Araikin dəstəsi qan tökəcək, Əliyev ultimatum verəcək: Xankəndidə nə baş verir?
Baş separatçı Araik “istefa” verdikdən sonra Xankəndidə terrorçu qruplar arasında gərginlik pik həddə yüksəlib. Erməni mətbuatı qruplaşmaların yeni “baş separatçı” məsələsində heç cür kompromis əldə edə bilmədiyini yazır. Bu barədə qondarma qurumun “anti-böhran şurasının sədri” Tiqran Petrosyan məlumat verib. O bildirib ki, baş separatçı postuna Samvel Şahramanyanın namizədliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın planıdır. Petrosyan əmin edib ki, Şahramyanın “təyinatı” digər qruplar tərəfindən qəbul edilməyəcək və Xankəndidə erməni qanı axıdılacaq: “Əminəm ki, Şahramyanın “seçildiyi” gün toqquşmalar olacaq, bunun məsuliyyəti bütünlüklə Araik Arutyunyanın və digər əlaltılarının çiynindədir. Müharibədən sonra heç kim onları ciddi qəbul etmir. xalqın etibarı sıfırdır”. Petrosyan 25 il ərzində Xankəndidə xalqın aldadıldığını, yalan danışıldığını bildirib. “Çox yaxında Əliyev bunlara ultimatum verəcək, əməl etməsələr, müharibə başlayacaq, çünki daxili siyasi oyunlar ucbatından Laçın dəhlizinin açılması ilə bağlı bütün şanslarımızı əldən vermişik. Xalqı hədələyirlər ki, vətəndaş itaətsizliyi başlamasa, türklər girəcək. 25 il kim nə deyibsə, onu “türkün dəyirmanına su tökürsən” deyərək şantaj ediblər. İndi də bunu edirlər ki, xalq onların “namizədinə” qarşı çıxmasın”, - Petrosyan deyib.Publika.az