Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • "Qarabağ" və "Zirə" xal itirdi
  • Türkiyədə zəlzələ oldu
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • FHN zavodda təlim keçirdi - Video
  • "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
  • Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
  • Bağlanan banklara borcu olanlara xəbərdarlıq
  • Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
  • Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
  • Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
  • İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
  • Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
  • Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
  • Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“50 illik ömrümün ən böyük hədiyyəsi...” – Nahid Canbaxışlıdan YUBİLEY ETİRAFI – VİDEO FOTOLAR

  • Tarix: 17-03-2025, 20:54

Allahın ona nəsib etdiyi ömür yolunda keçdiyi acılı-şirinli günləri kinolenti kimi gözü önündə canlandırır. Hələ uşaq ikən “Heç vaxt başıaşağı olma” deyən atasının ona etdiyi nəsihəti həyatı boyu unutmayan, hər zaman başını dik tutan, zəhməti ilə qürurlanan jurnalist, ömür kitabını vərəqlədikcə, gah doluxsunur, gah da, fəxarətdən gözləri parıldayır. Deyir, bəlkə də ömrümün ən azı on ilini silib atardım, bəlkə də çoxunu… Yaşadıqları ona hərdən “kaş ki, heç dünyaya gəlməyəydim” dedirtsə də, qazandıqları da itirdiklərindən az olmayıb. Hamar olmayan daşlı-kəsəkli həyat yollarında özü-özünə dəstək olmağı bacarıb.

 

 

50 illik yubileyini qeyd edən Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlının Yenicag.az-a müsahibəsini təqdim edirik:

 

– Necəsiniz, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?

 

– Doğum günümdə daha çox dünənə baxıram ki, yəni 50yaşa gəlib çatmışam, həyatım çox keşməkeşli olub.

 

– Bu yaxınlarda bir fikir qarşıma çıxdı; araşdırma nəticəsində bəlli olub ki, britaniyalılar 50 yaşda ömrün ən xoşbəxt dövrünü yaşayırlar. Necə düşünürsünüz, 50 yaşda ömrün xoşbəxt dövrünü yaşamaq mümkündür?

 

 

– Mümkündür, baxır hansı hansı həyat tərzini yaşamısan, hansı çətinliklərdən keçmisən… Ola bilər, insan 50 ildə hər hansı bir çətinlik çəkmədən bu yaşa gəlib çatsın. Əziyyətli də olanda və qürurverici şeylər olanda, dönüb geri baxanda sevinirsən.

 

Allahın ona nəsib etdiyi ömür yolunda keçdiyi acılı-şirinli günləri kinolenti kimi gözü önündə canlandırır. Hələ uşaq ikən “Heç vaxt başıaşağı olma” deyən atasının ona etdiyi nəsihəti həyatı boyu unutmayan, hər zaman başını dik tutan, zəhməti ilə qürurlanan jurnalist, ömür kitabını vərəqlədikcə, gah doluxsunur, gah da, fəxarətdən gözləri parıldayır. Deyir, bəlkə də ömrümün ən azı on ilini silib atardım, bəlkə də çoxunu… Yaşadıqları ona hərdən “kaş ki, heç dünyaya gəlməyəydim” dedirtsə də, qazandıqları da itirdiklərindən az olmayıb. Hamar olmayan daşlı-kəsəkli həyat yollarında özü-özünə dəstək olmağı bacarıb.

 

 

50 illik yubileyini qeyd edən Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlının Yenicag.az-a müsahibəsini təqdim edirik:

 

– Necəsiniz, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?

 

– Doğum günümdə daha çox dünənə baxıram ki, yəni 50yaşa gəlib çatmışam, həyatım çox keşməkeşli olub.

 

– Bu yaxınlarda bir fikir qarşıma çıxdı; araşdırma nəticəsində bəlli olub ki, britaniyalılar 50 yaşda ömrün ən xoşbəxt dövrünü yaşayırlar. Necə düşünürsünüz, 50 yaşda ömrün xoşbəxt dövrünü yaşamaq mümkündür?

 

 

– Mümkündür, baxır hansı hansı həyat tərzini yaşamısan, hansı çətinliklərdən keçmisən… Ola bilər, insan 50 ildə hər hansı bir çətinlik çəkmədən bu yaşa gəlib çatsın. Əziyyətli də olanda və qürurverici şeylər olanda, dönüb geri baxanda sevinirsən.

– Həmkarınız Rauf Arifoğlu müsahibəsində belə bir fikir səsləndirmişdi: “50 yaş bəziləri üçün yeni mərhələnin başlanğıcı, bəziləri üçün həyatın ortası, bəziləri üçün sonudur. Mənim üçün isə 50 qocalığın uşaq yaşıdır”. Bəs sizin üçün 50 yaş ömrün hansı pilləsidir?

 

– Mənim üçün 50 yaş ömrün yeni bir vərəqidir. Bundan sonra oraya nə yazılacaqsa, hamısını 50 yaşlı Nahid yazacaq. Əvvəlini 50 yaşa qədər olan gənc Nahid yazıb. Artıq ağsaqqal bir dövrə gəlib çatmışıq. Təkmilləşmiş, həyatın çəktinliklərini görmüş, bir çox sevincini yaşamış Nahid var. Artıq müəyyən qərarlarda bir az geriyə çəkilib, anındaca, tez-tələsik qərar verməyən Nahid olmayacaq. İstər şəxsi həyatımda, istər iş, ictimai həyatımda artıq müəyyən qədər səbirli və təmkinli bir yol başlayacaq.

 

 

– Həyatınızda “kaşkilər” çox olub?

 

– Kifayət qədər çox olub. Demişəm, “kaş ki, bunu etməyəydim, onu etməyəydim”… Başıma nə gəlibsə, hamısı canıyananlıqdan gəlib. Özümü tərifləmək istəmirəm, amma humanist insanam, bir işi görəndə və onun qarşılığını görməyəndə onda “kaşkilər” başlayır. Bəlkə də bu Allahın mənə verdiyi müsbət bir xüsusiyyətdir ki, “sən et, eybi yox, balıq bilməsə də, xaliq bilər misalı”… “Kaşkiləri” artıq sonradan oturub fikirləşirsən ki, “bəlkə bunu etməyəydim, çünki bunu etdim başıma bu iş gəldi”. Amma yəqin ki, bundan sonra kaşkilərim olmaz.

 

– Bəzi insanlar var ki, deyir, həyatımda elə mərhələlər olub ki, onları silib atardım. Sizin də ömrünüzdən silib atmaq istədiyiniz illər varmı? Yoxsa yaşadığınız acılı-şirinli günlərə eyni gözlə baxırsınız?

 

– Var, çoxdur. Bəlkə də ömrümün on ilini silib atardım, bəlkə də çoxunu. Çünki yaşadıqlarım mənə hərdən kaş ki, heç yaşamayaydım, dünyaya gəlməyəydim dedirdir. Amma həyatdır, şükür etməyi də bilməlisən. Onları yaşamalıyam ki, həyatda qalmağı bacarım. Həyatda həmişə özüm özümə dəstək olmuşam, özüm öz işimi qurmuşam. Olmayıb, həyatda qalmaq üçün başqa işlərə əl atmışam. Bir söz var: yemək üçün yaşayasan, bir də var yaşamaq üçün. Mən günlərlə yemək yeməsəm də, yadıma düşməz. Amma etdiyin bir yaxşılıq varsa, hər dəqiqə gözümün önündədir ki, nə yaxşı mən bu yaxşılığı etməyi bacardım.

 

– Onda demək olarmı ki, bəzi insanlar taledən şanslı, naxışlı doğulur, amma siz daha çox zəhmətinizə borclusunuz…

 

– Mən taleyimdən narazı olmuşam. Mənim taleyim əndrabadi tale olub. Uşaqlığım da əndrabadi olub. Hərdən demək istədiyim, amma deyə bilmədiyim çox şeylər var. İndi də deyə bilmirəm. Bu, mənə çox çətinlik verir.

 

– Bunu heç kimlə bölüşmürsünüz?

 

– Yalnız özümlə bölüşürəm. Axı niyə belə gəlməliydim dünyaya? Yaxud da niyə mən? Elə olub çəkilmişəm dəniz kənarına, saatlarla özümə suallar verib, özüm-özümlə danışmışam.

 

– Bəlkə də kiminləsə bölüşsəydiniz, yüngülləşərdiniz… İnanmamadığınız üçün kiminləsə bölüşməmisiniz?

 

 

– Bu gün elə şeylər var ki, onu həyat yoldaşımla bölüşürəm. Onun psixoloji baxımdan dəstəyini alıram. Amma elə şeylər də olur ki, içimdə saxlayıram, saxlayıram, məcbur olub özümlə danışıram. Elə şeylər var, bölüşə bilmirəm, Deyirəm, görəsən, hansı reaksiya ilə qarşılaşaram, hansı mimikalar yarana bilər? Fərq etməz bu ailəm olsun, ya dostum. Mənim həyatda dost deyib bölüşə biləcəyim tək-tük adam var. O da ki, bilirəm sirr saxlamağı bacarır.

 

– Yeri gəlmişkən, dostlarınız çoxdur, ya düşmənləriniz?

 

– Bunu övladlarıma da deyirəm, mən süfrəsi açıq adamam. İstəyirəm ürəkdən istədiyim adamlar evimə gəlib-getsinlər. Amma dost dediklərim azdır. Dostun çox olması yaxşı hal deyil. Hamı dost ola bilməz. Qardaş kimi mehribanlıq göstərdiyin başqa bir şeydir, dost dediyin başqa. Dost anlamında o artıq sənin ailənin içinə girir. Dostlarımın ailəsi mənim ailəmdir. Onların ayağına dəyən bir daş məni incidir, sızlayıram. Bilmirəm, onlar mənə qarşı necədirlər, amma mən beləyəm.

 

– Haqsızlıq önündə susduğunuz məqamlar çox olub?

 

– Olub, bu, məcburi susmaqdır. Bu gün də var belə məqamlar. Şəxsi həyatda, işdə də məcburiyyətdən susursan, bəlkə də elə belə yaxşıdır.

 

– Ömrünüzün hansı mərhələsi üçün daha çox burnunuzun ucu göynəyir, darıxırsınız?

 

– Uşaqlığımın bir mərhələsi var, Allah ölənlərinizə rəhmət eləsin, mən nənəmlə böyümüşəm. Məni ata nənəm böyüdüb, bir də atamın əmisinin yoldaşı olub. Seyid qızı Şövkət, bu gün onun adını bacım daşıyır. Onlar üçün, ağsaqqallarım. Ağbirçəklərim üçün darıxıram. O epizod daima mənimlədir. Səhvim olanda biri danlayanda, o biri qucaqlayırdı ki, uşaqla işin olmasın. Nüsrət Kəsəmənlini o qədər çox sevirdim, onun bir şeri var “Bizim evdə biri vardı, biri yox”. Məndə həmişə biri olub, biri olmayıb. Uşaqlığımın bir hissəsi var ki, onun üçün darıxıram.

 

– Bəs balaca Nahid necə, sizinlə bərabər yaşlandı, yoxsa hələ də uşaq kimi içərinizdən boylanır?

 

 

– Boylanır, çünki boylanmasa, irəliyə baxa bilmərəm.

 

– Onun baxışları nə deyir sizə? Daha çox qınayır, yoxsa təşəkkür edir?

 

– Yox, qınamır, deyir, sən bunu yaşamalıydın. Yaxşıları da, pisləri də, acıları da…. Sınaqlara çəkilməliydin, mən sənə baxıram və deyirəm ki, qorxma, irəli get. Hərdən elə o balaca Nahidlə danışıram.

 

– O balaca Nahiddən daha çox hansı sözü umursunuz, gözləyirsiniz ki, desin və sizə güc versin?

 

– Mən bunu etiraf edim ki, 16 yaşıma qədər ad günü keçirməmişəm, ad günüm olmayıb. Doğum günlərimdən birində heç nədən xəbərim yox idi. Qapını açıb içəri girəndə fişəng, şar partlaması gördüm. Bütün ailə yan-yana idilər. Həmin vaxt balaca Nahid içimdən boylandı və baxdım ki, o da gülür, mən də. O sevinci mənə yaşadan ailəm idi. Çətindir danışmaq, dönüb o Nahidə baxa bilmirəm. Mən daha çox həyatımı 1995-ci ildən bu yana qurmuşam.

 

– Elə bir məqam olubmu ki, balaca Nahidin qarşısında utanmısınız?

 

– Heç vaxt. Mən, ümumiyyətlə, ailəmi, valideynlərimi utandıracaq heç bir addım atmamışam və atmaram da. Övladlarıma da deyirəm. Atam mənə zəng edəndə, yatmış olsam belə, istər-istəməz ayağa qalxırdım. Özümdən böyüklərə, xüsusən də valideynlərimə hörmətlə yanaşmışam. Atamın mənə bir sözü olub ki, “heç vaxt başı aşağı edən addımlar atma”. Özümə söz vermişəm ki, heç bir zaman bu hal, olmayacaq da. Bu yaşıma qədər başımı aşağı dikəcək addımım olmayıbsa, bu gündən sonra da olmayacaq.

 

– Tale bir şans versəydi, ya xəyalı bir görüşdə atanıza hansı sözü deyərdiniz, hansı ki, o kəlmə içinizdə bir nisgil olaraq qalıb ki, kaş vaxtında deyəydim, amma deyə bilmədim…

 

 

Mən həm atama, həm anama onu deyərdim ki, niyə mənə vaxtında zaman ayırmamısınız. Atam çox zəhmli adam idi, onun gözünün içində baxa bilməmişəm. Məni qucağına alsın, başımı sığallasın, əzizləsin – belə ata olmayıb. Daha çox zəhmi ilə yadımda qalıb. İndiki uşaqlara baxanda, deyir, niyə mənə elə baxırsan. Biz bir baxışla yerimizi bilirdik, o baxış bizə hər şeyi deyirdi. Həm atama, həm anama suallarım çoxdur. Birinci sualım deyərdim: mənə niyə çox vaxt ayırmadınız.

 

– Həyatınızı jurnalistikaya bağladınız. Eyni zamanda, Vətən sevdalısıydınız. Torpaqlarımız erməni vandallarından xilas etmək üçün canınızı sipər etdiniz…

 

– Hamımızın borcu idi. 8-ci sinfi bitirib Bakıya peşə məktəbinə gəldim. Oraya daxil olanda müharibə də gedirdi. Cəbhədən gələn xəbərlər, şəhidlər… 1991-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatıldım. Əvvəlcə Zəngilanda, sonra isə Xocavənd rayonunun Muğanlı özünümüdafiə batalyonuna qoşuldum. O, 1992-ci il sentyabrın 6-sında Füzuli rayon Divanalılar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Bir ilə yaxın əlil arabasında gəzdim.

 

– Və Ulu öndər sizi sağalmaq üçün Türkiyəyə göndərdi…

 

– O dövrdə Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Ona məruzə olunmuşdu ki, yaralanan qazilərin müalicəyə ehtiyacı var. Gördüm, Ali Məclisdən zəng gəldi, çağırdılar, getdik, görüşdük. İlk dəfə Ulu öndəri onda gördüm. Mənə dedi ki, “səni Türkiyəyə göndərəcəyəm, müalicə olunacaqsan, qayıdacaqsan, hələ səni oxutduracağam da”. 9 aya yaxın Türkiyənin Ankara Dövlət Xəstəxanasında müalicə olundum. Mərmi parçaları zəhərli olduğundan sağ ayağımda çürümə gedirdi. Ayağımda 8-ə yaxın damar dəyişdirildi. Sağalandan sonra gəldim Bakıya test imtahanına hazırlaşırdım. Həm də Bakı Dövlət Universitetini yazmışdım. Amma balım az olduğu üçün 1995-ci ildə Bakı Asiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil oldum. 2000-ci ildə həmin universiteti bitirdim. Ali təhsil aldığım müddətdə Qarabağ Əlillər Cəmiyyətinin Səbail rayon şöbəsinin sədr müavini oldum. Sonra Yunus Oğuzun rəhbərlik etdiyi “Azərbaycanın bütövlüyü uğrunda” Cəmiyyətində ictimai fəaliyyətimi davam etdirdim. Həmin dövrdə 1997-ci ilə qədər “Olaylar” qəzetində müstəqil şəkildə vətənpərvərlik mövzusunda məqalələrlə çıxış etdim. Bir də tarixçi Atamoğlan Məmmədovun dəvəti ilə Azərbaycan Televiziyasının Cənubi Azərbaycan verilişində “Bütöv azərbaycançılıq mövzusu”nda çıxışlar edirdim.

 

– Və jurnalistikada ilk iş yeriniz “Rezonans” qəzeti oldu…

 

– Bəli, ilk rəsmi işim “Rezonans”dan başladı. Siyasət və sonradan iqtisadiyyat şöbəsinin müdiri oldum. Sonra “Həftəiçi” qəzetində parlament müxbiri, “Olaylar”da İqtisadiyyat Nazirliyində akkreditasiya olunmuş jurnalisti olmuşam. Eyni zamanda Xarici İşlər Nazirliyinin akkreditasiya olunmuş jurnalisti olmuşam. 2012-ci ildən də “Vətəninfo.az İnformasiya Agentliyi” MMC-ni təsis etdim və hazırda da rəhbərlik edirəm.

 

– Zəhmətiniz dövlət tərəfindən də qiymətləndirilib. Ölkə Prezidentinin sərəncamı ilə evlə təmin olunan jurnalistlərdən birisiniz…

 

– O an başqa bir şeydir. Başqa heç bir ölkədə belə hal yoxdur ki, jurnalistə ev verilsin. O sevinci yaşayan 256 media nümayəndələrindən biri olmaq, əlbəttə ki, sevinclidir. Mənim birotaqlı evim var idi. 16 kvadrat evin içində uşaqları böyütdüm. Evimin pəncərəsi jurnalistlər binasına açılırdı. Həmişə deyirdim, “Allahın izni ilə yəqin ki, mən də oradan ev alaram”. Səhər-axşam o pəncərədən həmin binaya baxırdım. Komissiya müəyyənləşdi, sənədlər uyğun gəldi, cənab Prezidentin gözəl imzasına layiq olan jurnalistlərdən biri oldum. Mən, ümumiyyətlə, dövlətin övladıyam. Qarabağ qazisi kimi verilən birotaqlı ev, eyni zamanda, Jurnalistlər binasında verilən ev – dövlətin sayəsində bunlara nail olmuşam. Cənab Prezidentə təşəkkür edirəm. Bu il həm də mətbuatın 150 illiyidir. İnşallah, digər evi olmayan media nümayəndələri də evlə təmin olunsunlar. İsti ev başqa bir şeydir…

 

– Övladlarınız peşənizi davam etdirmədi, özünüz istəmədi, ya özləri?

 

– Əvvəl can atdım ki, istəsinlər. İndiki gənclik başqa cürdür. Əziyyət çəkmək istəmirlər. Daha çox pul qazanmaq istəyirlər. Qızım Bakı Slavyan Universitetində ibtidai sinif müəlliməliyinin sonuncu kursunu bitirib. Bir oğlum İdman Akademiyasını bitirib. Uşaqlar hərəsi öz yolunu seçir, bizə düşən onlara dəstək verməkdir. Mən də bacardıqca, dəstək oluram. Olmayanda da olmayır. Sadə Azərbaycan vətəndaşıyam. Durub hansısa qapını döyəndə biri “hə” deyirsə, bir də “yox” deyir.

 

– Jurnalistikanın hazırkı durumunu necə qiymətləndirirsiniz?

 

– Jurnalistika getdikcə təkmilləşir. Əvvəl qələmlə yazardıq, müsahibələrə gedərdik, indi elə deyil. İndi texnologiya inkişaf edib Telefonla canlı yayın edib müsahibə almaq olar. Bizim dövrümüzdə başqa idi. Bir dənə bloknotumuz, qələmimiz, diktofonumuz var idi, qapı-qapı düşüb müsahibələr alırdıq. Amma indi elə deyil. Müxtəlif platformalar çoxalıb. Bu, medianın inkişafına nə qədər təsir edir, bunu mütəxəssislər daha yaxşı bilir. Jurnalistikaya əmək haqqı almaq üçün baxacaqsansa, çətindir. Ona sənət kimi də baxmaq lazımdır. Bu sənətə gəldim, bunun əziyyətləri də var. Biz aylarla pul almamışıq. Amma oradan yorulmamışıq, işləmişik. Vəli müəllim deyirdi ki, bu ay əməkhaqqını birinə vermişik, gələn ay o birinə. Növbə gəlib sənə çatanda artıq üç ay olurdu. Ona görə də bu gün imkanlar çoxdur. Əməkhaqqıları vaxtında verilir. İnkişaf var. Müasir media birinci növbədə həqiqi informasiya arxasınca qaçmalıdır.

 

– 50 illik ömrün sizə ən böyük hədiyyəsi nə olub?

 

– İlk dəfə ev almağım. Çünki yataqxanada yaşamışam və onun çətinliklərini görmüşəm. Evdə başımı qoyub yatanda səhəri gün yuxudan oyanmaq istəmirdim. Çünki ilk dəfə idi ki, özümün evim var idi. O evin bütün küncünü gəzirdim. Hər küncündə də saatlarla oturub, bir-iki “paçka” siqaret çəkmişəm. Üç-dörd gün özümü o auradan çıxara bilmirdim ki, yəni mənim də evim var? Evsizlik o qədər çətin bir şeydir ki… Elə də şəstlə gəlib açarla o evin qapısını açırdım ki… Özüm özümdən qürurlanırdım. Şəhərin mərkəzində Muğam Teatrının yanında yaşayırdım. İşim də mərkəzdə idi, kostyumla çıxıb işə gedirdim, qürurla gedib, qürurla qayıtmaq məsələsi var. Bir də institutu qurtarmağım, ali təhsilə sahib olmağım.

 

– Bəs Allahdan ən böyük arzunuz nədir?

 

– Birinci növbədə, ailəmin, həyat yoldaşımın sağ-salamat olmasıdır. Çünki o mənim yol göstərənim, kifayət qədər psixoloji dəstək verənimdir. Hərdən elə olur ki, problemlərdən dolayı yoldan çıxa bilirəm. Onda o məni yola qaytarır.

 

 

– Ömrün yeni yolçuluğunda sizə uğurlar diləyirik! 50 yaşınız mübarək, canınız sağ, qələminiz iti, sözünüz hər zaman kəsərli olsun!

 

– Təşəkkür edirəm. Bu şəraiti mənə yaratdığına görə dostum, qardaşım “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərə təşəkkür edirəm. Mənim Aqillə münasibətim, qardaşlığım bu günə deyil, illərə dayanır. Özü də bilir ki, onun uğurlarını öz uğurlarım saymışam həmişə. O uğurlar daha da bol olsun. Yazacağımız çox şeylər gözəl işlərdən olsun.

 

Video müsahibəni təqdim edirik:

 

 


Oxunub: 4 049
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    Dünən, 16:24 | Türkiyədə zəlzələ oldu
    Dünən, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    Dünən, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Dünən, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Dünən, 15:32 | Bağlanan banklara borcu olanlara xəbərdarlıq
    Dünən, 15:24 | Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
    Dünən, 15:15 | Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
    Dünən, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:07 | Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Dünən, 15:04 | 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
    Dünən, 15:01 | Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
    Dünən, 14:56 | İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
    Dünən, 14:50 | Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
    Dünən, 14:43 | "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    Dünən, 14:28 | Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Dünən, 14:19 | Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
    Dünən, 14:17 | Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
    Dünən, 14:14 | Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
    Dünən, 14:12 | Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
    Dünən, 10:31 | Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
    Dünən, 10:22 | 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
    Dünən, 10:19 | Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
    Dünən, 10:17 | Zelenski Türkiyəyə səfər edəcək
    Dünən, 10:13 | Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
    Dünən, 10:11 | Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
    Dünən, 10:09 | Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
    Dünən, 10:07 | Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
    Dünən, 09:54 | Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
    Dünən, 09:51 | Azərbaycan nefti bahalaşdı
    Dünən, 09:46 | “Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
    Dünən, 09:10 | Kurban Berdıyevdan qələbə şərhi
    30-10-2026, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    30-10-2026, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    30-10-2026, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    30-10-2026, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    30-10-2026, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    30-10-2026, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    30-10-2026, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    30-10-2026, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    30-10-2026, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    30-10-2026, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    30-10-2026, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    30-10-2026, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    30-10-2026, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    30-10-2026, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    30-10-2026, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    30-10-2026, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    30-10-2026, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.