"Tvente" Bakıya 150 azarkeşlə gələcək
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib. "Tvente" Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir", - klub rəsmisi bildirib. Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















