Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Şeir atı”ndan tez düşən, ürəyindəkiləri nəsrlə deyən, özü və sözü bütöv İsmayıl Şıxlı...

  • Tarix: 26-07-2024, 15:56

İsmayıl Şıxlı... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür.

İllər ötdükcə İsmayıl Şıxlı adı, ünvanı bizə, ədəbi gəncliyə daha da doğmalaşıb. Biz onun qiymətli kitablarını, “Ayrılan yollar”, “Dəli Kür” romanlarını oxuduqca daha çox öz “Mən”imiz, kökümüz üstündə düşünmüş, milli özünüdərkimiz üzərində tərbiyə olunmuşuq. İsmayıl Şıxlı yaradıcılığının milli ruhu - Azərbaycan insanının xarakteri bizi özümüzə göstərib və düşündürüb ki, Azərbaycan kişisinin bədii obrazı - xırdalıqdan, xırpalanmaqdan, gözüqıpıqlıqdan yox, bəylikdən, cəsarətdən, qürur və milli xarakterdən keçməlidir.

Mediaxeberleri.Az xəbər verir ki, bu gün yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə fərqlənən və sevilən Xalq yazıçısı İsmayıl Şıxlının anım günüdür.

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlib. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin məzunu olub.

Ömür payına İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə vuruşmaq da düşüb. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi-halına həkk olunan bir hadisədir.

İsmayıl Şıxlının qələm adamı, yazıçı olmasında o dövrün mühitinin özünəməxsus rolu olub. İsmayıl Şıxlı müsahibələrinin birində belə deyib: “Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adı çəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən Səməd Vurğunun, Osman Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar”.

İsmayıl Şıxlı heç olmazsa, bircə şeirinin çap olunması arzusu ilə yaşasa da, bu arzu həyata keçdikdən sonra şair olmaq sevdasından tamam uzaqlaşıb. Və bu məsələni sonralar belə xatırlayıb: “Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim - heyf ki, bir də şeir yazmayacağam”.

İsmayıl Şıxlı bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstündən tez saldı. Bircə şeir çap etdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlib və onun cəmi bir şeiri – “Quşlar” şeiri çap olunub. O ürəyindəkiləri nəsrlə demək istəyib və deyib də.

Yazıçının elə bir tək “Dəli Kür” romanı onun nəhəngliyinin, böyük istedadının ən bariz nümunəsidir.

İsmayıl Şıxlının yazıçı olmağında Xalq yazıçısı Mehdi Hüseynin böyük rolu olub. Mehdi Hüseynin zamanında ona “yalnız gördüklərini, bildiklərini yaz” deməsi İsmayıl Şıxlının istinad yeri oldu. O bu deyilənlərə əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarını yazaraq ədəbiyyat tariximizdə öz imzasını təsdiq etməyi bacardı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi.

İsmayıl Şıxlının ömür yolunda müəllimlik müqəddəs peşə olub. Onun müəllim peşəsinə bağlılığı təsadüfi deyildi. Bu peşəyə məhəbbət onun böyüyüb boya-başa çatdığı ailədən başlayıb. İsmayıl Şıxlı müəllim ailəsində doğulub. Atasının dostları və qohumlarının çoxu müəllim olub. Təsadüfi deyil ki, “Dəli Kür” romanında Qori müəllimlər seminariyasına həsr etdiyi səhnələrdə Azərbaycanda yeni tipli müəllimlərin necə yaranmağa başladığını göstərmək istəyib.

İsmayıl Şıxlının yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tutub. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın hekayələrini rus dilindən Azərbaycan dilinə tərcümə edərək 1980-ci ildə çap etdirib. Bundan başqa, Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələri İsmayıl Şıxlı tərəfindən Azərbaycan dilinə tərcümə olunub və 1988-ci ildə çapdan çıxıb. İsmayıl Şıxlı tərcümə məsələlərinə peşəkarcasına yanaşır və mütəxəssis kimi buna xüsusi diqqət yetirirdi.

İsmayıl Şıxlı təriflərdən, yalançı şöhrətlərdən uzaq adam olub. Hətta müxtəlif illərdə olan yubileylərinin keçirilməsində kimlərinsə qapısını döyməyib, bir dəfə də olsun xahiş-filan etməyib. Amma onun yubiley tədbirləri həmişə yüksək səviyyədə, sevgi ilə qeyd olunub. Çünki bu məhəbbəti o, özü qazanıb, həm də sağlığında.

İsmayıl Şıxlı şairliyin, yazıçılığın hər adama müyəssər olmayan fitri istedad olduğunu cəsarətlə deyirdi. Müxtəlif vasitələrlə mətbuatda beş-on şeir çap etdirməyi, bir-iki kitabça buraxdırmağı, Yazıçılar Birliyinin üzvü olmağı hələ şairlik hesab etmirdi.

Tarix hər kəsə öz qiymətini verməyi yaxşı bacarır və tarix özündə yalnız yaxşıları saxlayır. Özü bütöv, sözü bütöv şəxsiyyət İsmayıl Şıxlı kimi.

Cəmilə Hətəmxanova


Oxunub: 1 446
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.