55 yaşlı dostunu küçəyə çağırıb bıçaqladı
Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib. 1971-ci il təvəllüdlü Naib Təvəkkül oğlu Cəlilov dostu tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Daha sonra həmin şəxs N.Cəlilova bıçaqla xəsarət yetirib. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















