlarını üstün tutdular. Yunan Kipri qərarını TDT üçün ilk ciddi sınaq saymaq olar. Təşkilata daxil olan dövlətlərin milli maraqları bu məsələdə toqquşdu.

Bu sonuncu toqquşmadırmı? Əminliklə deyə bilərik ki, yox! Müxtəlif dövlətlər varsa, zidddiyyətli maraqlar da olacaq, həmin maraqların toqquşması da. Və bu maraq toqquşmalarından rəqib dövlətlər sonuna qədər yararlanacaqlar.

İndiyə qədər mövcud olan sanballı dövlətlərarası təşkilatların təcrübəsi göstərir ki, təşkilatın mövcudluğu və güclənməsi iki ana şərtə bağlıdır. Bu şərtlər TDT üçün də keçərlidir.

Birinci şərt: İstənilən təşkilata, o cümlədən TDT-yə üzv dövlətlər digər üzv dövlətlərin önəmli milli maraqlarının yeridilməsinə təmkinlə yanaşılmalıdırlar. Həmin maraqlar digər dövlətlərin və bütövlükdə təşkilatın maralarına müəyyən qədər zidd olsa belə. Lakin, hansısa dövlətin marağı təşkilatın varlığını və güclənməsini təhlükəyə atarsa, həmin maraqdan vaz keçilməlidir. Bu həssas məsələdə konkret qırmızı xətlərin çəkilməsi və həmin xətlərin bütün üzv dövlətlər tərəfindən qəbul edilməsi TDT-ni möhkəmləndirəcək. Bu gün Türkiyə üç türk dövlətinin Kipr qərarına təmkinlə yanaşır.



İkinci şərt: Dövlətlər birliyi o zaman möhkəmlənir ki, təkcə hakim elitalar deyil, dövlətlərin geniş əhali kütlələri də vahid ideya ətrafında toparlansınlar. TDT-ni var edən birlik ideyası ən təbii qavram olan milli eynilik, türk kimliyi üzərində qurulub. Bu ideya geniş kütlələr tərəfindən rahatlıqla anlaşılır və qəbul edilir. Üstəlik, türk toplumları çox böyük geopolitik təhlükələrlə üz-üzədir. Milləti birləşdirən ən böyük güc xarici təhlükədir. Sayı yüz milyonlarla olan geniş türk tabanı bu təhlükələri yetərincə dəyərləndirə biləcəksə, möhtəşəm Turan Birliyinin qurulması qarşısıalınmaz proses olacaq.

“AzPolitika.info”



Oxunub: 6 063
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Bu gün, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Bu gün, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Bu gün, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Bu gün, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Bu gün, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.