Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
Tovuz rayonunda silahlı insident baş verib. Mediaxeberleri.Az Teleqraf-a istinadla verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevanı qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. *** Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb. Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb. İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.





















