Mediaxeberleri.az
    
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"

Son xəbərlər :
  • Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
  • İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
  • TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
  • İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
  • Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
  • Sabah bu rayonda qaz olmayacaq
  • Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
  • Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
  • Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
  • Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
  • Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
  • Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
  • “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
  • Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
  • Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
  • Abşeronda şəhidlərin anım günləri qeyd edildi
  • Husilər hərbi düşərgəni vurdu: 40 ölü
  • Rus ordusu Omelniki işğal etdi
  • 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
  • Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sosial şəbəkələrdən pul çıxaranlar - Onlara nəzarət varmı?

  • Tarix: 6-12-2025, 13:18

Məlumdur ki, “Instagram”, “YouTube”, “TikTok”, “Facebook” və “Twitter” kimi sosial media platformaları çox istifadə edilir. Son zamanlar dövrün tələbinə uyğun olaraq, xüsusilə iş adamlarının və məşhur simaların daha çox yeni sosial media platformalarından biri olan “TikTok”a üz tutduqları müşahidə olunur.

 

Artıq bu platformalar milyonlarla insan üçün qazanc yerinə çevrilib, onlar öz səhifələri, kanalları, bloqları ilə böyük həcmdə gəlir əldə etməyə nail olurlar. Son illərdə sosial şəbəkələrdən böyük məbləğdə gəlir əldə edən şəxslərin vergi ödəməsi məsələsi bütün dünyada, həmçinin Azərbaycanda ciddi müzakirə mövzusuna çevrilib.

 

Əksər inkişaf etmiş və etməkdə olan ölkələrdə sosial şəbəkələrin sahibi olan şirkətlər yerli hökumətlərlə işbirliyi quraraq fəaliyyət göstərirlər. Onların ümumi razılaşma əsasında fəaliyyətindən hansısa ölkənin vətəndaşları, şirkətləri əldə etdikləri gəlirdən ölkə qanunvericiliyinə uyğun vergi ödəyirlər. Bunun üçün zəruri qanuni baza, hüquqi çərçivə yaradılıb.

 

Azərbaycanda hansı sosial platformalardan gəlir əldə etmək mümkündür? Sosial media üzrə mütəxəssis Məhəmməd Türkmənin dediyinə görə, İnstagram istisna olmaqla, açıq sosial platformaların hamısında gəlir var: “Youtube, Facebook-Meta, X, Tik-Tok - hamısında gəlir var. Azərbaycanın istifadəçi tərkibini nəzərə alanda vəziyyət dəyişir. Tik-Tok baxışa görə gəliri istifadəçiləri stimullaşdırmaq üçün verir. Çünki onsuz da canlı yayım açaraq izləyici toplayan şəxslər göndərilən hədiyyələrdən bir çox hallarda külli miqdarda gəlir əldə edirlər. Buna görə də Tik-Tok-da baxışa görə gəlir sırf digər sosial şəbəkələrlə rəqabətə davam gətirmək üçün tətbiq olunur. Çünki əksər sosial şəbəkələrdə baxışa görə gəlir tətbiq olunur, bu, istifadəçiləri daha çox izləyici cəlb etməyə sövq edir. Youtube-nin qısa videolar çıxarmasının əsas səbəbi də budur. Belə yüksək rəqabət şəraitində saniyələrdən dəqiqələrə qədər müddəti əhatə edən qısa videolar böyük baxış toplamaqla yüksək gəlir gətirə bilir. Lakin Tik-Tok baxışa görə gəliri yalnız 7-8 ölkədə tətbiq edir, Azərbaycan ora daxil deyil. Həmin 7-8 ölkədə müəyyən tələblərə cavab verən istifadəçilərə baxış sayına görə ödəniş edilir. Facebook-da da bir neçə gəlir əldə etmək üsulu var. Bunlardan biri videolara reklam yerləşdirilməsidir. Youtube-də olduğu kimi videolara reklam yerləşdirib gəlir əldə etmək mümkündür. Bu gəlir kanalı da Azərbaycan üçün tam açıq deyil. Doğrudur, bank hesabı açıb onu Facebook hesabına bağlamaq olur, lakin bunu etmək üçün də ciddi tələblərə əməl etmək lazımdır. Məsələn, istifadəçi-kanal sahibi müəllif hüquqlarını pozmamalı, Meta-dan hər hansı cəza almamış olmalıdır. Bu şərtlərə uyğun olan istifadəçilər Azərbaycanda hələlik belə reklam gəlirlərini götürə bilmirlər. Meta belə imkanı hələlik ölkəmizə yaratmayıb. Yaxın müddətdə Azərbaycan da daxil olmaqla, 30-dan yuxarı ölkədə belə gəlirin çıxarılması imkanının yaradılacağı gözlənilir.

 

Facebook-da Avropada tətbiq olunan bir gəlir növü də hansısa posta ulduz göndərilməsidir. Azərbaycanda bu imkan yaradılmayıb hələlik. Kiminsə postu daha çox ulduz alırsa, ondan müəyyən həcmdə gəlir əldə edir.

 

İnstagram heç bir gəlir vermir, söhbət, əlbəttə, kimdənsə pul alıb onun məhsulunu təbliğ etməkdən getmir. Platformanın özü istifadəçilərə hər hansı gəlir vermir".

 

Mütəxəssisin dediyinə görə, Azərbaycanda ən çox gəlir götürülə bilən platformalardan biri Youtube-dir: “Burada müəyyən abunəçi sayını keçdikdən, digər bir sıra tələblərə əməl etdikdən sonra gəlir kanalı aktivləşir. Burada gəlir 1000 baxış üzərindən götürülür. Burada da gəlirlər fərqlidir: məsələn, hər min baxışa görə Azərbaycanda 5 qəpik verilirsə, Türkiyədə bu, 7 qəpik, Almaniyada 20 qəpik təşkil edir. Burada əsas rol ölkələr üzrə istifadəçi sayındadır. Digər parametrlər də nəzərə alınır, lakin əsası istifadəçi sayı  - auditoriyadır. Azərbaycanın Youtube-də qeydiyyatdan keçmiş 2 milyona yaxın istifadəçisi var. Bir video yerləşdirsən, maksimum bu 2 milyona çatacaq, ancaq bu da real deyil. Özü də videonun müddəti 10 dəqiqəni keçməlidir ki, reklam sayı və gəlir çox olsun. Qısa videolarda baxış sayı çox olsa da, 3 dəqiqəyə qədər müddəti əhatə etdiyi üçün reklam yerləşdirmək mümkün olmadığına görə gəlir də az olur.

 

X-ə gəlincə, burada yazılan statuslara verilən reaksiya -yazılan rəylər, re-paylaşımlara görə gəlir əldə etmək mümkündür.

 

Telegram-da da gəlir əldə etmək imkanı var. Orada ödəniş üsulları var: kanal açıb, müəyyən məbləğ ödəyib, paylaşımlar edirsiniz, ona olan baxışlardan gəlir gəlir. Belə paylaşımlara adətən ödəniş etmədən baxmaq mümkün deyil, kimsə baxmaq istəyirsə, müəyyən məbləğ ödəyib baxır. Həmin paylaşımlardakı foto və videoları endirmək mümkün olmur".

 

Qeyd edək ki, Azərbaycanın qanunvericiliyinə görə, bütün reklamlardan gəlir vergisi tutulduğu kimi, “Youtube”dan da tutulur. Kanal aktivləşəndən sonra müəyyən məbləğ kanalda olan hesaba gəlir. O hesabdan vəsaiti çıxartmaq üçün ilk növbədə vergi qeydiyyatına düşmək, VÖEN açdırmaq lazımdır. VÖEN hesabına bağlı bank hesabı da açdırmaq və  qanunvericilikdə reklamdan əldə olunan gəlirə nəzərdə tutulan vergini ödəməklə qalan pulunu çıxara bilirsən. Bank hesabı açmadan, vergi qeydiyyatından keçmədən pul əldə etmək mümkün deyil.

 

Mütəxəssislər bildirirlər ki, Azərbaycanda “Youtube” platformasına reklam verənlər azdır. Ölkədə Azərbaycan kontenti olan kanallar üçün reklamdan gəlir qazanmaq çox çətindir. Mütəxəssislər bunun səbəbini rəqabətin çox zəif olmasında görürlər. Buna səbəb isə reklam bazarının həcminin aşağı olmasıdır. Sağlam rəqabət mühiti olmadığına görə reklamla müştəri cəlb etmək imkanları da aşağıdır. İnkişaf etmiş ölkələrdə uğurlu reklam kampaniyası şirkətlər üçün böyük gəlirlər təmin edir. Azərbaycanda belə imkan çox məhduddur. Buna görə də şirkətlər sosial platformalarda, o cümlədən Youtube-da reklam yerləşdirməkdə maraqlı deyillər. Bu sahədə Azərbaycan istifadəçiləri də xarici şirkətlərin reklamlarına möhtac qalırlar.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, sosial platformadan gəlir əldə edən şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs hesab olunurlar. Onların vergiyə cəlb olunan gəlirlərindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

 

Azərbaycanda son illərdə sosial platformalardan daha çox gəlir əldə edənlər bloqerlər, influencerlər hesab olunur. Onlar fərdi qaydada yaratdıqları bloq və ya səhifəyə çoxlu abunəçi sayı toplayır, daha sonra müxtəlif məhsulların, turizm obyektlərinin, istirahət məkanlarının və sair reklamını öz səhifəsində yerləşdirməklə qazanc əldə edirlər. Bundan başqa, belə insanlar özləri hansısa obyektə gedir, xidmətdən istifadə edərək onu lentə alıb səhifəsində yerləşdirir, yaxud hansısa mövzuda müzakirə açaraq, bundan da gəlir əldə edirlər.

 

İndiyədək onların belə fəaliyyətdən gəlirləri vergiyə cəlb olunmurdu. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşəbbüsü ilə bu ilin iyununda Milli Məclisdə “Reklam fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilib.

 

Avqustda Prezident tərəfindən təsdiqlənən dəyişikliklərə əsasən “rəqəmsal platforma təsirçisi” anlayışı qanuna daxil edilib. Bu, blogerlik və influenserlik fəaliyyətini əks etdirir. Dəyişiklikdə nəzərdə tutulur ki, bloger və ya influencer xidmət göstərdiyi şirkətlə ciddi müqavilə şərtləri ilə çalışmalıdır. Məsələn, bir turizm, yaxud istirahət məkanına gedib istirahət edərək oradan video hazırlayıb səhifəsində təbliğ edən bloger bunu müqavilə əsasında rəsmiləşdirib, vergi ödəməlidir. Müqavilədə onun həmin məkandakı istirahətinin xərci reklam haqqı kimi hesablanaraq, müvafiq verginin ödənməsi təmin olunmalıdır.

 

Bu fəaliyyət növü ilə məşğul olanlar hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamdan əldə etdikləri gəlirlər üzrə gəlir vergisi öhdəliyi daşıyırlar. Məhsulun reklam və ya tövsiyə xarakterli olması bloger və influenserin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər.

 

Qanunun tələbinə əsasən sosial media üzərindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli, fəaliyyəti təsdiqedici sənədlər əsasında rəsmiləşdirməli və əldə olunan gəlirlər üzrə vergi orqanına bəyannamə təqdim etməlidirlər.

 

Onu da qeyd edək ki, bütün dünyada sosial şəbəkədən qazanc əldə edənlərin öz gəlirlərini tam həcmdə vergiyə cəlb etmələri problem hesab olunur. Əksər ölkələrdə bu, faktiki olaraq, şəxslərin vicdanına bağldır - məsuliyyətli şəxslər öz gəlirlərinin tamamını ağardır və müvafiq vergiləri ödəyirlər. Lakin bunu etməyənlər edənlərdən daha çoxdur və indiyədək belə şəxslər üzərində effektiv nəzarət mexanizmi qurmağa nail olan ölkə yoxdur.

 


Oxunub: 616
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:59 | Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
    Dünən, 21:52 | İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
    Dünən, 21:49 | TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
    Dünən, 21:43 | İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
    Dünən, 21:40 | Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
    Dünən, 21:06 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:05 | Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
    Dünən, 21:00 | Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
    Dünən, 19:39 | Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
    Dünən, 19:38 | Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
    Dünən, 19:35 | Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
    Dünən, 19:31 | Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
    Dünən, 19:30 | “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
    Dünən, 17:34 | Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
    Dünən, 17:23 | Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
    Dünən, 16:20 | Abşeronda şəhidlərin anım günləri qeyd edildi
    Dünən, 16:19 | Husilər hərbi düşərgəni vurdu: 40 ölü
    Dünən, 14:37 | Rus ordusu Omelniki işğal etdi
    Dünən, 14:35 | 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
    Dünən, 14:34 | Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
    Dünən, 14:32 | Prezident onları təltif etdi
    Dünən, 14:04 | "Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
    Dünən, 14:03 | Türkiyədə ölənlərin sayı 9-a çatdı
    Dünən, 14:02 | Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı
    Dünən, 13:27 | İlin sonunda əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA
    Dünən, 13:24 | Bayıldakı Doğum Evi təmir edilir
    Dünən, 13:22 | Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - FOTO
    Dünən, 13:18 | Rusiyaya məxsus sərnişin təyyarəsi qəza siqnalı verdi
    Dünən, 13:15 | Sabah yağış yağacaq
    Dünən, 11:40 | Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
    Dünən, 11:27 | Anar Bayramov nazir təyin olundu - Sərəncam
    Dünən, 11:21 | TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman
    18-10-2026, 22:34 | Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
    18-10-2026, 22:06 | Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
    18-10-2026, 22:04 | Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia
    18-10-2026, 22:01 | Parisdə iğtişaşlar yenidən alovlandı
    18-10-2026, 21:59 | İtaliyada etirazlar milyonluq ziyana səbəb oldu
    18-10-2026, 21:56 | Leysan yağacaq, dolu düşəcək - Bu tarixdən hava DƏYİŞİR
    18-10-2026, 21:47 | "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
    18-10-2026, 21:44 | Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" - Video
    18-10-2026, 21:39 | “Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
    18-10-2026, 21:36 | Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - Video
    18-10-2026, 17:53 | Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
    18-10-2026, 17:43 | Xırdalanda yaşayış kompleksində yanğın: Sakinlər danışdılar - Foto/Video
    18-10-2026, 17:38 | Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO
    18-10-2026, 17:36 | Azərbaycanda polis rəisinin müavini vəfat edib
    18-10-2026, 17:31 | Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp
    18-10-2026, 16:59 | 2-ci Liqa: "Ağstafa Gəncləri" əlavə olunmuş dəqiqələrdə məğlub oldu - VİDEO
    18-10-2026, 16:47 | Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"
    18-10-2026, 15:22 | Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.