İranda böyük qaz yatağı kəşf edildi
İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gətirə biləcək böyük qaz yatağı aşkarlanıb. Mediaxeberleri.Az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsün Paknejad məlumat verib. "Fars əyalətinin cənubundakı Taxta yatağında aşkarlanan qaz az kükürdlüdür ki, bu da işlənmə və istismar xərclərini azaldır", - o vurğulayıb. Qiymətləndirmələrə görə, yataqda 212 mlrd. kubmetr qaz var və ondan 161 mlrd. kubmetr hasil etmək mümkün olacaq.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















