Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
Göyçayın Çərəkə kəndindəki elektrik paylayıcı qurğusu yararsız vəziyyətdədir. Bu barədə Metbuat.az-ın bölgə müxbirinə kənd sakinləri bildiriblər. Onların sözlərinə görə, illər öncə yerləşdirilən elektrik paylayıcı qurğusu tez-tez sıradan çıxaraq yararsız vəziyyətə düşür. Bu da kənddə işıqların kəsilməsinə və bir neçə evin işıqsız qalmasına səbəb olur. Çəkiliş zamanı da elektrik paylayıcısında alışma olub, ərazidə elektrik enerjisi kəsilib. Məsələ ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-nin Göyçay Elektrik Şəbəkəsindən bildirilib ki, mövcud problemdən xəbərdardırlar. Qeyd olunub ki, bu məsələ növbəti ay üçün iş planına salınıb. Elektrik paylayıcısının yerinin dəyişdirilməsi nəzərdə tutulub.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:

























