Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
  • Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
  • Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
  • 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
  • İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
  • Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
  • Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
  • Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
  • Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
  • Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
  • 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
  • Sabah güclü külək əsəcək - Xəbərdarlıq
  • Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
  • Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
  • Bakıda məşhur mebel mağazası bağlandı - Video
  • BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
  • Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
  • Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
  • Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
  • Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İCBARİ SIĞORTADAN İMTİNA: ÖLÜMƏ TƏRK ETMƏK! – Azərbaycan regionda ilk ölkə oldu...

  • Tarix: 6-12-2025, 11:44

Məlum olduğu kimi, 2026-cı ilin dövlət büdcəsində Azərbaycanda İcbari Tibbi Sığortaya (İTS) dövlət büdcəsindən ayrılan vəsaitin 900 milyon manat olacağı nəzərə tutulur. Bu göstərici 2025-in təsdiq olunmuş büdcəsi ilə müqayisədə 516 milyon 405 min manat, yəni təxminən 36,5 % azalma deməkdir.

Eyni zamanda, İTS-nin 2026 üçün proqnozlaşdırılan xərcləri 2 milyard 621,5 milyon manatdır; bu da 2025-ci illə müqayisədə 10,9% azalmadır.

Müvafiq qanunda edilən dəyişikliyə görə, 2026-cı ildən etibarən, işləməyənlər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də İcbari Tibbi Sığortadan istifadə üçün sığorta haqqı ödəməli olacaqlar. Yəni indiyədək dövlət büdcəsi hesabına pulsuz olan bu kateqoriya bundan sonra ödənişli olacaq. Onların ödənişi aylıq 16, bir il üçün isə 192 manat nəzərdə tutulur.

Qanuna görə, əgər şəxs ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslı həkimə getsə, tibbi xidmətlər üçün “əlavə ödəniş” tələb oluna bilər.

Eyni zamanda, planlaşdırılır ki, 2026-cı ildə Xidmətlər Zərfi genişləndirilsin. Belə ki, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatologiya və laborator xidmətlər kimi sahələrə yeni, həmçinin artıq mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur. Bundan əlavə, ambulator müalicə zamanı istifadə olunan bəzi dərmanlar, məsələn, hipertoniya dərmanları sığorta təminatına daxil ediləcək. Bu, icbari sığortanın əhatə dairəsinin genişlənməsi kimi qiymətləndirilir.

Əhalinin 40 faizi bu imkandan məhrum olacaq...

Beləliklə, dövlət büdcəsindən sığortaya ayrılan vəsaitin kəskin azalması İTS-nin xidmətlərinin keyfiyyətinə və ya əlçatanlığına ciddi təsir göstərə bilər, əgər digər maliyyə mənbələri bu boşluğu doldurmasa. Boşluğu doldurmaq üçün isə yüz minlərlə vətəndaşın ildə 192 manat ödəməsi lazımdır...

Şübhəsiz ki, işsizlər və işləməyənlər üçün sığortanın ödənişli olması gəlirləri az olanlar üçün ciddi yükə çevriləcək.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumətin universal tibbi sığorta modelindən imtinası ən azı 4 milyon nəfərin icbari tibbi sığortadan kənarda qalmasına səbəb olacaq.

Belə ki, bu qərardan əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə ilə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan, adına pay torpağı olan, lakin bələdiyyədə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan 15–65 yaşlı əmək qabiliyyətli şəxslər zərər görəcək. R.Ağayevin sözlərinə görə, bu kateqoriyaya təxminən 3 milyon nəfər daxildir.

Bundan başqa müxtəlif səbəblərlə işçi qüvvəsinə daxil olmayan, lakin sağlam və əmək qabiliyyətli insanlar, yəni, ev işləri ilə məşğul olan, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapacağına ümidini itirib rəsmi şəkildə iş axtarmayan və işsiz kimi qeydiyyatdan keçməyən şəxslər üçün də icbari tibbi sığorta əlçatmaz ola bilər. Bu qrupun sayı da təxminən 1 milyon nəfərdir.

İqtisadçı vurğulayıb ki, nəticədə ölkə əhalisinin təxminən 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum olub. Hansı ki, bu kateqoriyaya daxil olan vətəndaşların, pis-yaxşı, pulsuz tibbi yardım almaq imkanı olub.

Tibbi sığortanın xərcini qarşıladığı xəstəliklər

Səhiyyə Nazirliyinin məlumatına görə, əhali arasında xroniki xəstəliklər, respirator infeksiyalar və uşaqların yoluxucu xəstəlikləri daha geniş yayılıb. Ürək-damar xəstəlikləri arasında hipertoniya, kardiomiopatiya və ürək çatışmazlığı əhali üçün ən çox müraciət olunan problemlərdən biridir. Qeyd olunur ki, xroniki xəstəliklərin artmasının əsas səbəbi stress, qeyri-sağlam qidalanma və genetik faktorlarla bağlıdır.

Endokrin xəstəliklər üzrə şəkərli diabet, tiroid problemləri və metabolik sindrom ən çox müşahidə olunur. Nazirliyin məlumatında bildirilir ki, qidalanma vərdişlərinin pozulması və aktiv həyat tərzinin azlığı bu xəstəliklərin geniş yayılmasına səbəb olur.

İTS paketinə daxil olan qastroenteroloji xəstəliklər də İTS çərçivəsində geniş yayılıb. Səhiyyə Nazirliyi qeyd edib ki, qastrit, mədə xorası və qaraciyər xəstəlikləri, xüsusən hepatit və yağlı qaraciyər sindromu, müalicə üçün ən çox müraciət edilən hallardır. Bu xəstəliklərin yayılmasında qidalanma, spirtli içkilərin qəbulu və infeksiyalar rol oynayır.

Respirator xəstəliklər, o cümlədən astma, xroniki bronxit və pnevmoniya da İTS çərçivəsində müayinə və müalicə edilir. Havanın çirkliliyi və siqaret çəkmə, həmçinin mövsümi viruslar bu xəstəliklərin artmasına təsir göstərir.

Uşaqlar arasında isə ən çox rastlanan xəstəliklər kimi ümumi respirator infeksiyalar, angina və qastroenterit qeyd edilib. Nazirlik bildirib ki, immunitet sistemi tam formalaşmamış uşaqlarda bu xəstəliklər daha tez-tez müşahidə olunur.

Qadın sağlamlığı ilə bağlı xəstəliklər arasında reproduktiv orqanların iltihabi xəstəlikləri, endometrioz və menstrual pozuntular, habelə hamiləlik və doğuşla bağlı komplikasiyalar İTS çərçivəsində müalicə olunan hallar sırasındadır.

Səhiyyə Nazirliyinin nümayəndəsi həmçinin əlavə edib ki, travmalar, sümüklərin sınıqları, əzələ və bağ zədələri, planlı və təcili cərrahiyyə müdaxilələri də İTS çərçivəsində ən çox müalicə olunan hallardır.

Beləliklə, 2026-cı ildə İTS büdcəsinin azalması səbəbindən bəzi xəstəliklər üzrə tibbi xidmətlərdə ödənişlərin artması və ya xidmətin məhdudlaşması mümkündür. Nazirlik vətəndaşları öz sağlamlıqlarına daha diqqətlə yanaşmağa çağırır. Yəni artıq icbari tibbi sığortaya ümid etməyə dəyməz, taleyiniz öz əlinizdədir!...

Bəs həyatda qalması tibbi müdaxilədən asılı olan imkansız xəstələr nə edəcəklər? Xüsusən, ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlar tibbi sığortadan yararlanmaqla bahalı əməliyyatlar üçün müraciət edirdilər. Məsələn, açıq ürək əməliyyatı kimi 6-11 min manata, damarlara stendlərin yerləşdirilməsi kimi 2-3 min manata başa gələn tibbi müdaxilələr sığorta tərəfindən qarşılanırdı. Belə çıxır, bundan sonra ildə 192 manat ödəyə bilməyən şəxslər ölümə tərk edilir. Nazirliyin təbirinicə desək, sağlamlığına biganə yanaşır...

Musa Quliyevlə virtual dialoq



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də səhiyyə rəsmiləri kimi düşünür. “Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik”, - o yerli mediaya açıqlamasında deyib.

Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: “Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi”.

Burada Musa müəllimə sual vermək olar ki, hökumət büdcə gəlirləri bir az məhdudlaşan kimi niyə vətəndaşların sağlamlığlı ilə bağlı strateji layihəni yarımçıq dayandırır? Niyə sosial xərclərdən dərhal kəsir, ölkədə korrupsiya yeminə çevrilən milyardlarla büdcə xərcləmələrindən kəsmək doğru yanaşma olmazdımı? Ümumiyyətlə, Musa müəllim Milli Məclisin sosial siyasət üzrə komitəsinin sədri olmaqla niyə hökumətə bu sualları verməyib, əksinə, antihumanist, vətəndaşların həyatına birbaşa təsir edən dəyişikliyə haqq qazandırır? O, bəyəm bilmir ki, Azərbaycanda aşağı gəlirli vətəndaşların sosial vəziyyəti hədsiz dərəcədə ağırdır? Yaxud, Musa müəllim hökumətədən niyə soruşmur ki, bu necə sosial siyasətdir, 2-3 il sonra ölkənin maliyyə durumu ilə bağlı planlama, proqnozlaşdırma yoxdur. “Pul yoxdur” deyib yoxsul vətəndaşa verilən dəstəyi onun əlindən necə almaq olar? Hansı ki, vətəndaş bundan varlanmır, kef-damaq içində yaşamır, sadəcə həyatını qorumağa çalışır, ömrünü qismən uzadır. Musa Quliyev bilmir ki, Azərbaycan ürək-damar xəstəliklərinə görə dünyada birinci yerdədir? Hər icbari tibbi sığorta hesabına ürək damarlarına stend qoyduran, açıq əməliyyat etdirən nə qədər insanın həyatı ucuz ölümdən xilas olur. Bundan sonra necə olacaq? Bəs dövlətin vətəndaş qarşısında öhdəlikləri yoxdurmu? Dövlətin xərclədiyi vəsait neftdən-xalqın sərvətlərindən əldə olunur. Bu insafsızlıq, acımasızlıq haradan qaynaqlanır?

Musa Quliyev bildirir ki, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər: “Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”.

Musa müəllim burada qəsdən işləyən və işləməyən vətəndaşları üz-üzə qoymağa çalışır. Probblemi hökumətin məsuliyyət dairəsindən kənara çıxarır. Əslində problemin mahiyyəti ondan ibarətdir ki, Azərbayanda rəsmən göstərilməyən milyonlarla işsiz adam var. İqtisadçı Rövşən Ağayev onların dairəsini göstərərək icbari tibbi sığortadan kənarda qalacaqlarını vurğulayır. Bu, nə az-nə çox, 4 milyon nəfərə yaxın vətəndaş deməkdir. Belə çıxır, deputat onların işsiz olmasına inanmır.

Xarici tərübə: komitə sədri haqlıdırmı?

Musa Quliyev həmçinin arqumentlərini gücləndirmək üçün dünya təcrübəsinə istinad edir: “Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər”.

Uzağa getməyək, Azərbaycanın qonşularında icbari tibbi sığorta qaydalarına baxaq, görək, komitə sədri haqlıdırmı?

Cənubi Qafqaz və Türkiyədə icbari tibbi sığorta sistemləri əhatə dairəsi, maliyyə mexanizmləri və dövlətin rolu baxımından fərqli modellər əsasında qurulub. Hər üç ölkənin təcrübəsi göstərir ki, sosial təminat və səhiyyə maliyyələşməsi müxtəlif sosial qruplara uyğunlaşdırılmış mexanizmlərlə həyata keçirilir.

Türkiyədə icbari tibbi sığorta Sosial Güvənlik Qurumunun (SGK) idarəçiliyindədir və dünyanın ən geniş əhatəli sosial tibbi sığorta sistemlərindən biri hesab olunur. SGK-nın icbari tibbi sığortası aşağıdakı qrupları avtomatik olaraq əhatə edir: 

Rəsmi əmək müqaviləsi ilə çalışanlar, dövlət qulluqçuları, (işsiz qalan şəxslər dövlət tərəfindən qarşılanır);

Sahibkarlar və fərdi fəaliyyət göstərənlər;

Tələbələr (GSS – ümumi sağlamlıq sığortası ilə).

Aylıq gəliri olmayan və ya çox aşağı gəlirli şəxslər – dövlət tam maliyyələşdirir. Bura pensiyaçılar, əlilliyi olan şəxslər, sığorta statusundan asılı olmayaraq 14 yaşa qədər uşaqlar daxildir.

Türkiyə modelinin əsas üstünlüyü odur ki, praktik olaraq ölkə əhalisinin 99%-ə qədəri avtomatik olaraq sığorta sistemindədir. Tibbi xidmətlərin əsas hissəsi dövlət tərəfindən qarşılanır, yalnız kiçik məbləğdə “farmaqo-katılım payı” ödənilir.

Beləliklə, Türkiyə modelində bütün vətəndaşlar və rezidentlər əhatə olunub, dövlət aşağı gəlirliləri tam maliyyələşdirir.

Müqayisə edək:

Azərbaycanda, məlum olduğu kimi, 2026-cı ildən işsizlər və işləməyənlər öz hesabına sığortalanacaq. Türkiyədə xidmətlərin əksəriyyəti pulsuzdur, Azərbaycanda isə büdcə azaldığından aztəminatlı vətəndaşlar pul ödməyə vadar edilir.

Ermənistana gəlincə, bu ölkədə icbari tibbi sığorta 2023–2024-cü illərdən etibarən mərhələli şəkildə tətbiq edilir. Sistem tam olaraq 2025–2026-cı illərdə oturuşmuş model kimi planlaşdırılır.

Hazır və nəzərdə tutulan model bu qrupları əhatə edir:

Ölkə vətəndaşlarının hamısına universal icbari tibbi sığorta prinsipi tətbiq olunur. Aşağı gəlirli ailələr üçün dövlət pul ödəyir. Bura uşaqlar və məktəblilər, tələbələr, hamilə qadınlar, əlilliyi olan şəxslər, veteranlar və xüsusi sosial statuslu qruplar, dövlət qurumlarında çalışanlar daxildir.

Özəl sektorda işləyənlər və fərdi sahibkarlar – özləri ödəyir

Ermənistan modeli maliyyələşməni əsasən iki mənbədən təmin edir: İşçi və işəgötürən ödənişləri, dövlət büdcəsi hesabına subsidiya və dəstək.

Azərbaycanla müqayisə aparsaq, Ermənistan 2026-cı ildən universal sistem tətbiq edəcək, lakin mərhələli şəkildə uşaqlar, yaşlılar, əlillər, sosial həssas qruplar ilkin mərhələdə əhatə olunur. Azərbaycanda isə İTS artıq universal olsa da, büdcənin azalması bəzi kateqoriyaların ödənişli olmasına səbəb olacaq.

Hər iki sistemdə xidmətlər zərfi genişlənir, amma Ermənistan mərhələli və prioritetli yanaşma tətbiq edir.

Qonşu Gürcüstan isə postsovet məkanında ən maraqlı səhiyyə maliyyələşdirmə modellərindən birinə sahibdir. Burada icbari tibbi sığorta klassik şəkildə tətbiq edilmir. Əvəzində “Universal Healthcare Programme” adlanan dövlət proqramı mövcuddur.

Praktik olaraq Gürcüstan vətəndaşlarının 95%-i bu proqramla təmin olunur. Həmçinin: Aşağı gəlirli şəxslər - təqaüdçülər, uşaqlar, hamilə qadınlar, əlillər, sosial həssas qruplar dövlət tərəfindən maliyyələşdirilir. Qalan bütün vətəndaşlar üçün qismən maliyyələşmə (xidmətin növünə görə) tətbiq edilir. Yalnız yüksək gəlirlilər üçün dövlət dəstəyi məhduddur, onlar özəl sığorta seçə bilirlər.

Gürcüstan modelinin fərqi ondadır ki, əməkdaş və işəgötürən tərəfindən xüsusi “icbari sığorta” ödənişi yoxdur – əsas maliyyəni dövlət büdcəsi təmin edir.

Gürcüstanda bütün vətəndaşlar əsas paketdən faydalana bilir. Azərbaycanda isə büdcə azaldığından bəzi xidmətlər üzrə çıxış məhdudlaşdırılır.

Beləliklə, üç ölkənin tibbi sığorta modelləri arasında mühüm fərqlər olsa da, Türkiyədə əhali tam icbari və geniş universal sığorta ilə əhatə olunur, Ermənistanda yeni və mərhələli universal icbari sığorta modeli tətbiq edilir, Gürcüstanda isə dövlət büdcəsi hesabına universal tibbi təminat həyata keçirilir.

Bu sistemlər əhalinin sosial müdafiəsini gücləndirmək və səhiyyəyə çıxışı bərabərləşdirmək məqsədi daşıyır. Hazırda Azərbaycanın icbari tibbi sığorta modeli bu üç ölkə arasında ən yaxın şəkildə Türkiyə modelinə bənzəyir, lakin gələn il Azərbaycan İTS sistemi regional modellərlə müqayisədə daha çox maliyyə yükünü vətəndaşların üzərinə keçirəcək. Təəssüf doğurdan haldır ki, qonşuları ilə müqayisədə Azərbayan zəngin neft-qaz ölkəsi olmasına baxmayaraq, tibbi sığortanın maliyyə yükünü özü çəkmək istəmir.

Musa Quliyevin bu paradoksa izahatı, arqumenti varsa, səsləndirsə yaxşı olar...

Rasim Əliyev

“AzPolitika.info”


Oxunub: 410
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:08 | İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
    Bu gün, 21:28 | Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
    Bu gün, 21:03 | Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
    Bu gün, 20:38 | 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
    Bu gün, 20:11 | İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
    Bu gün, 20:10 | Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
    Bu gün, 20:06 | Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
    Bu gün, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Bu gün, 17:52 | Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
    Bu gün, 17:29 | Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
    Bu gün, 17:03 | 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
    Bu gün, 17:02 | Sabah güclü külək əsəcək - Xəbərdarlıq
    Bu gün, 17:00 | Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
    Bu gün, 16:20 | Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
    Bu gün, 16:18 | Bakıda məşhur mebel mağazası bağlandı - Video
    Bu gün, 14:30 | BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
    Bu gün, 14:28 | Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
    Bu gün, 13:52 | Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
    Bu gün, 13:50 | Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
    Bu gün, 13:31 | Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
    Bu gün, 13:08 | Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama
    Bu gün, 12:37 | Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır
    Bu gün, 12:35 | 9 Milyonluq Soyğun, Şər-Böhtan və Həbs: "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası
    Bu gün, 10:43 | DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi
    Bu gün, 10:10 | Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam
    Bu gün, 10:05 | İlham Əliyev Elçin Babayevi vəzifəsindən azad etdi
    Bu gün, 09:12 | Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun
    Bu gün, 09:02 | "Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
    Bu gün, 08:27 | Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi
    Bu gün, 08:24 | Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin!
    Bu gün, 08:14 | Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
    Bu gün, 08:11 | Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - Video
    Bu gün, 08:08 | Vətən həsrəti sona çatır: Cəbrayıl və Zəngilan rayonlarına 35 ailə köçürülür
    Bu gün, 07:54 | İslam xristianlığı geridə qoyacaq? - ABŞ-dən diqqətçəkən proqnoz + Foto
    Bu gün, 07:40 | Həqiqətən faydalıdır?
    Bu gün, 07:37 | Kosmosda tarixi hadisə
    Bu gün, 07:33 | Bəndər-Abbasda ardıcıl partlayışlar baş verdi
    Bu gün, 07:32 | Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?
    Bu gün, 07:31 | Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar
    Bu gün, 01:02 | 7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
    Bu gün, 00:40 | Agstafada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
    Dünən, 22:21 | Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
    Dünən, 20:46 | Qazaxda V İdman Festivalı keçiriləcək
    Dünən, 20:10 | Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib (VİDEO)
    Dünən, 18:04 | Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
    Dünən, 18:02 | Azərbaycan onu Özbəkistana təhvil verdi
    Dünən, 18:01 | Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
    Dünən, 17:38 | Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
    Dünən, 17:33 | Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
    Dünən, 17:31 | Bu qurumlara dair 3 ay tələbi götürüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.