Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

PUTİN AVROPANI KİMİN ÜÇÜN HƏDƏLƏYİR? – Və ya ABŞ Rusiyanı niyə və necə şirnikləndirir?

  • Tarix: 6-12-2025, 11:55

Kreml ABŞ-nin əlində Avropaya qarşı alətə çevrilib , Vaşinqton və Pekin arasında var-gəl edir

Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün ABŞ-Ukrayna və ABŞ-Rusiya danışıqları real nəticə vermir. Ukrayna Prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur etməklə dayanıqlı sülhə nail olunmayacaq. Bəlkə elə sözdə bir cür, əməldə başqa cür davranan Donald Tramp da məhz bunu istəyir və danışıqlar onun üçün sadəcə bəhanədir?...

Bəzi nəzəriyyələrə görə, Donald Trampın və xüsusilə də ABŞ dərin dövlətinin bu müharibə ilə bağlı öncədən bəlli olan, lakin hamıdan gizlədilən hansısa planı var. Böyük ehtimalla həmin planın sürətlə həyata keçirilməsi müəyyən obyektiv səbəblərə görə hələ ki, mümükün deyil. Ona görə də sülhün “düyünlənməsi” heç də Zelenskinin inadkarlığından və ya Putinin tələblərindən geri çəkilməməsindən irəli gəlməyə bilər.

Əlbəttə, ilk baxışda elə təsəvvür yaranır ki, Tramp Rusiya-Ukrayna müharibəsini yekunlaşdrmaq istəyir, lakin buna dəfələrlə cəhd etsə də heç nə alınmır. Trampın müharibəni hansı şərtlərlə sonlandırmasına gəldikdə isə bəziləri hesab edirlər ki, ABŞ Prezidenti Rusiyanın “sındırılmasında” yox, müharibənin davam etdirilməsində maraqlıdır. Elə buna görə də Ağ Ev administrasiyası Rusiyanın lehinə olan mümkün variantları bir-bir və tədricən işə salır. Lakin unutmayaq ki, ABŞ Rusiyanı özbaşına buraxmayıb, yeri gələndə kontrollu şəkildə onun iqtisadiyyatına zərbələr də vurur. Trampın Rusiya neft nəhənglərinə qarşı sanksiya tətbiq etməsi buna bariz nümunədir. Yəni, düşünülür ki, Rusiyanın bir az əziyyət çəkməsi onun iqtisadiyyatına ziyanlar vursa da, kollapsa salmaz. Ona görə də əgər birdən görsək ki, Tramp sanksiyaları yumşaldır, buna təəccüblənməyin...




ABŞ Ukraynadan böyük parça qoparmaq istəyən Rusiyanı sanki şirnikləndirir. Rusiya isə keçmişdəki hadisələrin xronoloji ardıcıllığına baxaraq iştahlanır. Bəllidir ki, Ukrayna qlobal oyunçuların poliqonuna çevrilib və bu proses hələ 1994-cü ildən başlayıb, mərhələlərlə formasını dəyişərək indiki hala düşüb. Birinci mərhələdə Qərbin, xüsusilə də ABŞ-nin təkidi ilə Budapeşt memorandumu imzalandı, nüvə silahından imtina müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti verildi. İkinci mərhələdə həmin zəmanət ayaqlar altına atıldı və Rusiya ordusu separatçı yaraqlılar adı altında 2014/15-ci illərdə Krımı və Donbasın bir hissəsini işağl etdi. Sonra növbəti hücuma hazırlaşmağa başladı.

Nəhayət, 2022-ci ilin 24 fevralında Vladimir Putin Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyata başlatdığını elan etdi və beləliklə, Ukraynaya qarşı qəsdin sayca üçüncü fazasına start verildi. Hazırda Ukrayna ərazisinin 18,5 faizi işğal altındadır. Putin danışıqlarda Donbas vilayətinin bütövlüklə ona verilməsini tələb edir. Hərbi ekspertlərin fikrincə, hədsiz dərəcədə ləng irəliləyən Rusiya ordusnun bu əraziləri indiki templə tutması üçün 2-3 il vaxt lazımdır.




Bəs əgər Tramp Ukraynanın güzəştə getməsini, Rusiyanın bu qarşıdurmadan uduşlu çıxmasını istəyirsə, onda burada ABŞ-nin başlıca geostrateji marağı nədir? Təsadüfi heç nə ola bilməz. Putinin əlində Trampa qarşı kompromatların olması kimi mənasız tezislər yalnız diqqətləri yayındırmaq və izi itirmək məqsədi güdür. Belə qənaət yaranır ki, ABŞ-nin planına görə, müharibə uzanmalı, Rusiya iqtisadiyyatı kollapsa düşməsə də, neft-qaz sektoru, mədən sənayesi tənəzzülə uğramalı, hərbi qüvvələrin döyüşçü resursu tükənməlidir. Bundan əlavə, Rusiya Avropaya qarşı təhlükə mənbəyi olduğunu nümayiş etdirməklə iri miqyaslı avntüraya girişməlidir. 

Valdimir Putinin Stiv Uitkoffla keçirdiyi görüşlər ərəfəsində və sonra Avropaya qarşı səsləndirdiyi bəyanatların aqressivlik tonunun yüksəlməsi və hətta Avropayla müharibəyə hazır olmasını söyləməsi çox incə mətləblərdən xəbər verir. Putinin Avropaya qarşı müharibə ritorikası ilə danışması onun ABŞ-yə arxayın olmasından və geostrateji mübarizədə Vaşinqtonun yanında yer almaq istəyindən xəbər verir. Çünki Uitkoffla keçirdiyi danışıqlarda Putinə ABŞ-nin maraqlarının konturları izah edilib və o, nələr baş verdiyindən müəyyən mənada agahdır. ABŞ Avrasiyada Avropanı autsayder vəziyyətinə salmaq niyyətindədir və Rusiya bu yolda onun üçün vasitədir.



Rusiyanın Avropa ilə silahlı qarşıdurması “Bir yol, bir kəmər” layihəsini reallaşdırmağı hədəfləyən Çinin geostrateji maraqlarına ziddir, amma Putin Ukrayna müharibəsindən qalib çıxmaq üçün Vaşinqtonun istəklərinə cavab verən siyasət yürütməyə başlaya bilər. Belə olan təqdirdə Kremlin Çinlə münasibətləri soyuyacaq və nəticədə Rusiya şərq qonşusundan gözlənilməz sarsıdıcı zərbələr alacaq. Bundan sonra Moskva Pekin asılılığından qurtulmaq üçün Vaşinqtona üz tutacaq. Avropa və Çinlə münasibətləri korladıqdan sonra Rusiyanın yeganə ümid yeri ABŞ olacaq.

Təbii ki, bu fikirlər sadəcə bir ehtimaldır, lakin əgər tarixə yaxşı nəzər yetirsək, onda Rusiyanın müttəfiqlərinə necə dönük çıxdığının və ABŞ ilə dəfələrlə ortaq məxrəcə gəldiyini görərik. Məsələn, Rusiya sualtı qayığının Hindistan ordusuna icarəyə verilməsi təkcə mənfəət əldə edilməsi kimi dəyərləndirilməməlidir. Bu, Kremlin Çinin rəqibi olan Hindistan ilə yaxınlaşmasının əyani sübutudur. Unutmayaq ki, Hindistan Çinlə strateji rəqabətdə olan ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə “QUAD” təşkilatında yer alır.

Hadisələrin gedişi göstərir ki, Rusiya-Ukrayna müharibəsi yeni dünya nizamının qurulması üçün geostrateji mübarizə meydanıdır. Avrasiya materikində mühüm mövqedə yerləşən Rusiyanın gələcək perspektivdə harada yer alacağı heç də Moskvanın istəklərinə bağlı olmayacaq. Biruzə verməsələr də ruslar bunu anlayırlar və elə bu səbəbdən də Kreml ABŞ və Çin arasında var-gəl edib, sonda daha güclünün yanında qərarlaşmağı düşünür.

Vaqif Nəsibov

“AzPolitika.info”


Oxunub: 373
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.